Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun SƏS TV – yə müsahibəsi:
- Aydın müəllim, Qaradağ rayonu ərazisində təbliğat-təşviqat kampaniyası necə gedir?
- Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin seçki qərargahının rayon şöbələri vasitəsilə yerlərdə seçki təbliğatı artıq öz işinə başlayıb və uğurla davam edir. Seçicilərimizlə keçirilən görüşdə onlar Prezident İlham Əliyevə inam, məhəbbət və istəklərini ifadə edirlər. Ona görə ki, Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 10 il ərzində böyük işlər həyata keçirib. Azərbaycan dövlətinin iqtisadi nüfuzunun artması xalqımızın gücünün artması deməkdir. Hər bir ailə, hər bir seçici prezidentin qayğı və diqqətini öz ailəsi üzərində görür. Prezidentin xüsusi təbliğata ehtiyacı yoxdur. Cənab prezident öz fəaliyyəti, gördüyü işlərlə artıq təbliğatını qurub. Həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin birbaşa fəaliyəti nəticəsində mükün olub.
Azərbaycan iqtisadiyyatı son 10 il ərzində 10 dəfə artıb. Əgər biz son 10 ildə makroiqtisadi göstəricilərə baxsaq görəik ki, bütün sahələrdə sıçrayışlı artım olub. Bütün bunlar ölkə prezidentinin insanlar arasında nüfuzunun artmasına xidmət edib. Buna baxmayaraq, biz artıq qəsəbələrdə seçicilərlə görüşlər keçiririk. Bu görüşlərdə seçicilər prezidentin fəaliyyətindən böyük razılıq edirlər. Qaradağ rayonunda bu, xüsusilə fərqlənir. Bu fərq ondan ibarətdir ki, rayonda yaşayan, işləyənlərin hər biri ölkə başçısına dərin rəğbət bəsləyir. 1995-ci ildən başlayaraq prezidentlə Qaradağlılar arasında çox böyük səmimi münasibət olub. Prezident İlham Əliyev o dövrdə Milli Məclisə bizim rayonumuzdan depuat seçilib. Həmin dövrdə ölkə iqtisadiyyatı o qədər də güclü olmasa da, İlham Əliyev Qaradağ rayonu əhalisinə çox böyük diqqət və qayğı göstərib. Rayonumuzda yaşayan əhalinin sosial rifahının yaxşılaşdırılması, kommunikasiya xətlərinin bərpası, içməli suyun verilməsi, yolların bərpa olunması və digər bu kimi işlər görülüb. Bundan başqa müharibə əlilləri və veteranlar, şəhid ailələri üçün iki böyük bina tikilib. O dövrdən başlayaraq Qaradağlılarla ölkə başçısı arasında yaranan isti münasibətlər bu gün də davam edir. Prezidentimiz son 10 ildə dəfələrlə rayonumuzda olub. Rayon sakinləri ilə görüşdə səmimiyyət bir daha öz əksini tapıb.
Seçkinin taleyini seçicilər həll edir. Bu işdə insanlar öz iradələrini nümayiş etdirirlər. Ölkə əhalisi iradəsini 2003-cü ildə nümayiş etdirərək öz yolunu seçib. Azərbaycan xalqı bu yoldan çəkinən deyil. Buna görə də Azərbaycan xalqı növbəti beş müddətinə öz taleyini İlham Əliyevə həvalə edəcək.
- İctimai Televiziyada keçirilən tele-debatda baş verənlər Cəmil Həsənli və onun təmsil etdiyi müxalifətin əsl simasını bir daha göstərdi. Sizcə, belə şəxslərin Azərbaycan xalqına rəhbərlik etmək istəyi nə qədər məntiqə uyğundur?
