Dövlət Departamenti Azərbaycan Respublikasını “dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə xüsusi olaraq monitorinq ediləcək” ölkələr siyahısına daxil edib. Qeyd olunur ki, rəsmi Vaşinqtonun bu qərarı ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının “Qarabağda xristian ziyarətgahlarının qorunub saxlanılması” ilə bağlı narahatlığını ifadə etməsindən sonra verilib. Eyni zamanda, hesabatda prinsipcə dinlə heç bir əlaqəsi olmayan məqamlar var. Komissiya rəsmi Bakını guya 2022-2023-cü illərdə Laçın yolunu bağlamaqda ittiham edir, sentyabr ayında Azərbaycanda həyata keçirilən antiterror tədbirlərindən sonra ermənilərin Qarabağdan deportasiya edildiyini iddia edir və s.
ABŞ-ın Azərbaycana qarşı yeni hücumlarını Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Moskva-Baku” portalına şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Sergey Aleksandroviç, il təzəcə başlayıb və ABŞ-ın Azərbaycana qarşı təxribat xarakterli addımlarının davam etməsi göz qabağındadır...
- ABŞ-ın guya “dini etiqad azadlığının və ya tolerantlığın ciddi şəkildə pozulması” ilə bağlı Azərbaycanla mübahisələri tamamilə saxtakarlıq və hiylədir, çünki Azərbaycan multikulturalizm siyasətinin həyata keçirilməsində, rəsmi dövlət siyasəti, dini etiqad azadlığının təmin edilməsi, bütün etnik qrupların nümayəndələrinin öz adət-ənənələri və mədəniyyətləri çərçivəsində yaşamaları üçün imkanlarına görə başqa ölkələrə nümunə ola bilər.
ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlığı Komissiyasının hesabatı əsasında Dövlət Departamentinin Azərbaycanı bu sahədə problemli ölkələr siyahısına daxil etməsi hər şey ağ saplarla tikilməsidir. Bunlar əsasən Ermənistan-Azərbaycan nizamlanmasıi və Qarabağ ətrafında baş verən proseslərə aiddir. Bu, məsələn, Azərbaycanın Laçın yolunu “bağlaması” iddiasıdır. Ümumiyyətlə, Azərbaycan Respublikasında guya bəzi azadlıqların pozulması var.
Başqa sözlə, ABŞ vəziyyəti saxtalaşdırır. Şikayətlər üçün heç bir əsas yoxdur. ABŞ Azərbaycanın erməni abidələrinin qorunub saxlanması sahəsində müsbət siyasətini inkar etməyə və onu guya xristian mədəniyyətini məhv etməkdə ittiham etməyə çalışır. Mədəniyyətlərin toqquşmasına dair bir tamaşa da var.
ABŞ əsasən erməni lobbisinin və anti-İslam strukturlarının təhriki ilə Azərbaycanı daim və yalandan ittiham edib.
Xatırlayırıq ki, Bakı ilə Vaşinqton arasında diplomatik münaqişə ötən ilin sonunda ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Brayenin Azərbaycanın Qarabağda antiterror tədbirləri ilə bağlı qalmaqallı bəyanatlarından sonra alovlanıb. Yəni bu, Ermənistanın müdafiəsi üçün açıq mesaj idi. Və hətta həmin O`Brayen Antoni Blinkenin xahişi ilə İlham Əliyev tərəfindən qəbul edildikdən sonra da, görünür, münasibətləri o dərəcədə həll etmək mümkün olmayıb ki, Bakı bu münasibətlərin gələcəyini görsün. Azərbaycan liderinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Azərbaycanla ABŞ arasında bu münaqişə təkcə burada və indi yaranmış vəziyyət deyil. O, 1992-ci ildən Azərbaycan Respublikasına münasibətdə ABŞ tərəfindən qüvvədə olan 907-ci düzəlişi xatırladıb və bildirib ki, ABŞ onilliklər boyu ədalətsiz olduğuna görə Azərbaycana münasibətini kökündən dəyişməlidir.
