Tehranda keçirilən “3+3” formatında nazirlərin ilk görüşünün nəticələri və region dövlətlərinin problemlərini kənar oyunçular olmadan həll etməyə hazırlığı siyasi müşahidəçi Sergey Strokan “Moskva-Baku” portalı üçün təhlil edib. Analitikin fikirlərini oxucularımıza təqdim edirik.
Uğurlu dövlətləri problemli ölkələrdən nəyin fərqləndirdiyi ilə bağlı davam edən müzakirələrdə siyasətçilər, diplomatlar və ekspertlər həmişə əsas suverenlik anlayışına qarşı çıxırlar.
Suverenlik bir ölkənin öz iqtisadiyyatını necə inkişaf etdirəcəyinə, kiminlə əlaqələr quracağına və öz təhlükəsizliyini təmin etmək missiyasını kimə həvalə edəcəyinə müstəqil qərar vermək qabiliyyəti və ya imkansızlığıdır. Bu, həm də bir ölkənin özünü necə müdafiə edə biləcəyi məsələsidir, o hansısa xarici qüvvəyə, qüdrətli gücə arxalanmağa üstünlük verir, yoxsa bunu özü həyata keçirir.
Bütün bu amillər bu gün Cənubi Qafqaz ölkələrinin hər biri- Ermənistan, Azərbaycan, Gürcüstan və onların qonşuları üçün uzun illər və onilliklər ərzində onların gələcək taleyini və inkişaf vektorunu müəyyən edən əsas məqamlardandır.
Bütün bunlar ötən həftə İranın paytaxtında “3+3” formatında nazirlərin ilk görüşündə müzakirə edilib. Rusiya, İran, Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin rəhbərləri Cənubi Qafqazın təhlükəsizliyi və inkişafı məsələlərini müstəqil şəkildə həll etməyə başlamaq üçün 2-ci Qarabağ müharibəsindən bəri ən ciddi cəhd göstərdilər. Yəni, “3+3” formatının iştirakçılarının fikrincə, regiondan kənarda olan və ümumi maraqlardan uzaq olan dövlətlər öz iradəsini Cənubi Qafqaza sırımamalı, onu öz oyunlarına cəlb etməməlidirlər.
Sözün düzü, orada 6 yox, 5 iştirakçı var idi. Tehrana dəvət edilən Gürcüstan bunu müzakirə etməkdən imtina edib. Bununla belə, nə olursa-olsun, regional inteqrasiya prosesi başlayıb və bunu region üçün ilin əsas hadisələrindən biri hesab etmək olar.
Ədalət naminə etiraf etmək lazımdır ki, iki üçlük formatında regional əməkdaşlıq mexanizmi, zahirən çox uduşlu və cəlbedici görünsə də, özünü dərhal təsdiq etmədi, bu, yavaş və çətin məsələ oldu.
Xatırladaq ki, bu təşəbbüs 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanat imzalaması ilə nəticələnən 2-ci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ankara və Bakı tərəfindən irəli sürülüb. Moskvanın fəal şəkildə dəstəklədiyi altıtərəfli platformanın ideyası üç Zaqafqaziya respublikasını regionda ən böyük təsirə malik olan 3 güclü dövlətlə (Rusiya, Türkiyə, İran) birləşdirməyə qadir inteqrasiya platforması əldə etmək idi.
Güman edilirdi ki, yeni format nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını sürətləndirəcək, daha sıx əməkdaşlığa kömək edəcək və ən əsası regionun problemlərini regiondankənar oyunçuları cəlb etmədən region dövlətlərinin özlərinin həll etməyinə imkan verəcək.
Lakin cəlbedici ideya öz yolunu çətinliklə tapdı. Tehranda keçirilən ilk nazirlər görüşünə qədər Cənubi Qafqaz üçün altıtərəfli format fəaliyyətsiz qaldı və bunun bir neçə səbəbi var idi.
Əsas olanlar “altılıq” üzvlərinin özləri arasında çoxsaylı fikir ayrılıqları və gərginliklər idi və kənar oyunçular bu fikir ayrılıqlarında fəal şəkildə oynamağa başladılar.
Bu günə qədər sülh müqaviləsinin imzalanma şərtlərini razılaşdıra bilməyən İrəvanla Bakı arasında münasibətlərdə davam edən gərginlik İranla Azərbaycan arasında münasibətlərin kəskinləşməsi ilə üst-üstə düşdü ki, bu da ideyaların həyata keçirilməsində aşkar tormoz oldu. Bakı ilə Tehran arasında münasibətlər bu ilin yanvarında, İranın paytaxtında Azərbaycan səfirliyinə silahlı hücumdan sonra ən aşağı həddə çatıb.
Bu arada, son həftələrdə bölgədə dramatik dəyişikliklər baş verdi və hər kəsə aydın oldu: təcili bir araya gəlmək lazımdır, görüşü daha təxirə salmaq olmaz.
Əsas dəyişiklik qondarma “DQR”in separatçı quruluşu darmadağın edildikdən sonra Bakının Qarabağ iqtisadi rayonu üzərində tam inzibati nəzarəti bərqərar etməsi oldu. Xankəndi səmasında Azərbaycan Respublikasının bayrağını prezident İlham Əliyev şəxsən qaldırdı.
Əgər Tehran görüşün ab-havasını əvvəlcədən müəyyən edən və bunu mümkün edən digər dəyişikliklərdən danışsaq, o zaman İranla Azərbaycan arasında münasibətlərdə ciddi istiləşməni qeyd etməyə bilmərik. Bu, ilkin olaraq Tehranın şəfaətinə ümid edərək Bakı ilə uzunmüddətli qarşıdurmaya arxalanan İrəvan üçün heç də yaxşı xəbər deyildi.
Bundan sonra, artıq İran kartını Azərbaycana qarşı oynamaq mümkün olmayacaq. Oktyabrın əvvəlində Azərbaycan Prezidentinin köməkçisi Xələf Xələfov Tehrana səfər edib və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb. Bundan az sonra tərəflər Azərbaycanın Tehrandakı səfirliyinin yaxın vaxtlarda fəaliyyətini bərpa edəcəyini və bu səfirliyin yaxın vaxtlarda fəaliyyətə başlayacağını bəyan ediblər.
Beləliklə, hətta bu qış münaqişə astanasında dayanan Tehran və Bakı qonşularına prinsipial praqmatik regional əməkdaşlıq nümunəsi nümayiş etdirdilər. Bununla belə, ən ciddi, dəmirlə örtülmüş arqumentlərdən biri yeni dəmir yolu ilə bağlı razılaşma idi.
“Altılıq”ın görüşü ərəfəsində Bakı və Tehran Azərbaycanın Naxçıvan Muxtar Respublikası və Şərqi Zəngəzur iqtisadi rayonu arasında İran ərazisindən keçəcək yeni dəmir yolu xəttinin tikintisinə dair niyyət protokolu imzalayıblar. Ermənistandan yan keçməklə. Bu müqavilə Bakının Zəngəzur dəhlizini öz ərazisindən keçməklə guya Ermənistanın suverenliyinə qəsd ediləcəyi barədə gülünc fərziyyələr səsləndirənlərin ayağının altından yeri qaçırtdı.
Bundan başqa, enerji və yol tikintisi sahəsində layihələrin icrasına, Astara yük terminalının yaradılmasına da sürətlə başlanılıb.
Xarici oyunçuların iştirakı olmadan, yəni “3+3” formatında uzunmüddətli nizamlanma axtarışı getdikcə aktuallaşır, ona görə ki, ilkin ümidlər İrəvanla İrəvan arasında sülh müqaviləsinin tezliklə bağlanmasıdır. Danışıqlar nə qədər dalana dirənirsə, Qərb vasitəçiləri bir o qədər fəallaşırlar.
Beləliklə, Moskvadan başqa, başqa platformalar da göbələk kimi göyərməyə başladı - Praqa, Brüssel, Vaşinqton və nəhayət, prezident Əliyevin Fransa prezidenti Makronun qarşıdurma hücumlarından sonra getməkdən imtina etdiyi Qranada.
Diqqət yetirin- bu platformalar dırnaqarası “yaxşı və fərqli” olduqca İrəvanla Bakı arasında münasibətlər daha da gərginləşirdi. Bununla belə, trend idi.
Eyni zamanda, platfortmaların sayı artdıqca Ermənistan öz problemlərinə görə getdikcə daha çox Rusiyanı günahlandırmağa başladı. Bu, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəfələrlə dediyi kimi, xarici müdaxilənin nəticəsidir.
Bu vəziyyətdə Tehran görüşündə iştirak edənlər belə qənaətə gəliblər ki, istər Cənubi Qafqazdan, istər Yaxın Şərqdən, istərsə də başqa regiondan danışsaq, bütün regional münaqişələrin heyrətamiz davamlılığının əsas səbəbi gərginliyin, mübahisələrin və münaqişələrin yarandığı ərazilərə tələsən xarici oyunçuların müdaxiləsidir.
Vəziyyəti ağırlaşdırmaq üçün oynayan xarici qüvvələr öz iradələrini, oyun qaydalarını konkret region ölkələrinin üzərinə sırımağa, eyni zamanda onların arasında çəkişmələr yaratmağa çalışırlar.
Neokolonial qablaşdırmada belə “parçala və hökm sür” siyasətinə misal olaraq Cənubi Qafqazı göstərmək olar.
Xatırladım ki, Tehrandakı görüşdən dərhal əvvəl Bakıda keçirilən beynəlxalq konfransda ciddiliyinə görə neokolonializm mövzusu müzakirə olundu. Bildirilib ki, Fransa kimi ölkələr özlərini demokratiyanın beşiyi hesab edərək uzun illərdir ki, beynəlxalq hüququn prinsiplərinə hörmətsizlik nümayiş etdirir, insan haqlarını kobud şəkildə pozur, xalqlar arasında sülhün əldə olunmasına əngəl törədirlər.
Bunu nəzərə alsaq, 3 aparıcı regional gücün- Rusiya, Türkiyə və İranın Cənubi Qafqazda strateji maraqları tam üst-üstə düşməsə də, xarici oyunçuların regional işlərə cəlb edilməsinin getdikcə real riski onları birləşməyə doğru sövq edir. Son hadisələr göstərir ki, Qərb regional ekspansiyasında Ermənistana arxalanıb. Bunu nəzərə alsaq, əsas sual ondan ibarətdir ki, region ölkələri “3+3” formatı hələ də Avroatlantik oriyentasiyadan vaz keçmək niyyətində olmayan İrəvan üçün kifayət qədər cəlbedici edə biləcəkmi?
Tehrandakı görüşün sonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, o, uzunmüddətli sülhün bağlanması üçün heç bir maneə görmür, çünki Bakı ilə İrəvan arasında münaqişə nizamlanıb. Beləliklə, bu gün Ermənistan və Azərbaycan arasında uzunmüddətli nizamlanmaya dair gələcək razılaşmalar üçün ilkin şərtlərin yaradılmasından danışmağa bütün əsaslar var. Cənubi Qafqazda sülhə ehtiyacı olmayan o neokolonial qüvvələr yenidən müdaxilə etmədikcə bu razılaşmalar əldə olunacaq.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb