Azərbaycan qalib dövlət kimi yeni hədəflərə doğru inamlı addımlar atır

Milli Məclisin deputatı Səbinə Xasayeva
-Səbinə xanım, bu gün Azərbaycanın qalib dövlət kimi qarşısında yeni hədəflər dayanır. Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu məsələ haqqında da fikirlərini bildirib. Bu barədə nə deyə bilərsiniz?

-Artıq tarixə qovuşmuş 2020-ci il Azərbaycan xalqı üçün istər siyasi, istər diplomatik, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. İlin ən mühüm uğuru isə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı tarixi qələbəmizdir. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan qədim Şuşanın işğaldan azad edilməsinin ardınca böyük Qələbənin qazanılması xalqımızın tarixində yeni bir əbədi tarix yazdı. Bu tarixi zəfər İkinci dünya müharibəsindən sonra əldə olunan qələbələr içərisində dünyada ən şanlı və ədalətli qələbədir. Qibtə ediləcək bu böyük zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyuldu.
Prezidentimizin bu tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan Ordusunun qəhrəman əsgər, çavuş, gizir, zabit və generalları yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduğunu bütün dünyaya əyani şəkildə göstərdi və sübut etdi. Digər tərəfdən isə, əsrlərlə yalanı, riyakarlığı dövlət strategiya və taktikasının əsası hesab edən mənfur Ermənistan siyasətçilərinin, qaniçən, ikiüzlü erməni xalqının iç üzünü açıb bütün dünyaya göstərdi.
Üçrəngli bayrağımızın Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə və Laçında dalğalanması Ali Baş Komandanımız ¬İlham Əliyevin yüksək və məğlubedilməz sərkərdəlik qabiliyyətinin, ordumuzun, xalqımızın qırılmaz gücünün, möhkəm iradəsinin, monolit birliyinin və vəhdətinin çox parlaq bir nümunəsidir. Heç şübhəsiz, bu şanlı, tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək və heç vaxt unudulmayacaq.
Bu Qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və vətən uğrunda həlak olmuş bütün şəhidlərimizi həmişə minnətdarlıq hissi ilə xatırlayacaq. Eyni zamanda, qalib dövlət olaraq Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Ölkəmiz bu hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə inamlı addımlar atır və bundan sonra da atacaq.
-Hazırda işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri həyata keçirilir. Məqsəd həmin torpaqlara qayıdacaq insanlar üçün bütün imkanların yaradılmasıdır...
-2021-ci il qalib ölkəmizin qarşısında yeni tarixi dövr açır. Bu il tarixə dirçəliş ili kimi düşərək yaddaşlarda əbədi qalacaq. Artıq Prezident İlham Əliyevin "Qarabağ Dirçəliş Fondu" publik hüquqi şəxsin yaradılması haqqında imzaladığı Fərman dirçəlişin başlanğıcı kimi xalqımızın qarşısında yeni üfüqlər açır. Bu Fərman uzun müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılmasına, ölkəmizin siyasi, iqtisadi, hərbi və mədəni həyatında yeni dövrün başlanmasına təkan verəcək. Fondun vəsaitlərinin fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşması işğaldan azad edilmiş rayon, şəhər, qəsəbə və kəndlərdə bərpa-quruculuq işlərinin geniş vüsət alması üçün geniş imkanlar açacaq. Bu isə ölkəmizin sosial-iqtisadi inkişafına, müdafiə qüdrətinin daha da möhkəmləndirilməsinə müsbət təsir göstərməklə onun regionda gedən siyasi-iqtisadi proseslərdə söz sahibi olmasında mühüm və əvəzolunmaz rol oynayacaq.
İnanıram ki, qarşıda duran çətin və son dərəcə şərəfli vəzifələrin öhdəsindən uğurla gəlmək üçün yaşadığı yerdən, yaşından, cinsindən, təhsilindən, maddi imkanından asılı olmayaraq, hər bir azərbaycanlı işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılmasına dəstək göstərəcək və dirçəliş tariximizə öz layiqli töhfəsini verəcək. Onların bütün potensialının tikinti-quruculuq və abadlıq işlərinə səfərbər edilməsi ölkəmizin inkişafında əvəzedilməz rol oynamaqla xalqımızın birliyinin növbəti təzahürü olacaq.
Bildiyimiz kimi, bərpa və yenidənqurma prosesinin mərkəzi vəsiləsi – məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmalarıdır. Qayıdışın səmərəli şəkildə təşkil olunmasından ötrü repatriasiya potensialını mümkün qədər dəqiq proqnozlaşdırmaq, bunun üçün isə məcburi köçkünlərin istək, niyyət və təkliflərini öyrənmək olduqca vacibdir. Bu məqsədlə dövlət başçısının sərəncamı ilə yaradılmış "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı" nəzdindəki İdarələrarası Mərkəzin "Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu" yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır. Həmin araşdırmalardan biri də "Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması" adlı tədqiqat işidir.
İşğaldan azad olunmuş torpaqlarımızda 2021-ci ildə genişmiqyaslı quruculuq işlərinin aparılması üçün dövlət büdcəsində quruculuq işləri ilə bağlı böyük məbləğdə vəsait nəzərdə tutulub. Həmçinin Prezident İlham Əliyev son çıxışlarında da böyük quruculuq işlərinin anonsunu verdi. Artıq bir sıra rayonlarda tikiləcək obyektlər, yol çəkilişləri, dəmir yolları ilə bağlı konkret planlar var. Artıq ilin başlanğıcından cənab Prezident İlham Əliyev birnci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş rayonlarımıza ardıcıl səfərlər edərək orada gedən quruculuq işləri ilə yaxından tanış olub və bir çox müəssisələrin təməlinin qoyulmasında iştirak ediblər. Bütün bu faktlar işğaldan azad edilən dədə-baba torpaqlarımızda tez bir zamanda irimiqyaslı quruculuq işlərinin aparılması sayəsində insanların oz doğma yurd-yuvalarına qayıdacaqlarını və həmin rayonların dirçəldilməsində yaxından iştirak edəcəklərini aydın şəkildə göstərir.
-Sizcə, işğaldan azad edilmiş rayonlarda yeni idarəetmə sisteminin yaradılmasının əhəmiyyəti nədən ibarətdir?
-Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" və "İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında" fərmanlar imzalayıb. Bu fərmanlara əsasən, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri yaradılıb.
İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında mülki idarəetmə formasının tətbiq edilməsinə başlanılması həmin ərazilərin bərpası istiqamətində vacib addımdır. Qarşıda duran ən vacib məsələ həmin ərazilərin bərpa edilməsidir. Bildiyiniz kimi, 2021-ci ilin dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpası üçün 2.2 milyard manat vəsait ayrılıb. Əlbəttə ki, ərazilərin bərpa edilməsi üçün ilk növbədə mülki idarəetmə formasını yaratmaq zəruri idi. Hüquq-mühafizə orqanlarının strukturları artıq işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayıb. Mülki idarəetmənin başlanması işğaldan azad edilmiş ərazilərimizin bərpa işlərini yüksək səviyyədə həyata keçirməyə imkan verəcək.
Yeni yaradılan idarəetmə institutu şaquli və birbaşa tabeçiliyə əsaslanır və olduqca çevik və səmərəli idarəetmə forması hesab edilə bilər, çünki yeni forma birbaşa tabeçilik əsasında həyata keçiriləcək. Bu isə vəzifə və tapşırıqların daha sürətlə və çevik şəkildə yerinə yetirilməsini təmin edəcək. Hazırda Azərbaycanın böyük tarixi qayıdış kimi bir planı var və bu, artıq icra edilməkdədir.

yap.org.az