“ABŞ və Fransa müxtəlif bəhanələrlə İrəvana pul verirlər, Bakının isə bu təzyiq cəhdlərinə cavab olaraq Qərbi öz yerinə qoymaq imkanı var, hansı ki, o, hazırda da bunu edir”
Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Fenenko “Moskva-Baku” portalına müsahibəsində Bakı ilə İrəvan arasında tam həcmli sülh sazişinin imzalanmaması halında Azərbaycanın mümkün addımlarını şərh edib. Müsahibəni oxucularmıza təqdim eidrik.
- Aleksey Valeriyeviç, İrəvan sülh sazişinin qısaldılmış variantının imzalanmasında niyə bu qədər israrlıdır?
- Şeytan həmişə olduğu kimi təfərrüatlardadır. Çünki əslində İrəvan Qarabağ və onun statusu mövzusunu bir daha hansısa formada aktuallaşdırmaq üçün hər zaman hansısa boşluq saxlamaq üçün fürsət tapmağa çalışır.
Paşinyan bununla Ermənistan cəmiyyətinə nümayiş etdirir ki, əslində Qarabağla bağlı məsələ tam bağlanmayıb, hansısa boşluq qalmaqdadır, gec-tez Ermənistan bu məsələni yenidən gündəmə gətirə bilər və proses hələ bitməyib. Onlar elə bir vəziyyətə ümid edirlər ki, Qərb Ermənistana bu işdə kömək edəcək. Ona görə də İrəvan bunu təmin etmək üçün ən ümumi razılaşmanı irəli sürür: bu məsələlər sənəddə yox idi, gəlin yenə də bunun müzakirəsinə qayıdaq.
Paris bu işdə ilk növbədə Ermənistana kömək edir. Burada Fransadakı erməni diasporunun təsiri və Fransanın Ermənistan siyasətinə təsirinin oynadığı rol və Fransanın Ermənistanın nəhayət Rusiyaya qarşı çıxa biləcəyinə olan ümidləri.
ABŞ bu istiqamətdə daha diqqətli davranmağa çalışır. Baxmayaraq ki, son vaxtlar çox yaxşı işləməyib. Amerikanın başqa bir bəyanatını nəzərə alsaq, çox çalışmırlar- USAID nümayəndəsinin Azərbaycanın ötən ilin sentyabrında antiterror tədbirləri ilə bağlı dediklərini. Və dünən Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri bəzi amerikalı rəsmilərin Bakı ilə münasibətləri korlamaq kimi son vaxtlar məşhur tendensiyanı davam etdirməsinə diqqət çəkib.
- Yerevanın sülh müqaviləsi ilə bağlı mövqeyinə baxmayaraq, Paşinyan dünən Ümumerməni Forumunda dedi ki, biz Türkiyə ilə quru sərhədin açılmasını istəyirik. Müsbət ssenaridə biz Azərbaycandan qaz almağa çalışacağıq. Belə bir-birini təkzib edən bəyanatlar verəndə nəyə arxalanır? Məlumdur ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanmasa, Türkiyə Ermənistanla münasibətləri yaxşılaşdırmaq üçün ciddi addımlar atmayacaq. Azərbaycandan qazın alınması isə bu dəqiqə fantaziya kimi görünür...
- Doğrudanmı Ermənistanın özü Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün nəsə edir? Ermənistan pasportlara Araratın, daha dəqiqi Türkiyənin Ağrı dağının təsviri olan möhür vurmağı dayandırmağa hazırdırmı? İrəvan Ağrıdağ və Van gölünün Türkiyə ərazisi kimi tam və əbədi olaraq tanıyacağını deməyə hazırdırmı? Söhbət Ermənistan Konstitusiyasında, erməni dərsliklərində, erməni şüurunda təkcə Azərbaycana deyil, Türkiyəyə də eyni ərazi iddialarından gedir. Ermənistanda və erməni diasporunda davamlı olaraq bəzi bəyanatlar səslənir ki, Türkiyə və ya Azərbaycan zəifləsə, biz həmişə qisas almağa hazırıq...
Görünən odur ki, dinc bəyanatlar səsləndirən Paşinyan dünya ictimaiyyəti də daxil olmaqla, Ermənistanın konstruktiv olduğu və sülhə hazır olduğu təəssüratı yaratmağa çalışır. Amma bu, açıq-aydın belə deyil.
- Belə görünür ki, yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında sülh sazişi bağlanmayacaq, Bakı qısaldılmış sülh sazişini imzalamayacaq, yəni tələyə düşmək riski olmayacaq; O zaman İrəvan hansı sxemi həyata keçirəcək?
