MİA

  • 5 406

Aleksandr Razuvayev: Ermənistanın odla oynayır - MÜSAHİBƏ

image

Politoloq Aleksandr Razuvayev “Moskva-Baku” portalına müsahibəsində Ermənistanın baş nazirinin niyə yenidən müharibə ilə qorxutması və bunun arxasında nəyin dayandığını şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın hərbi texnikasının şərti sərhəddə toplanması barədə məlumat yayıb. Srağagün axşam saatlarında erməni tərəfi Azərbaycanın Naxçıvandakı mövqelərini atəşə tutub. Eyni zamanda Ermənistanın baş naziri bəyan edir ki, guya Azərbaycan hələ də işğal altında olan kəndlər uğrunda müharibəyə hazırlaşır, İrəvan bundan imtina etməyə hazırdır. Bütün bunlar aprelin 5-də Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının rəhbəri arasında Brüsseldə keçiriləcək görüş ərəfəsində baş verir...

- Nikol Paşinyanın atdığı addımlar dəhşətli macəra və sözün əsl mənasında “intihar” kimi görünür. Amma bilərəkdən bu yükü öz üzərinə götürdü.

Qərbdən zəmanət alan Nikol Paşinyan müəyyən müddətdən sonra Qarabağa görə qisas almağa çalışacaq. Əslində, buna nə Qərbin, nə də onun ehtiyacı yoxdur. Çünki Qərb hələ də Ermənistana kifayət qədər silah verməyib. Ermənistan Silahlı Qüvvələrinin döyüş hazırlığının səviyyəsi də, son illərin göstərdiyi kimi, çox zəifdir.

Ermənistan qonşuları ilə barışmaq əvəzinə növbəti avantüraya başlayır. Niyə onlar sülh içində yaşamaq istəmirlər? Bəlkə vətəndaşların yaxşı yaşaması daha gözəl olardı? Amma fakt budur ki, Ermənistan istənilən halda Rusiyanın üstünə qaçacaq. Ermənistana həmişə xas olan millətçilik, əvvəllər gətirmədiyi kimi, indi də yaxşılığa aparmayacaq. İrəvanın avantüraları nəticəsində Ermənistan dövlətçiliyi sadəcə olaraq çökə bilər.

Rusiya Ermənistanla “uyğunlaşmayacaq”, lakin əvvəlki kimi, bütövlükdə Cənubi Qafqazla “uyğunlaşacaq”, çünki tarixən bu region onun üçün strateji olub, Zaqafqaziya bu gün Rusiyanın sərhəddidir.

Ermənistan KTMT-dən çıxsa, biz bundan da heç nə itirməyəcəyik. Ümumiyyətlə, Rusiya həmişə Ermənistanın mövcudluğunun qarantı olub. Amma indi elə bir məqam yetişib ki, öz milli maraqlarımıza hörmət etmək xüsusilə zəruridir.

Əgər Ermənistan regionda real “sərt” NATO varlığına çatarsa, Türkiyənin Şimali Atlantika Alyansının üzvü olduğunu unutmamalıyıq. Türkiyə Bakını dəstəkləyəcək. Türkiyə isə Rusiya ilə konstruktiv münasibətlərə malikdir. Bundan nə çıxacaq?

Azərbaycan son illər öz ordusunun qüdrətini, mətanətini mübaliğəsiz olaraq dəfələrlə nümayiş etdirib. Bu çox vacibdir.

Təbii ki, Ermənistan hakimiyyətinin guya Azərbaycanın yeni müharibəyə hazırlaşdığı barədə informasiya təbliğatı İrəvanın adi planıdır: müəyyən müddət ərzində Azərbaycanın guya nəsə edəcəyini yalandan bildirir. Bunu bütün dünyada eşitdirmək lazımdır. Sonra da bu çox saxta pərdə altında, Azərbaycanın ittihamı ilə özləri eskalasiyaya səbəb olurlar.

Paşinyan ABŞ və Aİ ilə koordinasiyada sadəcə olaraq Brüssel və Vaşinqtona “kasıb”, əziyyət çəkən Ermənistana hərbi və iqtisadi yardım göstərmək üçün bəhanə yaradır. Hesab edirəm ki, bu gün Zaqafqaziyada, o cümlədən Azərbaycan və Ermənistanın şərti sərhədində gördüyümüz hər şey buna görə baş verir. Belə ki, ona yardım haqqında sənəd ABŞ və Aİ tərəfindən imzalana bilsin. Hamısı budur. Və bu sənəd Zaqafqaziyanın tarixində dönüş nöqtəsi ola bilər. Əslində bu, Ermənistanın NATO-ya qeyri-rəsmi daxil olmasıdır.

Ermənistanın baş nazirinin əvvəllər işğal olunmuş səkkiz kənddən dördünün Azərbaycana qaytarılmasını ört-basdır etmək üçün “eskalasiya”dan istifadə etməsi sadəcə olaraq İrəvanın bütün istiqamətlərdə gördüyü işdir. Ermənistan hakimiyyəti hər ehtimala qarşı işğal etdiyi kəndləri Bakıya təhvil verməyə məcbur olmasını belə qurur ki, Ermənistan daxilindəki insanlar üsyan etməsin.

- Nikol Paşinyanın guya bu il növbədənkənar seçki keçirmək niyyəti ilə bağlı daxil olan məlumatlar barədə nə deyə bilərsiniz?

- Ermənistanın baş naziri seçkilərə siyasi bəraət qazandıraraq Ermənistanın öz dövlətçiliyinin yeni Avropa səhifəsinə başladığını elan edə bilər. Amerika xüsusi təyinatlıları ona əhali tərəfindən müəyyən dəstək təşkil edəcək. Paşinyan isə seçkilərin nəticələrinə əsaslanaraq bəyan edəcək ki, xalq bizim Avropa kursumuzu dəstəkləyir, Ermənistan əslində həmişə tutduğu kursa, sadəcə olaraq müdaxilə edib.

Yeri gəlmişkən, görürük ki, Ermənistanda və onun ətrafında baş verənlər fonunda Azərbaycan ABŞ-a qarşı tənqidi fikirlərini gücləndirməkdə davam edir. Bu, artıq xüsusi maraq doğurur. Aydındır ki, Rusiya kimi Azərbaycanın da Vaşinqtonun Zaqafqaziyada və onun hüdudlarından kənarda etdikləri xoşuna gəlmir. Problemləri kənardan kimsə yox, region ölkələri özləri həll etməlidir. Az-çox, gördüyümüz kimi, razılığa gəlmək mümkündür. Avropa, Amerika hara, Qafqaz hara?! Onlar qeyri-sabitlik yaratmaq üçün bölgəyə daxil olmaq istəyirlər. Yaxşı, belə bir rolu yerinə yetirməyə razı olan Paşinyanı tapdılar.

Paşinyanı sonda nə gözləyir? Tarixi nəzərə alsaq, hər şeyi gözləmək olar. Bir də erməni “Avromaydan”ı və Paşinyanın Fransaya uçuşu. Ermənistanın baş naziri odla oynayır. Nəticədə onu həm Qərbin özü, həm də erməni millətçiləri uda bilər.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər