Hafiz Hacıyev: "Əbülfəz Elçibəyi Əli Kərimli zəhərləyib"
Müsahibimiz Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi ilə bağlı Baş Prokurorluqda aparılan istintaq işi ilə bağlı fikirlərini bölüşdü:
- Məlumdur ki, AXCP sədri Əli Kərimli satqın, xəyanətkar bir insandır. Mən bunu dəfələrlə demişəm, bu gün də deyirəm. Bu insan cinayətkardır. O, Elçibəyi zəhərləyib öldürüb və mən də bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Özüm də işin gedişi ilə bağlı tez-tez maraqlanıram. Tezliklə şahidi olacağıq ki, bu cinayət sübut olunacaq və Ə.Kərimli həbs ediləcək. Kərimli Əlinin pis işlərini, alçaqlığını, satqınlığını, törətdiyi murdar əməlləri saymaqla bitməz. Özü kimi alçaq adam yoxdur.
Şahidi oluruq ki, Cəmil Həsənli adlı adını professor qoymuş birisi də qoşulub ona, guya xalqa, vətənə məhəbbətləri var. Onların bütün danışdıqları yalandır, böhtandır. Hər gün boş-boş söhbətlər edirlər. Xalq onları yaxşı tanıyır. Millət bilir ki, İsası da, Əlisi də, Cəmili də ikiüzlü, yalançı insanlardırlar. Əli Əbülfəzi zəhərlədi öldürdü, indi də adını qoyub kişi, yekə-yekə gəzir. O, tezliklə həbs olunacaq. O, böyük cinayətkardır. Belə insanların və cinayətkarların cəmiyyətimizdə əl-qolunu sallayıb, azad gəzməsi mümkün olmayacaq. Buna imkan verə bilmərik.
Sonda bir daha qeyd edirəm ki, Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı istintaq artıq yekunlaşmaq üzrədir. Bununla bağlı 110 nəfər dindirilib və sübut olunub ki, Ə.Elçibəy zəhərlənib. Onu zəhərləyən AXCP sədri Əli Kərimlidir. O alçaq, düşüncəsiz, vətən xaini Kərimli Əli bu cinayəti boynundan ata bilməz. O, tezliklə həbs olunacaq. Elçibəyin zəhərlənməsi faktdır. Onun zəhərlənməsində baş rol oynayan və onun ölümünə fərman verən Ə.Kərimlidir. Elçibəyi aradan götürmək Ə. Kərimlinin planı idi. Mən bu məsələni gündəmə gətirəndə demişdim, indi də deyirəm ki, bu işin məsuliyyətini AXCP sədri daşıyır. Bu adam hər zaman xəyanət etməklə məşğul olub. Bu gün də Ə.Kərimli xəyanətkarlıq fəaliyyətini davam etdirir. Bu adam həbs olunmalıdır və ona ən ağır cəza verilməlidir. Belə insanların azadlıqda olması cəmiyyətimiz üçün fəlakətdir. Bu fəlakətin qarşısı Ə.Kərimli həbs olunmaqla alınmalıdır.
Cahid Süleymanov