Azərbaycan dövləti erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli tədbirlər həyata keçirir

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov

- Cavid müəllim, bildiyimiz kimi, işğaldan azad edilmiş ərazilərimizdə bütün infrastruktur, o cümlədən tarixi abidələrimiz erməni vəhşiliyinə məruz qalıb. Bu vandalizmin dünyaya çatdırılması üçün görülən işlərin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...
- Azərbaycan xalqı dünyanın ən zəngin mədəni irsə sahib olan xalqlarından biridir.Bu zənginliyi əsrlərdən ötüb gələn tarixi, mədəni və dini abidələrimiz də özündə əks etdirir. Amma təəssüflər olsun ki, mənfur qonşularımız olan ermənilər hər fürsətdə bizim tarixi keçmişimizə əl uzatmağa çalışıb, bir sıra milli adətlərimizi özününküləşdirməyə çalışıb, ərazilərimizdəki qədim alban-xristan abidələrini erməni “irsi” kimi təqdim etməyə cəhd edib və s.
Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib, bütün maddi, mədəni, tarixi və dini abidələr məhv edilib. Ermənistan Azərbaycan xalqının irsini qəsdən hədəf alan, bir vaxtlar işğal olunmuş ərazilərdə çoxsaylı hərbi cinayətlər həyata keçirib. Təkcə onu demək kifayətdir ki, ermənilər tərəindən bu dövrdə 70-ə yaxın məscid, çoxlu sayda məədni-tarixi abidələr məhv edilib. Ermənilərin bu vandallığı xalqımızın mədəni-tarixi irisnə qarşı soyqırımıdır. Azərbaycan Ermənistanın bu cinayətləri haqqında müvafiq beynəlxalq təşkilatları məlumatlandırıb və qarşısının alınmasını tələb edib. Amma Ermənistan işğalçılıq siyasətini davam etdirdiyi dövrdə beynəlxalq missiyaların Azərbaycanın işğal olunmuş ərazilərini ziyarət etməsinə icazə verməyib.
44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdik. Biz artıq ermənilərin torpaqlarımızda hansı vəhşiliklər törətdiyinin əyani şəkildə şahidi olduq. Təbii ki, Azərbaycan dövləti Ermənistanın mədəni-tarixi irsimizə, dini abidələrimizə vurduğu ziyanın dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli tədbirlər həyata keçirir. Cənab Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda çıxışları zamanı, xarici KİV-lərə müsahibələrində bu barədə ətraflı məlumatlar verir. Eləcə də, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə vacib layihələr həyata keçirir.
Bütövlükdə, cəmiyyətimiz bu prosesdə fəaldır. Bilirsiniz ki, işğaldan azad olunmuş ərazilərimizə diplomatik korpusun nümayəndələrinin, yerli və xarici KİV-lərin, eləcə də müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin səfərləri təşkil olunur. Bugünlərdə İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun və Türk Şurasının nümayəndələrinin də bu ərazilərə səfər edərək real vəziyyətin əyani şahidi oldular. Bu səfərlərin təşkil olunmasının məqsədi erməni vandalizminin beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılmasıdır.
Əlbəttə ki, Ermənistanın bu cinayətləri cavabsız qalmayacaq. Dövlətimiz tərəfindən bu cinayətlər sənədləşdirilərək müvafiq beynəlxalq təşkilatlara təqdim olunur. Ermənistan törətdiyi bütün cinayətlərinə görə cəzasını almalıdır və alacaq.
- Bir sıra beynəlxalq təşkilatlar və ölkələr erməni vandalizminə qarşı susqunluq nümayiş etdirirlər. Amma hansısa “erməni kilsəsinin” guya dağıdılması ilə bağlı yanlış mövqedən çıxış edirlər. Buna münasibətiniz necədir?
- Qeyd etdiyim kimi, Ermənistan vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində bütün mülki, dini, mədəni obyektləri dağıdıb. İndi Azərbaycanın erməni vandalizminin mahiyyətinin və törədilmiş hərbi cinayətlərin ifşa edilməsi istiqamətində beynəlxalq miqyasda apardığı işə əngəl olmaq üçün erməni tərəfi dezinformasiyalar yayır. Məqsəd beynəlxalq ictimai rəyi çaşdırmaqdır.
Yəqin ki, Cəbrayıl rayonunda guya “kilsənin yoxa çıxması” məsələsini nəzərdə tutursunuz. Bu kilsə deyil. Cəbrayıldakı məlum “ibadətgah” beynəlxalq səviyyədə Azərbaycanın əraziləri kimi tanınan torpaqlarında Ermənistanın 30 illik işğalı dövründə qeyri-qanuni şəkildə inşa edilib. 1993-cü ildə baş vermiş erməni işğalına qədər həmin ərazilər yalnız etnik azərbaycanlılar yaşayıb. “İbadətgah” 2017-ci ildə- Ermənistanın Cəbrayılda və Azərbaycanın digər işğal olunmuş bölgələrində nəsillər boyu yaşamış azərbaycanlıların evlərini və mədəni irsini dağıtdığı bir dövrdə tikililb.
2017-ci ildə Azərbaycan dövlətinin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciətindən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri Cəbrayıldakı “ibadətgah”da olublar. Həmsədrlər bu səfərdən sonra həmin tikilinin Cəbrayıldakı hərbi birləşmənin bir hissəsi olaraq erməni əsgərləri tərəfindən istifadə edilməsi üçün inşa edildiyi qənaətinə gəldilər. Ona görə də, bir neçə il öncə işğalçı ermənilərə xidmət etmək üçün inşa olunan bu tikili mədəniyyət tarixinin bir hissəsi hesab edilə bilməz. Bu qanunsuz bir tikilidir.
Bu məsələ ilə bağlı saxta narahatlıq ifadə edən, hay-küy qaldırmaq istəyənlər isə Qərb ölkələrindəki müəyyən dairələrdir. Hansı ki, onlar erməni lobbisi, anti-azərbaycançı mərkəzlər tərəfindən idarə olunurlar. Həmin dairələrin məqsədi ölkəmizin haqlı davasından diqqəti yayındırmaq, Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqdır. Təəssüf ki, biz zaman-zaman belə ikili standartlarla üzləşirik. Bizim tarixi abidələrimizin məhv olunması ilə bağlı qərb ölkələrinin susqunluqnümayiş etdirməsinin əsasında da ikili standartlar dayanır. Amma Azərbaycan doğru yoldadır. Nə qədər belə haqsızlıqlarla üzləşsək də, bzi hədəflərimizə doğru inamla irəliləyirik. Haqq nazilər, amma üzülməz. Azərbaycan dövləti və xalqı Ermənistanın cinayətlərinin, saxtakarlığının ifşa edilməsi istiqamətində bundan sonra da qətiyyətli addımlar atacaq.
- Ermənistanın daha bir cinayəti Şuşaya “İsgəndər” raketinin atılmasıdır...
- Azərbaycan Ordusu 44 günlük hərbi əməliyyatlar zamanı döyüş meydanında tarix yazaraq düşmənə ağır zərbə vurdu. Hərbi əməliyyatlar zamanı sarsıdıcı zərbələr alan Ermənistan ordusu, xüsusilə bu ölkənin hərbi-siyasi rəhbərliyi ağır məğlubiyyətin acığın çıxmaq üçün müharibə cinayətləri törətməklə məşğul idi. Gəncə, Mingəçevir, Bərdə, Qəbələ, Tərtər və Xızı kimi döyüş bölgəsindən 100 kilometrlərlə uzaqda yerləşən şəhər və rayonlarımızı, mülki əhalimizi hədəf alaraq raket zərbələrinin endirilməsi, nəticədə dinc əhalinin amansızcasına qətlə yetirilməsi müharibə cinayətidir, Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən növbəti terror aktıdır. Bu qanlı cinayətin törədilməsi zamanı qadağan olunmuş silahlardan istifadə edilməsi isə beynəlxalq konvensiyalara ziddir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin belə cinayətlər törətməsində əsas məqsədlərdən biri Azərbaycanda insanlar arasında qorxu yaratmaq idi.
Ermənistanın hərbi əməliyyatlar zamanı mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan və ballistik raketlərdən istifadə etməsi, əslində, düşmən ordunun və onun rəhbərliyinin acizliyindən xəbər verir. Şuşanın işğaldan azad edilməsi dünya hərb tarixində yeni səhifədir. Xüsusi təyinatlı dəstələr Şuşa şəhərini yüngül silahlarla, heç bir ağır silah və artilleriyadan istifadə etmədən düşməndən azad edib. Ermənistan nə edirdi? Şuşada ağır artilleriya- top və tanklardan istifadə edirdi. Şuşaya “İsgəndər-M” raketinin atılması Ermənistanın siyasi-hərbi rəhbərliyinin növbəti cinayət əməlidir. Hərbi ekspertlərin qənaətinə görə, Ermənistanda “İsgəndər” raketinin “E” versiyası olmalıdır. Ancaq biz buna ilkin mərhələdə tam əmin ola bilmərik ki, Ermənistan tərəfi “İsgəndər-M” raketlərini əldə etməyib. Çünki həm hərbi əməliyyatlardan əvvəlki dövrdə, həm də hərbi əməliyyatlar zamanı Ermənistana qanunsuz yollarla silahlar daşınırdı. Odur ki, “İsgəndər-M” raketlərinin Şuşa ərazisinə atılması məhz Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin işi olması güman edilir.
Şuşa ərazisinə “İsgəndər-M” raketinin atılması dünya mətbuatında kifayət qədər rezonans doğurub və birmənalı qarşılanmayıb. Müvafiq qurumlar tərəfindən məsələ ilə bağlı araşdırmalar aparılır.

yap.org.az