Gördüyümüz kimi, son vaxtlar daha tez-tez baş verən Azərbaycana hücumlar ABŞ-a potensial sanksiyaların tətbiqi üçün əsas kimi lazımdır. ABŞ-ın Bakıya təzyiqini artıran bir neçə hal üst-üstə düşdü. Birincisi, ABŞ-da güclü erməni lobbisinin, ermənipərəst sistemin olmasıdır. Bu lobbi dövlət orqanlarında fəaliyyət göstərir, ABŞ-da çoxlu sayda erməni iş adamı yaşayır, erməni lobbisi ilə əlaqəli bir çox KİV var. Birləşmiş Ştatlardakı bu ermənipərəst sistem nə Azərbaycanın güclənməsi sayəsində Cənubi Qafqazda baş verən geosiyasi dəyişiklikləri, nə də Azərbaycanın bütün istiqamətlərdə çox güclənməsini və təkcə regionda deyil, həm də dünyada rolunun artmasını xoş qəbul edə bilməz. Qarabağ münaqişəsinin bitməsi isə heç xoşlarına gələ bilməz. Və son nəticədə Azərbaycanla Ermənistan arasında yaxınlaşan sülh onların da xoşuna gələ bilməz.
İkinci vəziyyət Rusiya ilə Qərb arasında müharibədir ki, bu müharibədə ABŞ başqa şeylərlə yanaşı, Rusiya Federasiyasının müttəfiqlərindən də ona qarşı istifadə etməyə çalışır. Cənubi Qafqazda Ermənistan sabitliyi pozmaq vasitəsi kimi istifadə olunur. Qərb, bildiyiniz kimi, onu Rusiyadan qoparmağa, KTMT və Aİİ-dən çıxmasına nail olmağa çalışır. Bu imkan qərbyönlü siyasətçi Nikol Paşinyan respublikada hakimiyyətə gəldikdən və İkinci Qarabağ müharibəsində Ermənistanın tam məğlubiyyətindən sonra yaranıb.
Qərbin Rusiyaya qarşı güclü sanksiya müharibəsi ABŞ-ın, o cümlədən regionun ən güclü və sabit dövləti kimi Azərbaycana qarşı istifadə etdiyi böyük siyasi enerji verir. Rusiya-Qərb münaqişəsinin bu enerjisindən Azərbaycan Respublikasının ən mühüm müttəfiqi və Rusiyanın lazımlı, yaxşı tərəfdaşı olan Türkiyəyə qarşı da istifadə olunur. Bildiyiniz kimi, ABŞ və Türkiyənin çətin münasibətləri var. Bu baxımdan Vaşinqton Moskvaya təzyiqlə paralel olaraq Ankaraya da təzyiq alətinin olmasını istəyir. ABŞ Zaqafqaziyaya nəzarət etmək üçün Azərbaycana təzyiq etmək istəyir. Amma Bakıdan keçmək mümkün olmayacaq. Bu gün o, güclü suveren dövlətdir, xüsusən də Qarabağ münaqişəsi həll edildikdən, onun suverenliyi və ərazi bütövlüyü bərpa edildikdən sonra.
Yeri gəlmişkən, obyektiv olaraq, ABŞ-ın özünün “azadlıqlarla” ciddi problemləri var. Bunlara afro-amerikalı əhalinin polis tərəfindən dəfələrlə öldürülməsi, jurnalistlərin təqib edilməsi və s. daxildir Deməli, burada, əlbəttə ki, kimisə qınamaq ABŞ-ın işi deyil.
Bundan əlavə, eyni azadlıqlar baxımından Ermənistana diqqət yetirməyə dəyər. Və burada hər şey tamamilə şəffafdır. Axı məhz Ermənistan azərbaycanlı əhalini öz doğma yurdlarından didərgin salaraq onlara qarşı soyqırım törədib və məlum olduğu kimi, azərbaycanlı əhali müasir Ermənistan ərazisindən qovulub. Və orada İrəvan xanlığından əsər-əlamət qalmasın deyə, tarixi saxtalaşdırmaq üçün azərbaycanlıların, o cümlədən İrəvandakı mədəni-tarixi irsi yerlə-yeksan edilib. Niyə?
