MİA

  • 5 500

Qarabağa 1 milyon nəfəri köçürmək olar? – ANALİZ

image

Qarabağın azad edilməsindən 4 il ötür. Bu müddətdə bu ərazidə əsas iş minaların təmizlənməsi olub. Bu işə xeyli zəhmət, vaxt və vəsait sərf olunub. Çünki yüz minlərlə mina basdırılmışdı. Bununla paralel olaraq bərpa, tikinti-quruculuq işləri də aparılıb. Bir neçə şəhər, onlarla kənd salınır. Bir çox şəhər, kənd və qəsəbələrdə əsaslı təmir və yenidənqurma işləri aparılır. On minlərlə evlər, binalar, sosial və mədəni obyektlər tikilir. Bundan başqa nəhəng infrastruktur sistemləri qurulur- avtomobil yolları, dəmir yolları, su, elektrik, qaz xətləri salınır, aeroportlar tikilir, zavod və fabriklər qurulur və s. Bu çox nəhəng bir işdir, həm də çox böyük maliyyə vəsatiləri tələb edir.

Azərbaycan dövləti bütün bu işləri demək olar ki təkbaşına edir. Minalardan təmizlənmiz ərazilər artdıqca işlər daha da sürətlənir. Məqsəd mümkün qədər tez müddətdə köçkünləri öz doğma yurdlarına qaytarmaqdır. Dövlətimiz onlara orada evlər, mənzillər hədiyyə edir. Əlbnəttə, hələ ki bu bölgıədə tam rahat yaşamaq üçün bütün imkanlar yoxdur. Lazımi sayda iş yerlərinin yaradılması, əkin-biçin ümçün torpaq sahələrinin verilməsi lazımdır ki, ora köçənlər normal həyatlarını təmin edə bilsinlər.

Bəzi təkliflər var ki, Qarabağa köçənlər üçün müvəqqəti xüsusi müavinət təyin olsun. Hesab edirəm ki, bu düzgün addım olardı, əlbəttə, diferensial yanaşma tətbiq olunmaqla. Kimlər ki, orada işlə təmin olunur və ya torpaq sahəsi ilə təmin olunur, onlar öz yaşayışlarını özləri təmin edə biləcəklər. Digərləri üçün isə dövlət müvəqqəti olaraq (işlə təmin olunanadək və ya torplaq sahəsi ayrılanadək) xüsusi müavinət təyin edə bilər.

Ölkədə müəyyən edilmiş yaşayış minimumu var- 270 manat. Əgər ailənin müəyyən gəliri varsa qalan hissə dövlət tərəfindən təmin edilməlidir. Tam da Ünvanlı Sosial Yardım Proqramına uyğun olaraq. İşləməyənlərə işsizlik müavinəti vermək olar, o da yaşayış minimumuna uyğun şəkildə olmalıdır. Bu pul Qarabağa qayıdan ailələrə müvəqqəti sosial yardım olaraq ödənilməlidir. Elə etmək lazımdır ki, orda yaşayan ailələrdə adam başına azı 270 manat düşsün. Əgər bu yardım ayrılsa həmin ailələr işlə təmin olunana qədər dolana bilər.

Ən yaxşısı o olardı ki, lazımi şəraitlər yaradılsin ki, insanlar ya özləri işləyib qazansınlar və sosial yardımlara möhtac olmasınlar. Bunun üçün iş yerlərinin açılması üçün güzəştli biznes kreditləri formasında sahibkarlara mailiyyə ayrılmalıdır. Onlar bu vəsaitlə kiçik istehsal obyektləri və xidmət mərkəzləri aça bilər və bir neçə nəfəri də işlə təmin etmiş olarlar.

Özünüməşöulluq proqramını bu bölgədə xeyli böyütmək lazımdır. İş qurmaq istəyənlərə müvafiq ləvazimatlar, qurğular, avadanlıqlar, heyvanlar, tinglər və s formada verilməlidir. Bu proqram insanların öz gəlirlərini özlərinion əldə etməsinə səbəb olar və dövklətin sosial yardımına ehtiyacları qalmaz.

Əhalini işlə təmin etmək üçün həm də şəhərlərdə iri zavod, fabriklər açılmalıdır. Bu regionun bunun üçün böyük xammal potensialı da var.

Təsərüfatın inkişafına dəstək verilməlidir. Digər rayonlarda olduğu kimi, Qarabağ bölgəsində də vətəndaşlara əkin torpaqları paylanmalıdır. Hər ailəyə bir neçə hektar pay torpağı verildikdə qısa müddətdə böyük məhsul əldə oluna bilər və ölkədə bolluq yaranar. Qarabağın münbit torpaqları, bol su ehtiyatları burada heyvandarlığın və əkinçiliyin inkişafı üçün böyük perspektiv vəd edir.

Hesab edirəm ki, Qarabağı daha sürətli məskunlaşdırmalıyıq. Əgər bu tədbirlər görülsə Qarabağda sürətli məskunlaşma yarada bilərik. Növbəti 5 ildə ən azı yarım milyon vətəndaşın Qarabağ bölgəsinə köçürülməsi mümkündür. 2035-ci ilədək 1 milyon əhalini məskunlaşdırmaq olar.

Bu işi daha da tezləşdirmək üçün əhalinin köməyindən də istifadə oluna bilər. Bir çox qarabağlılar özləri orada öz evlərinin bərpasını və ya təmirini etmək istəyirlər. Onlara da imkan yaradılmalıdır ki, bütün yük dövlətin üzərinə düşməsin. Məcburi köçkünlərdən başqa, könüllü şəkildə Qarabağda yaşamaq istəyən vətəndaşları da ora yönəltmək olar. Vaxtilə ertmənilərin yaşadığı evləri, mənzilləri belə vətəndaşlara vermək olar. Kimlərsə, oraya köçüb özü ev tikib yaşamaq istəyirsə onlara müvafiq torpaq sahəsi ayrılmalıdır.

Bu addım Bakı və Sumqayıt şəhərlərinin yükünü azaltmağa kömək edə bilər. Nəticədə Bakının yükü də azalar, burda əhali sayı aşağı düşər.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər