PDF Oxu

Müsahibə

  • 1 157

Aydın Mirzəzadə: "Müxalifət sağlam rəqabətdən daha çox, siyasi oyunlara əl atır"

Aydın Mirzəzadə: "Müxalifət sağlam rəqabətdən daha çox, siyasi oyunlara əl atır"

Millət vəkili, politoloq Aydın Mirzəzadənin SƏS TV-yə müsahibəsi:

- Seçki ərəfəsində ölkədə mövcud olan ictimai-siyasi vəziyyəti, eyni zamanda əhalinin seçkilərə münasibətini necə dəyərləndirmək olar?

- Bildiyiniz kimi, Azərbaycanda oktyabrın 9-da növbəti prezident seçkiləri baş verəcək. Artıq ölkəmizdə bununla bağlı seçki əhval-ruhiyyəsi hiss olunur. İddialı namizədlər artıq öz namizədliklərini irəli sürür, həmin prosesə hazırlıq mərhələsinə başlayırlar. Onlar tam demokratik bir şəraitdə seçki mübarizəsinə start verirlər. Seçki öncəsi demokratik vəziyyət, cəmiyyətdə insanların bu prosesə daha ciddi yanaşmasına zəmin yaradır.

- "Milli Şura" deyilən qurum aksiyalar yolu ilə dar çərçivədə də olsa, insanlar arasında çaşqınlıq yaratmağa çalışır. Sizcə bu nədən irəli gəlir?

- Seçkidə iştirak etməyə iddialı olan qüvvələrdən biri də radikal müxalifətin yaratdığı "Milli Şura"dır. Əslində bunun gerçək Milli Şura ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, onlar bunu özünküləşdirməyə çalışırlar. Müxalifətin seçki öncəsi apardığı siyasətə nəzər yetirsək görərik ki, onlar sağlam rəqabətdən daha çox, siyasi oyunlara əl atırlar. Seçkinin başlamasına qısa müddət qalmasına baxmayaraq, onlar hələ də öz namizədlərini seçməyiblər. Onların seçki proqramları belə olmadığı halda, cəmiyyətə nəsə vəd etmələri gülüncdür. Bildiyiniz kimi, bir neçə gün öncə müxalifət "birləşmiş gücünü" göstərmək məqsədilə "mitinq" nümayiş etdirdi. Lakin onlar cəmiyyətə sözügedən mitinqlə güclərini deyil, siyasi iflaslarını təqdim etdilər. Birləşmiş müxalifət iddia etdiyi 60 min insanın əvəzinə, 300-400 nəfər insan toplaya bilmişdi. Onların çaşqınlığı, məyusluğu çıxışlarında da özünü açıq şəkildə birüzə verirdi. Müxalifət mümayəndələrinin çıxışları, reallıqdan kənar, Azərbaycanın milli maraqlarına cavab verməyən iddialar idi. Bir sözlə, onlar təşkil etdikləri bu mitinqlə seçkiyə hazırlıqsız olduqlarını bir daha sübut etdilər. Radikal müxalifətin çıxışlarını dinlədikdə aydın olur ki, onlar heç də qanun çərçivəsində fəaliyyət göstərmək istəmir, seçkilərdə xalqın düşüncəsindən daha çox, xarici qüvvələrin maraqlarını üstün tuturlar.

- Aydın müəllim, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina etməsi üçün, sözügedən ölkənin Miqrasiya Xidmətinə müraciət etmədiyi bildirilir. Bu faktı nəzərə alaraq, onun "Milli Şura"-da bir növ oyun oynadığını söyləmək olarmı?

- Bu hamıya yaxşı aydındır ki, Rüstəm İbrahimbəyov siyasətçi deyil və o siyasətdə olduqca zəif fiqurlar olan müxalifət nümayəndələri ilə uğursuz ssenari hazırlayıb. Hətta deyərdim ki, Rüstəm İbrahimbəyov seçkilərdən sonra "2013-cü il seçkiləri adlı" tragikomik film də çəkə bilər. Şübhəsiz ki, bu filmdə baş rolu o, özü oynayacaq. Onun prezidentliyə namizədliyinin irəli sürülməsi, radikal müxalifətin seçkiyə qeyri-ciddi münasibətini göstərir. Rüstəm İbrahimbəyov çox gözəl bilirdi ki, onun ikilli vətəndaşlığı var. O, bunu bildiyi tədqirdə seçkilərə laqeyd yanaşaraq, öz namizədliyini irəli sürdü. Digər bir tərəfdən onun son bəyanatları göstərir ki, indiki vəziyyətdə sadəcə formal lider olaraq tərəfdarlarını generalsız qoşun kimi meydana buraxıb. Təbii ki, belə vəziyyət ona sərf edir. Onun çıxışlarında da seçkilərə olan laqeydliyi müşahidə etmək olar. Onu nə seçkilər, nə də Rusiya vətəndaşlığından çıxmaq maraqlandırmır. Rüstəm İbrahimbəyov ikili vətəndaşlıqla hər iki dövlətdən öz mənafeyi üçün yararlanmağa çalışır. Azərbaycan xalqı onun bu çirkin istəklərini, əlbəttə çox gözəl anlayır.

- Siz az öncə qismən də olsa, bu mövzuya aydınlıq gətirdiniz, geniş məlumat verməniz üçün sizə belə bir sual vermək istərdim. Müxalifət seçkiyə qatılmaq üçün vahid mövqe nümayiş etdirə bilmirsə, demək olarmı ki, "Milli Şura"nın parçalanması qaçılmazdır?

- Nəzərinizə çatdırım ki, Milli Şura artıq parçalanıb. Ayın 18 də keçirilən mitinqi müşahidə etdikdə gördük ki, onların hər biri fərqli-fərqli mövqedən çıxış etdi. Bir qismi Rüstəm İbrahimbəyovun namizədliyinin baykot edilməsinin, digərləri isə bir neçə vahid namizədlə seçkiyə getməyin tərəfdarı idi. Bildiyimiz kimi, Mərkəzi Seçki Komissiyasında namizədin seçilməsi ilə bağlı son tarix sentyabrın 5-dir. 2 həftə ərzində onların bu məsələni həll edəcəyi inandırıcı görünmür. Milli Şuranın artıq formal adı qalıb. Oraya daxil olanların hər biri öz ambisiyası ilə çıxış etməyə çalışır.

sia.az

Digər xəbərlər