- Azərbaycan dövləti demokratik prinsiplərə söykənir. Yəni hər şey qanunlarla tənzimlənir. Buna görə də prezidentliyə namizədliyi qeydə alınan şəxslər də qanunlara əməl etməli, ona zidd olan addımlar atmamalıdırlar. Sözügedən namizədlər, məhz Azərbaycanda hökm sürən demokratik şəraitdə öz namizədliklərini irəli sürüblər və onların namizədliyi qeydə alınıb. Seçki prosesində hansı namizəd qanundan kənar hərəkət edir və bu prosedura zidd addım atırsa, onlar mütləq Mərkəzi Seçki Komissiyası tərəfindən cəzalandırılmalıdır. Belə şəxlərin namizədlikləri qəti şəkildə ləğv olunmalıdır. Radikal müxalifətin vahid namizədi Cəmil Həsənli İctimai Televiziyada seçicilər üçün ayrılan pulsuz efir vaxtından öz məkrli məqsədi üçün istifadə edib. O, burada nalayiq, böhtan, şər xarakterli ifadələr işlədərək seçki prosesinə zidd addım atıb. Ümid edirəm ki, Mərkəzi Seçki Komissiyası məsələ ilə bağlı ciddi tədbir görməlidir. Onlar populizm xatirinə ucuz nüfuza sahib olmaq üçün nə qədər böhtan və şər xarakterli ifadələr işlədirlər. Bütün bu xoşagəlməz olaylar öz layiqli cavabını almalıdır. Onlar Azərbaycan konstitusiyasının müvafiq maddələri üzrə seçki prosesindən kənarlaşdırılmalıdırlar.
Təbliğat kampaniyası çərçivəsində keçirilən tədbirlərdə rayon əhalisi radikal müxalifətə, eləcə də "Milli Şura"nın namizədi Cəmil Həsənlinin iftiralı çıxışlarına qarşı əsəb gərginliyi keçirirlər. Onlar bildirirlər ki, belə namizədlər seçkilərdən kənarlaşdırılmaldır. Onlar vurğulayırlar ki, bu namizədlərin çıxışlarına xalqımız və digər ölkələrdən olan şəxslər baxır. Belə hərəkətlər isə həm ölkə ictimaiyyətinə, həm də ölkədən kənarda olan izləyicilərə qarşı hörmətsizlikdir. Cəmil Həsənli təqaüd almaq üçün saxta sənədlər əldə edib. Yəni qanuna zidd şəkildə arayış təqdim edən şəxs prezident olmaq istəyir? Prezident qanunun aliliyinin qorunmasına birbaşa qarant olan şəxsdir. Lakin Cəmil Həsənli qanunları pozaraq sənədləri saxtalaşdırıb.
- Prezidentliyə namizədlər çıxışlarında vəd verirlər ki, maaşlar və pensiyalar artacaq. Bir iqtisadçı kimi bu vəziyyətin mümkünlüyünü necə dəyərləndirirsiniz?
- Xüsusi vurğulamaq istərdim ki, bu gün Azərbaycanda aparılan iqtisadi siyasət unikallığı ilə seçilir. Bizim iqtisadi siyasətimiz artıq öz mükəmməlliyini dəfələrlə təsdiq edib. Bidiyiniz kimi, 2009 -cu il dünyada iqtisadi böhranla müşahidə olundu. Lakin Azərbaycan xalqı öz məmləkətində bu böhran vəziyyətindən tamamilə bixəbər oldu. Çünki Azərbaycan iqtisadiyyatı bu böhran prosesindən tamamilə kənarda qalaraq, sürətli şəkildə inkişaf etdi. Bu isə bizə deməyə əsas verir ki, ölkəmizin artıq özünəməxsus unikal iqtisadi modeli formalaşıb. Təsadüfi deyil ki, digər ölkələr bizim özünü doğrultmuş iqtisadi modelimizdən istifadə etməyi planlaşdırırlar. İnfilyasiya iqtisadiyyatı məhv edən amildir. Yəni infilyasiya qədər iqtisadiyyatı çökdürəcək ikinci amil yoxdur. Əgər əməkhaqlarının artırılması düzgün şəkildə ölçülməsə, maliyyə resusları, xüsusilə nəğd pul kütləsinin bazara daxil olması tələb və təklif prinsiplərini pozsa bu infilyasiya gətirib çıxaracaq. Yəni əmək haqları və pensiyalar düzgün şəkildə artırılmasa, iqtisadiyyatımız iflic duruma düşə bilər. Məhz bu səbəbdən də əmək haqqlarının ölçülməsi düzgün şəkildə aparılmalıdır ki, iqtisadiyyatımız bərbad vəziyyətə düşməsin. Əməkhaqqının artırılması o vaxt yüksək nəticə verir ki, artım vətəndaşın cibində qalsın. Bildiyiniz kimi, ölkə prezidenti büdcə təşkilatlarında çalışan insanların əməkhaqlarını 10 faiz artırıb. Bu artım nəticəsində yaranan pul kütləsi vətəndaşın cibində qaldı. Yəni onlar bu artımdan faydalana bildilər və mövcud durum heç bir infilyasiya yaratmadı.
Kimlərsə populizm xatirinə əməkhaqlarını artıracağı barədə yalnış və özünü doğrulmayacaq vədlər verirsə, bu tamamilə absurd və cəfəng fikirlərə dayanan boş xülyadır. Bildiyiniz kimi, bugünkü radikal müxalifətin hakimiyyətdə olduqları müddətdə infilyasiya ən son həddə idi. Onların dönəmində infilyasiya 2700 faiz təşkil edirdi. Lakin bu gün infilyasiyanın səviyyəsi 4 faizi keçmir. Ümumilkdə götürdükdə isə bir rəqəmli infilyasiya normal infilyasiya sayılır. Cənab prezidentimiz İlham Əliyevin 10 illik hakimiyyəti dövründə heç vaxt iki rəqəmli infilyasiya müşahidə olunmayıb. Mən qətiyyətlə deyərdim ki, Azərbaycan iqtisadiyyatı özünün ən yüksək çağlarını yaşayır. Radikal müxlifətin papulizm xatirinə əmək haqlarının artırılması ilə bağlı verdiyi vədlər isə tamamilə reallıqdan kənardır. Onların təhlil etmə qabiliyyəti, eləcə də ətrafda baş verən proseslərə düzgün qiymət vermək bacarıqları yoxdur. Bu kimi insanlar düzgün qənaətə gəlmə səriştəsindən demək olar ki, məhrumdurlar.
- Prezident seçkiləri ilə əlaqədar Qaradağ rayonu ərazisində yaradılan seçki məntəqələrində vəziyyət nə yerdədir?
- Dairə və məntəqələrdə mövcud olan vəziyyət olduqca qane edicidir. Mərkəzi Seçki Komissiyası və onun yerlərdəki dairə seçki komissiyaları tərəfindən seçicinin rahatlığı və seçkilərin şəffaf keçirilməsi tam şəkildə təmin ediləcək. Yeni Azərbaycan Partiyası da müəyyən olunan dairələrə öz məşvərətçi səs hüququna malik olan üzvlərini göndərib. YAP Qaradağ rayon təşkilatı da bu prosesi yüksək səviyyədə icra edir. Biz həmin şəxslərlə seminarlar keçirərək, onaları vəzifələrini və görəcəyi işlər baradə məlumatlandırırıq. Texniki baxımdan bütün məsələlər həll olunub. Hazırda təşviqat işləri ilə məşğuluq. Qaradağ rayonunda 11 qəsəbə var. Artıq 4 qəsəbədə görüşlərimizi başa vurmuşuq. Bu nizamla növbəti görüşlərimizi davam etdirəcəyik. Eyni zamanda, biz rayon ağsaqqalları və gənclərlə də görüşlərin keçirilməsini planlaşdırırıq.
sia.az