PDF Oxu

Müsahibə

  • 1 467

Qərəzli hesabat

Qərəzli hesabat

Rufiz Qonaqov: "Human Rights Watch təşkilatı öz ciddiliyini itirib"

Müsahibimiz Beynəlxalq Münasibətlərin Araşdırmalar Mərkəzinin rəhbəri Rufiz Qonaqovdur

- Rufiz müəllim, Human Rights Watch təşkilatı növbəti dəfə Azərbaycanla bağlı qərəzə, böhtana sökənən hesabat yayıb. Sizcə, bu təşkilatın Azərbaycana qarşı qərəzlı mövqeyindən çıxış etməsinin səbəbi nə ilə bağlıdır?

- Hər zaman Human Rights Watch təşkilatı Azərbaycana qarşı qərəzli mövqe ilə çıxış edib. Artıq bu təşkilatın Azərbaycanla bağlı verdiyi hər hansı bir hesabatı ciddi qəbul edilmir. Çünki Human Rights Watch təşkilatı öz ciddiliyini itirib. Təbii ki, biz dəfələrlə Human Rights Watch təşkilatının Azərbaycanla bağlı qərəzli mövqe ilə çıxış etməsinə öz etirazımızı bildirmişik. Demək olar ki, hər zaman təşkilat erməni mövqeyində duraraq Azərbaycana qarşı qərəz nümayiş etdirib. Ona görə də, bu təşkilatın hesabatlarına əhəmiyyət verməyə dəyməz. Nüfuzunu itirən beynəlxalq təşkilatlar gələcəkdə hər hansı bir formada öz mövcudluqlarınıda itirəçəklər. Digər tərəfdən adıçəkilən bu kimi təşkilatlarda obyektivlik yoxdursa, deməli onların insan haqları ilə bağlı hesabatları da ciddi qəbul edilə bilməz.

- Təşkilat iddia edir ki, guya Azərbaycanda "siyasi məhbuslar" var. Bu iddiaların məntiqsiz və əsasız olduğunu hansı faktlarla əsaslandıra bilərsiniz?

- Azərbaycanın inkişafı və aparılan demokratik islahatlar, o cümlədən, mövcud olan insan hüquqlarının qorunması və mətbuat azadlığı kimi məsələlər göz qabağındadır. Bunu da bütün dünya etiraf edir. Birincisi, Azərbaycanda heç bir siyasi məhbus yoxdu. Ümimiyyətlə, siyasi məhbus anlayışı nə ilə ölçülür, o da məlum deyil. Buna görə də, Human Rights Watch təşkilat ciddi qəbul edilmir və bu təşkilatın Azərbaycanla bağlı verdiyi qərarların da heç bir əhəmiyyəti yoxdur.

- Demək olarmı ki, Leyla və Arif Yunuslar kimi şəxslər Azərbaycanın imicini ləkələmək üçün Human Rights Watch təşkilatları ilə əməkdaşlı edir və onlara Azərbaycanla bağlı yalan, şər və böhtan xarakterli informasiyalar çatdırırlar?

- Bəli, Leyla və Arif Yunuslar kimi şəxslər Human Rights Watch təşkilatlara Azərbaycanla bağlı yalan, şər və böhtan xarakterli informasiyalar çatdırırlar. Azərbaycanlı olan bu kimi şəxslər xaricdən maliyyə vəsaiti almasaydı, təbii ki, adıçəkilən bu kimi təşkilatlarda Azərbaycana qarşı cəsarət edib şər və böhtan xarakterli bəyanatlar da verə bilməzdilər. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlara informasiya catdıran həmin şəxslər məhz Azərbaycan vətəndaşlarıdırlar.

GÜLYANƏ

Digər xəbərlər