- Bu, Qərbin Ermənistanı dəstəkləməkdə nə qədər irəli gedəcəyindən asılı olacaq. Perspektivlər haqqında danışmaq hələ çətindir. Baxmayaraq ki, görürük ki, həm ABŞ, həm də Fransa müxtəlif bəhanələrlə- demokratiyanın inkişafı, institutların inkişafı və sair ilə İrəvana yavaş-yavaş pul verirlər. İstər siyasi, istərsə də maliyyə dəstəyi daha çox olarsa, Ermənistan özünü daha həyasız və təxribatçı aparacaq. Əgər Ermənistan Qərbin köməyini onun üçün yetərsiz hesab edərsə, o zaman İrəvan Bakı və Moskva ilə bağlı addımlarında və bəyanatlarında daha diqqətli olacaq. Bir gün əvvəl Ermənistanın baş naziri sözün əsl mənasında bəyan etdi ki, İrəvanla KTMT arasında münasibətlərdə dönüş nöqtəsi yaxındır. O, həmçinin belə bir fürsət yaranarsa, Ermənistanın qeyd-şərtsiz Aİ-yə üzv olmağa hazır olduğunu bir daha vurğulayıb. Beləliklə, Qərb təzyiq göstərir. Ermənistanın Aİ-yə daxil olmasına gəlincə... Mən burada nə deyə bilərəm: Ermənistan haradadır, Aİ harada. Ermənistanın Avropa İttifaqı ölkələri ilə vahid ümumi sərhədi yoxdur. Onu orada kim gözləyir?!
- Sülh sazişinin imzalanmadığı bu vəziyyətdə Azərbaycan hansı planı seçəcək?
- Əgər İrəvan tam sülh sazişi imzalamaq istəməsə, Bakı Ermənistana qarşı daha sərt mövqe tutmağa başlayacaq. Azərbaycan Ermənistandan yan keçməklə regional və çoxtərəfli layihələr həyata keçirəcək. Azərbaycan coğrafiyası Türkiyə, Gürcüstan və İran əraziləri ilə marşrutların və ümumiyyətlə, Ermənistandan yan keçən hər şeyin tikintisinə mükəmməl şərait yaradır. Ermənistan isə yenidən təcrid vəziyyətində qalacaq. Bərabər əsasda əməkdaşlıq təklif edildikdə, bu, onun üçün böyük xidmətdir.
- Bu gün və sabah Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsinin ildönümüdür. Bu gün bununla bağlı açıqlama verən Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın antiterror əməliyyatını təcavüz adlandırıb...
- Təbii ki, orada heç kim bu əməliyyatın məcburi olduğunu və Ermənistanın və Qarabağdakı erməni separatçılarının növbəti təxribatına cavab olduğunu qeyd etmədi. 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbədən sonra Azərbaycan özünü nəcib apardı. Və özü də təklif etdi ki, Ermənistan dövlətlərarası münasibətlərin qurulması haqqında sülh müqaviləsi bağlasın və iki ölkə arasında yeni, konstruktiv və qarşılıqlı faydalı münasibətlərə başlasın. Görürük: Ermənistanın bu müharibədə uduzan tərəf olmasına baxmayaraq, İrəvan hamını aldadıb və 4 il ərzində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanata görə, o, öz öhdəliklərini yerinə yetirməyə borclu olduğu bəzi bəndləri yerinə yetirməyib. İndi də bu müqavilənin bəzi dəyişkən mənalarını səsləndirməyə çalışır. Bununla bağlı bəzi öhdəliklərini buraxır, təhrif edir. Ümumiyyətlə, o, siyasi oyun oynayır. Özü üçün nəyisə yaxşılığa doğru dəyişməyə çalışır. Bunu həm Moskva, həm də Bakı görür.
Bu bir daha onu göstərir ki, İrəvan nə deyirsə desin, öz cəmiyyətinə qisas ümidi vermək istəyir. Nə vaxtsa guya Qarabağa qayıdacaqlarını və məsələnin hələ də bağlanmadığını nümayiş etdirmək. Erməni cəmiyyətinə ötürülür: Rusiya bizim “pis” partnyorumuz idi, amma Qərbdə yaxşı partnyorlarımız olacaq və bu halda bizim əlindən alınanı qaytarmaq şansımız olacaq.
Fikrimcə, Qərbin Ermənistanı müdafiə etmək üçün bu aşkar cəhdləri ilə belə, Azərbaycanın İrəvana təzyiqlərini davam etdirmək və təzyiq cəhdlərinə cavab olaraq Qərbi öz yerinə qoymaq imkanı var. Hansı ki, o, hazırda da bunu edir.
Ermənistan İkinci Qarabağ müharibəsində tamamilə məğlub oldu. 4 ildən sonra Ermənistanın hələ də qisas almağa gücü çatmır. Ermənistan cəmiyyəti ciddi məyusluq yaşayır. İrəvan Rusiyadan aldığı təhlükəsizlik zəmanətlərindən uzaqlaşır. Hesab edirəm ki, indi Azərbaycanın Ermənistana qarşı daha sərt mövqe tutmasının və onu sülhə məcbur etməsinin vaxtıdır. Azərbaycan 4 il əvvəl İkinci Qarabağ müharibəsində qalib gəldikdən və bir il əvvəl öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda və beynəlxalq aləmdə getdikcə daha güclü dövlətə çevrilir. Azərbaycan yerində dayanmır. Bu, həqiqətən də dünyanın ən müstəqil ölkələrindən biridir. Amma Ermənistan hər cür təxribata qoşulmağa çalışır.
Tərcümə - Elçin Bayramlı