PDF Oxu

Müsahibə

  • 5 103

Sevil Yusifova: "Son 10 ildə görülən işləri görməyən varsa, demək o gözdən əlildir"

Sevil Yusifova: "Son 10 ildə görülən işləri görməyən varsa, demək o gözdən əlildir"

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) prezidenti Sevil Yusifovanın SİA-ya müsahibəsi:

- Sevil xanım ölkə başçısının 10 illik fəaliyyətini necə qiymətləndirisiniz?

- Son 10 ildə ölkə başcısının gürdüyü işlər sayəsində respublikamız regionun ulduzuna çevrilib. Stabilik hökm sürür. Son 10 ildə ölkəmiz indiyə qədər görülməyən bir inkişaf yolu keçib. Azərbaycan Cənubi Qafqazda lider ölkəyə çevrilib. Bütün bunlar Prezident İlham Əliyevin 10 ildə gördüyü işlər nəticəsində əldə olunub. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu illər ərzində Azərbaycanda elə bir sahə yoxdur ki, inkişaf etməsin. Ölkəmiz siyasi, iqtisadi, mədəni və digər istiqamətlər üzrə inkişaf edərək bir çox ölkələrdən önə çıxıb. Artıq Azərbaycan bütün dünya ölkələrinin diqqət mərkəzindədir. İnkişaf etmiş ölkələr Azərbaycana maraq göstərirlər. Ölkə başçısının bu illər ərzində gördüyü işlərdən danışarkən onun Dağlıq Qarabağ probleminin həlli istiqamətində gördüyü işləri qeyd etməmək mümkün deyil. Artıq bir sıra dövlətlər Xocalı faciəsini qəbul ediblər. Bir çox ölkələrin parlamentləri Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edib. Prezidentimizin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın apardığı böyük siyasətin nəticəsidir ki, bizim faciələr artıq dünya ictimaiyyətinin diqqətindədir. Son 10 ildə təhsil sahəsində aparılan işlər, atılan addımlar çox mühümdür. Artıq paytaxtla yanaşı, ucqar kəndlərdə də təhsillə bağlı heç bir problem qalmayıb. Bütün rayonlarda bu sahə inkişaf edib. İndi ucqar kənddə yaşayan, sıradan bir ailənin də uşağı dövlət hesabına xaricdə, ən reytinqli universitetlerdə oxumaq şansı əldə edir. Əslində, görülən işləri saymaqla bitməz. Əgər kimsə bütün bunları görmürsə, demək o insan gözdən əlildir.

- 9 oktyabrda ölkəmizdə prezident seçkiləri keçiriləcək. Bu prosesi necə qiymətləndirisiniz və AJQA olaraq seçki ilə bağlı hansı işləri görürsünüz?

- Biz də AJQA olaraq bu prosesə qoşulmuşuq və yaxından iştirak edirik. Bizim də regionlara səfərlərimiz əhali ilə sıx görüşlərimiz olur. Seçki ilə bağlı maarifləndirmə işlərində fəallıq göstəririk. Hətta bununla bağlı El TV-də seçkilərlərlə bağlı xüsusi proqram hazırlamışıq. Belə ki, həmin veriliş vasitəsilə insanları seçki qanunu ilə tanış edib, onları məlumatlandırmağa çalışmışıq. 9 oktyabrda da AJQA-nın bəzi üzvləri exit-pollda iştirak edəcək, rayonlarda seçki prosesini izləyəcəklər. Düşünürük ki, seçki günü təşkilatımız tam enerji ilə çalışacaq və xalqımız üçün həyatı əhəmiyyətli bir gündə onların yanında olacaq. Ölkəmizdə aparılan seçki prosesinə gəlincə, indiyə qədər apardığmız müşahidələr prosesin şəffaf, demokratik şəkildə aparıldığını göstərir. Belə ki, ölkəmizdə hər bir namizədə öz təbliğatını aparması üçün bərabər şərait yaradılıb. Nəticə etibarilə, seçicilər 9 oktyabrda istədiyi namizədə rahat, sərbəst şəkildə səs verəcəklər.

- Təşkilat olaraq qarşıda hansı yenilikləriniz var? AJQA hansı işləri görmək niyyətindədir?

- Yeniliklərimizə gəldikdə, onu deyə bilərəm ki, EL TV-ilə birgə müqavilə bağlamışıq. Belə ki, biz hər həftə Gender verilişi ilə insanların görüşünə çıxacağıq. Bizim məqsədimiz paytaxla region arasında körpü qurmaqdır.

Bakıda fəaliyyət göstərən müxtəlif peşəkarları, sənət adamlarını Yevlaxa dəvət edəcəyik. Yerli insanların suallarını cavablandırmaqla, maarifləndirmə işlərimizi davam etdirəcəyik. Biz öz layihəmizdə qadınlara xüsusi yer ayırmışıq. Belə ki, sözügedən verilişdə daha çox qadınlara yönəlik mövzular öz əksini tapacaq. Çünki cəmiyyətdə qadınlar məlumatlı, savadlı olsa, biz daha çox nailiyyətlərə imza atmış olarıq. Əks halda, inkişaf edə bilmərik. Bu gün ölkəmizdə qanunlar Avropa standartlarına uyğundur, şəhərlərimiz çox səliqəli, gözəldir. Bu yenilikləri, gözəllikləri qorumaq üçün insan faktoru əsas rol oynayır. Əgər analarımız, qadınlarımız uşaqlarımızı savadlı və elmli böyütməsə, ümumxalq malına özününki kimi sahiblənib qorumasa, ətrafına etinasız yanaşsa, sadaladıqlarımız da uzun müddət ayaqda qala bilməz. Ona görə də maarifləndirmə işlərinə həmişə ehtiyac var. Çalışacağıq ki, bu məsələdə millətimizə öz töhfəmizi verək.

sia.az

Digər xəbərlər