Ermənistan tərəfi isə 30 ildən artıqdır ki, Azərbaycan ərazilərinin işğalı zamanı təkcə oradakı insanların evlərini deyil, digər dinlərə mənsub olan eyni mədəni-tarixi abidələri, məscid və məbədləri də dağıdıb. Qarabağda məscidlərin çoxu dağıdılıb, islamda bunun natəmiz heyvan olduğunu bilə-bilə orada donuzlar saxlanılıb, yəni xüsusilə təhqir etmək istəyiblər. Bu gün Ermənistanda millətçiliyin səviyyəsi son dərəcə yüksəkdir. Ermənistanda monoetnik cəmiyyət var. Bu, millətçiliyin səviyyəsinin aydın meyarıdır. Bu yaxınlarda İrəvanda sinaqoqlara hücum olub. Yanvarın əvvəlində isə İrəvanın mərkəzində millətçilərin Hitlerin əlaltısı, satqın Qaregin Njdenin ad gününü qeyd etdikləri görüntülər yayılıb. Bütün bunlar nasist salamlarının verilməsi ilə müşayiət olundu. Təəssüf ki, hətta Ermənistandakı kilsə də çox millətçidir. Onun rəhbəri vaxtaşırı kifayət qədər aqressiv anti-Azərbaycan bəyanatları verir. Və həmişə bunu edirdi. Bu cür millətçilik meylləri regionda sülhə töhfə verə bilməz.
- Yeni il öncəsi ABŞ prezidentliyinə namizəd kiçik Robert Kennedi bildirib ki, Amerikanın indiki hakimiyyət orqanları Qarabağ ermənilərinin probleminə dünyanın diqqət yetirməsini təmin etməlidir. Bir də ki, Qarabağ ermənilərinə görə Azərbaycana qarşı sanksiyalar tətbiq etmək lazımdır. Onlar deyirlər ki, “Ermənistanın və Dağlıq Qarabağın suverenliyini bərpa etmək üçün” onların geri qaytarılmasına çalışacaqlar... ABŞ-da, prinsipcə, bu cür hücumlar Azərbaycan bu gün əsas istiqamətə çevrilib.
- Bu da mənim səsləndirdiyim səbəblərin nəticəsidir. Kiçik Kennedi ölkədə noyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində böyük ermənipərəst elektorat toplamaq istəyir.
Amerikalıları geosiyasi maraqlar maraqlandırır, məsələn, beynəlxalq hüquq, bəzi prinsiplər və ya münaqişələrin həlli ilə maraqlanmırlar. Amerikanın yanaşması odur ki, keçmişdə ABŞ-ın özünə çoxlu sayda tərəfdar qazanmağa imkan verən prinsiplərdən imtina etsin. İndi bu prinsipləri bir kənara atıb daima pozurlar. Beləliklə, praktikada sərt, kinli siyasət yürüdürlər.
- Bu gün Azərbaycan ABŞ-ın özünə qarşı “qışqırtılarına” sərt reaksiya verə bilər...
- Bu həm də onunla bağlıdır ki, Azərbaycan son vaxtlar həm regionda, həm də dünyada öz siyasi statusunu xeyli artırıb, ərazi bütövlüyünü və suverenliyini müstəqil şəkildə bərpa edib. Və bu işdə uğur qazanan nadir ölkədir. Azərbaycan xarici siyasətdə güclənib: İlham Əliyevin fəal diplomatiyası sayəsində ölkənin bütün dünyada çoxlu sayda müttəfiqləri və dostları var. Hərbi-siyasi cəhətdən güclənib, bunu 2023-cü ilin payızında İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri göstərdi. İqtisadi və demoqrafik cəhətdən güclənib: əhalisi bu gün yaxşı templə artır. Daxili siyasi cəhətdən də güclənib: Prezident İlham Əliyev əhalinin əksəriyyətinin böyük, çox güclü dəstəyinə malikdir.
Eyni zamanda, son vaxtlar ABŞ-ın dünyada rolu getdikcə azalır. Dünya yenidən qurulur. Məqsədi kiməsə tabe olmaq deyil, müstəqil olmaq olan dövlətlər erası başlayır.
ABŞ-ın qlobal iqtisadiyyatda rolu getdikcə azalır. Məsələn, İkinci Dünya Müharibəsindən sonra ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının 50 faizindən çoxunu təşkil edirdi.
Biz ABŞ-ın elan etdiyi azadlıq və demokratiya dəyərləri ilə onun faktiki siyasi təcrübəsi arasında uçurum görürük.
Bu gün Amerika siyasəti əsasən qeyri-funksionaldır və ABŞ-ın hərəkətləri gözlənilməz ola bilər.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb