PDF Oxu

MİA

  • 5 632

Dumanın komitə sədri: Azərbaycan boyun əyməyən dövlətdir, lakin ABŞ bundan məmnun deyil.... - MÜSAHİBƏ

image

Leonid Kalaşnikov: Qərb Rusiyanın bütün qonşularının düşmən mühitdən ibarət olmasını təmin etməyə çalışır, amma heç nə onların istədiyi kimi olmur

Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov Cənubi Qafqazdakı tendensiyalar haqqında “Moskva-Baku” portalına müsahibəsində maraqlı məqamlara toxunub. Müsahobəni oxuuclarımıza təqdim edirik.

- Leonid İvanoviç, İrəvanın Vaşinqton, Paris, Brüssel, indi də Londonla münasibətlərini dərinləşdirməsi davam edir. Bu tendensiyalar nədən xəbər verir?

- Burada yeni heç nə yoxdur. Bu, bir vaxtlar haqqında danışdığım o tendensiyaların və ssenarilərin təsdiqidir: Qərbdən, xüsusən də Cənubi Qafqazda yaxşı heç nə gözləmək olmaz. Biz görürük ki, Fransa indi Ermənistana hərbi texnika və silah verir, bununla bağlı Böyük Britaniya ilə müqavilələr necə inkişaf edir.

Sadəcə olaraq, necə deyərlər- borc və ya təmənnasız olaraq Qarabağdan çıxan ermənilərə kömək üçün, yaşamaq üçün pul versəydilər, deyərdik ki, bu yaxşıdır. Amma silah verirlər. Sual olunur: onlar həqiqətən bu silahları nə üçün təmin edirlər?

Qərb Ukraynada etdiyi kimi və indi də Ermənistanla eyni ssenaridə oynayır- regionda böyük gərginlik yaratmaq üçün. Bu vəziyyətdə birlikdə oynanan, dəstək və silah vəd edilən adamın şüuraltında müəyyən bir vektor formalaşır. Deyirlər, nə yaxşıdır, bizə bunları veriblər. Və bütün bu "faydaları" alan dərhal düşünür: amma həqiqətən qisas ala bilərik.

Qərb dünyanın istənilən yerində oxşar ssenarini həyata keçirir. Silahları köçürür, beləliklə oxşar düşüncələri, şərhləri, hərəkətə çağırışları gücləndirir. Niyə bunu edirlər? Qərb üçün bu gün Rusiyanın ətrafında yandırmaq istədiyi bir neçə “qaynar ocaq” var.

Qismən də Ermənistan və Azərbaycanla sərhədləri olan, son illərdə Qərbin düşməni olan İranın. Və bu gün Ermənistan vasitəsilə Qərbin Rusiya və İranı müşahidə etmək imkanı var. Ona görə də Ermənistanda ABŞ-ın ən böyük səfirliyi fəaliyyət göstərir.

Bu vəziyyətdə Ermənistan Rusiyaya qarşı alət, İrana qarşı alət kimi çıxış edir. Qərbin respublikaya olan bu marağını başqa heç nə izah edə bilməz. Ermənistan Qərbin geosiyasi təsirini genişləndirmək üçün istifadə etdiyi tramplindir.

Təəssüf ki, Ermənistanda “yaxşı, ruslar Azərbaycanla bağlı vəziyyətlərdə bizə kömək etməyiblər, amma indi Qərb kömək edəcək” deyənlər var. Amma mən həmişə belə “bədbəxt siyasətçilərə” belə cavab verirəm: “Coğrafi baxımdan harda olduğunuza, hansı dövlətlərin əhatəsində olduğunuza baxın. Niyə bu prosesdə Rusiyanı minimuma endirməklə dövlət təhlükəsizliyinin daha yüksək olacağına qərar verdiniz? Biz qonşuyuq, Rusiya maraqlı deyil ki, tərəfdaşlarımızdan birinin digərinə qarşı düşmənçilik niyyəti olsun. Biz bunu həqiqətən istəmirik. Madam ki, siz Azərbaycanla dinc yanaşı yaşamaq yoluna qədəm qoymusunuz, ona doğru irəliləmək lazımdır. Əks halda, bütün bunların nə mənası var?

30 ildən artıq davam edən Ermənistan-Azərbaycan qarşıdurması ona gətirib çıxardı ki, Ermənistan regionda blokadada qalıb və buna görə də iqtisadi inkişaf imkanları yoxdur. İndi bunu dəyişmək üçün fürsət var. İndi, yarı yolda dayanmaq istəyirsən, sonra nə edəcəksən? Yaxşı, silahlanacaqsan, amma yaxşı nə olacaq? Siz deyirsiniz ki, Azərbaycan sizə hücum edəcək? Azərbaycan sizin ərazi bütövlüyünüzü belə rəsmən tanıdı. Bu qışqırıqlar kimə yönəlib, kim mütləq hücuma keçəcək? Və bu qışqırıqlar beynəlxalq platformalarda və evdə fransızlar, almanlar, amerikalılar, AB üzvləri tərəfindən açıq şəkildə təkrarlananda... onlar həqiqətən axmaq deyillər... bunu bir səbəbə görə edirlər... bir az əvvəl sizə danışdım.

Ermənistan üçün Ukrayna planının variantı hazırlanır. Buna heç bir şübhəm yoxdur. Və bunu məmnuniyyətlə edəcəklər. Digər tərəfdən, ermənilər hələ də başa düşməlidirlər- onların Avropa ölkələri ilə və ya Amerika ilə sərhədləri belə yoxdur ki, birtəhər bu kartı oynamağa cəhd etsinlər. Sadəcə olaraq, belə hərəkətləri ilə dövlətlərini böyük təhlükə qarşısında qoyurlar. Bu hoqqaları dərhal dayandırmaq lazımdır.

- Ermənistan son vaxtlar daha çox eyham vurduğu kimi, doğrudan da KTMT-dən çıxa bilərmi?

- Onun yaxın gələcəkdə bunu edəcəyini düşünmürəm. Yalnız coğrafi yaxınlığına və ətrafına görə. Amma əgər onlar tamamilə çox sərt oynasalar və Rusiyaya qarşı düşmənçilik siyasətini gücləndirməyə davam etsələr, o cümlədən Ermənistan ərazisində NATO qüvvələrinin elementlərinin getdikcə daha çox iştirakını cəlb etsələr, biz özümüz Ermənistanı tərk edəcəyik. Yaxşı, xoşlarına gəlirsə, təxribatlara əl atsınlar, amma bu təxribatlar mənim dediklərimə gətirib çıxaracaq.

- Gördünüz ki, Vaşinqton Azərbaycanı çox ciddi təzyiqlərə məruz qoyur. Hətta ABŞ-ın vəziyyəti həll etmək istəyi görüntüsü yaratmaq cəhdlərindən sonra da Vaşinqton Bakıya qarşı aqressiv davranmaqda davam edir...

- Amerika və bəzi Avropa ölkələri təkcə Cənubi Qafqazda deyil, Mərkəzi Asiyada da çox fəallaşıb. Onlar bilavasitə, biz bunu bilirik, öz emissarlarının bu məntiqlə söhbət apardıqları qonşularımızı hədələyirlər ki, Rusiyaya qarşı bizim sizə diktə etdiyimiz təzyiq siyasətini aparmasanız, o zaman sizi filan addımlarla cəzalandıracağıq.

Bütün bunların fonunda Azərbaycan ona qarşı təzyiqlərə, o cümlədən Rusiyaya qarşı mövqeyinə münasibətdə çox təmkinli davranır, strateji müttəfiqi olan Rusiya Federasiyasının, qonşusunun, tərəfdaşının maraqlarını anlayır və onlara hörmət edir. Azərbaycan bu gün azsaylı həqiqi suveren, müstəqil dövlətlərdən biridir. Lakin ABŞ bundan məmnun deyil. Onlar Rusiyanın bütün qonşularının düşmən mühitdən ibarət olmasını təmin etməyə çalışırlar. Amma heç nə onların xeyrinə olmur. Nə Özbəkistanla, nə Tacikistanla, nə hətta Qazaxıstanla, nə Qırğızıstanla, nə də Azərbaycanla.

Bəli, kimsə deyir ki, “biz Rusiyaya qarşı sanksiyalara əməl edəcəyik”. Amma reallıqda bu baş vermir, çünki hörmət və qonşuluq məntiqi işləyir. Və hər kəs öz coğrafi mövqeyini başa düşür. Dünyanın müxtəlif yerlərində qeyri-sabitliyin baş verməsi nə qədər çox olarsa, qonşularımız bizim mövqeyimizi bir o qədər dərk edirlər- Rusiyanın niyə narahat olduğunu. Bu isə Qərbi qəzəbləndirir. Yaxşı, bəs onlar niyə gözlənilmədən Azərbaycana qarşı “səs ucaltmağa” başlayırlar?

Əgər Qarabağ erməniləri mövzusunu işlədirlərsə, o zaman Azərbaycan özü də açıq şəkildə, müntəzəm olaraq deyir: xahiş edirik, qayıtsınlar, problem yoxdur, hamını qəbul edəcəyik. Biz birlikdə yaşamağa və davam etməyə hazırıq. Danışıq prosesi toy deyil. Bəli, ziddiyyətlər var və kompromislərə getmək lazımdır. Yol asan deyil.

Əgər Qərbdən Bakıya qarşı hər hansı təzyiqlər gəlirsə, deməli, burada nəsə yanlışdır, kimsə Azərbaycanı qara ləkə atmaq niyyətindədir. Bu, onların müttəfiqlərinə göstərdikləri müəyyən siqnaldır.

Amma Azərbaycanın bəxti gətirib, güclü liderləri olub. Heydər Əliyev də, İlham Əliyev də sırf öz dövləti haqqında düşünən çox müdrik, uzaqgörən liderlərdir, onlar sırf öz dövlətlərinin mənafeyindən çıxış ediblər. Və qonşularının milli maraqları məsələsini dərk etməklə.

Rusiya ilə Azərbaycan bu gün eyni tərəfdədir. Azərbaycan isə Rusiya Federasiyasının hansı problemlərlə üzləşdiyini getdikcə daha çox başa düşür. Azərbaycan nəticə çıxarır. Ermənistan tərəfinin də nəticə çıxarması yaxşı olardı.

Tərcümə - Elçin Bayramlı

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Digər xəbərlər