PDF Oxu

Müsahibə

  • 1 929

İsa Qəmbər və Əli Kərimli pis arvadlar kimi qeybət etməkdən başqa bir şey bilmirlər

İsa Qəmbər və Əli Kərimli pis arvadlar kimi qeybət etməkdən başqa bir şey bilmirlər

Sərdar Həmidov: "Pənah Hüseyn və Arif Hacılı yaltaqdır"

Müsahibimiz Tərtər rayonunun keçmiş icra hakimiyyətinin başçısı, keçmiş batalyon komandiri Sərdar Həmidovdur

- Sərday bəy, "Milli Şura"deyilən qurum Azərbaycanı sevməyən xarici qüvvələrdən maliyyə dəstəyi alır və ölkədə iğtişaşlar törətməyə cəhd göstərirlər. Buna münasibətiniz necədir?

- "Milli Şura" çox anormal, qondarma bir qurumdur. Bu qurumun təsisçiləri yaramazdır. Bu yaramazlar heç bilmirlər nə edirlər. Belə yaramaz quruma və orada təmsil olunanlara inanmaq olmaz. Bunların hamısı prezident olmaq istəyirlər. Onlar "ehtiyat namizəd" məsələsində də bir qərara gələ bilmirlər. Çaş-baş qalıblar bu yaramazlar. Bunlar heç vaxt birləşə bilməyiblər və bundan sonra da birləşə bilməyəcəklər. Onlar "Milli Şura"nı buraxsınlar, gedib özlərinə iş tapsınlar.

- 20 ildir siyasətdə olanlar özləri kənarda qalaraq Cəmil Həsənlini namizəd seçdilər. Bu barədə nə düşünürsünüz?

- İsa Qəmbər və Əli Kərimli heç vaxt barışan deyil. Onlar hər zaman düşmən olaraq qalacaqlar və heç vaxt fikirləri ortaq olmayacaq. Bu dəfə də aralarında dava düşdü və bir- birlərini dəstəkləmədilər, məcbur qalıb digər namizəd seçdilər. Cəmil Həsənli siyasət adamı deyil, o öz işini kənara qoyub, başqa işlərlə məşqul olur. Bu, çox pis haldır.

- Ola bilərmi ki, İ.Qəmbər, Ə.Kərimli C.Həsənlini rüsvay etmək üçün onu namizəd kimi seçdilər?

- Onların heç birinin ağlı yoxdur. Onların hər biri qeybət edən arvadlara bənzəyirlər. Bu gün də bu işlərlə məşğuldurlar. Bu yaramazlar, C.Həsənlini "ehtiyat vahid namizəd" etməklə də yenə səhv etdilər. Onların doğru addımları, qərarları yoxdur. Cəmil Həsənlinin ağlı olsaydı, özü deyərdi ki, bu iş mənlik deyil.

- Rəsul Quliyev bildirir ki, C.Həsənli arzuolunmaz namizəddir. Siz R.Quliyevlə razısınız?

- R.Quliyevin C.Həsənli haqqında dedikləri düzdür. Lakin R.Quliyevin özü də yaramaz və alçaq adamdır. O, Azərbaycanı taladı-dağıtdı, sonra da qaçıb getdi. O da, o birisilər də yaramazdırlar. "Milli Şura"da təmsil olunanların hamısı elə alçaqdırlar. Onu da qeyd edim ki, Rauf Arifoğlu da hər zaman öz bacarıqsızlığı və natəmiz hərəkətləri ilə yadda qalıb. Bu insan "Yeni Müsavat"qəzetində lazımsız işlərlə məşğul olur.

- Bu gün İskəndər Həmidovun Eldar Namazov, Ə.Kərimli, İ.Qəmbər kimilərinin yanında olması sizi narahat etmirmi?

- İskəndər Həmidov mənim qardaşımdır. Ona məsləhət görərəm ki, adlarını çəkdiyimiz bu insanların heç birinə yaxın durmasın. Onların heç biri İ.Həmidovu çox istəməyiblər, qəbul etməyiblər və bu gün də qəbul etmirlər.

- Siz Pənah Hüseyni, Eldar Namazovu və Arif Hacılını ciddi siyasətçi kimi qəbul edirsiniz?

- Pənah Hüseyn yaltaqlıqla, dolayı yollar keçməklə yaşayan insandır. Elə E.Namazov da, A.Hacılı da elədir. Bu insanlara etibar etmək olmaz. Müharibə illərin də A.Hacılı mənim yanımda olub. O, çox pis əsgər olub, müharibədən və döyüşdən qaçıb. Ancaq yeyib-yatmaqla məşğul idi. Özü də yaltağın biri idi. Əgər kişiliyi varsa, danmasın bunları, təsdiqləsin.

Cahid Süleymanov

Digər xəbərlər