“Valday” Diskussiya Klubunun 22-ci illik yığıncağının plenar iclasında Rusiya prezidenti Vladimir Putin qlobal proseslərə baxışını açıqlayıb və hazırkı münaqişələrin, o cümlədən Ukraynadakı hərbi əməliyyatların əsas səbəblərini izah edib. Onun fikrincə, əvvəlki monosentrik dünya gücə və sadələşdirilmiş modellərə əsaslanırdı- "lingə qarşı heç bir müdafiə yoxdur". Ancaq yeni dünya kvant mexanikası qədər mürəkkəbdir. Və bu şəraitdə BMT-nin də dəyişikliyə ehtiyacı var.
Rusiya lideri yeni çoxqütblü dünyanın 6 prinsipini qeyd edib. Putinin sözlərinə görə, 1-ci prinsip çox daha açıq “xarici siyasət davranışı üçün yaradıcı məkandır”. "Faktiki olaraq heç bir şey əvvəlcədən müəyyən edilməyib; hər şey fərqli şəkildə gedə bilər. Beynəlxalq münasibətlərin hər bir iştirakçısının hərəkətlərinin dəqiqliyindən, ardıcıllığından və düşünülmüş olmasından çox şey asılıdır"- prezident bildirib.
2-ci prinsip çoxqütblü məkanın dinamizmidir. "Dəyişikliklər artıq dediyim kimi tez, bəzən isə birdən-birə, praktiki olaraq bir gecədə baş verir. Təbii ki, onlara hazırlaşmaq çox çətindir, bəzən isə onları proqnozlaşdırmaq mümkün deyil. Biz dərhal, belə demək mümkünsə, real vaxt rejimində reaksiya verməliyik",- Rusiya dövlət başçısı deyib.
3-cü prinsip ondan ibarətdir ki, bu “məkan çox daha demokratikdir” və “çoxlu sayda siyasi və iqtisadi oyunçular üçün imkanlar və yollar açır”. "Bəlkə də heç vaxt qlobal səhnədə ən mühüm regional və qlobal proseslərə təsir edən və ya təsir etmək istəyən bu qədər çox ölkə olmamışdı",- Rusiya lideri hesab edir.
Prezident əlavə edib ki, müxtəlif ölkələrin mədəni, tarixi və sivilizasiya xüsusiyyətləri əvvəlkindən daha böyük rol oynayır. “Biz ümumi zəmin və ümumi maraqlar axtarmalıyıq”. Bir məşhur müğənninin oxuduğu kimi, “Orada, dumanın o tərəfində” və ya “Orada, okeanların o tayında” prinsipi ilə heç kim uzaqda kiminsə qoyduğu qaydalarla oynamağa hazır deyil"- Putin deyib.
5-ci prinsip budur ki, “istənilən həll yolları yalnız bütün maraqlı tərəfləri və ya böyük əksəriyyəti qane edən razılaşmalar əsasında mümkündür”. "Əks halda, qətiyyən real həll yolu olmayacaq, yalnız boş ritorika və səmərəsiz ambisiya oyunu olacaq. Ona görə də nəticələrə nail olmaq harmoniya və tarazlıq tələb edir",- o vurğulayıb.
6-cı prinsip çoxqütblü dünyanın imkanlarının və təhlükələrinin ayrılmazlığıdır. "Əlbəttə ki, əvvəlki dövrü xarakterizə edən diktələrin zəifləməsi və hamı üçün azadlıq məkanının genişlənməsi danılmaz faydadır. Eyni zamanda, belə şəraitdə bu davamlı tarazlığı tapmaq və qurmaq xeyli çətindir, bu da özlüyündə aşkar və ifrat riskdir",- Rusiya lideri hesab edir. Putin xatırladıb ki, "blokların qarşıdurması üçün əsasları aradan qaldırmağa və ümumi təhlükəsizlik məkanı yaratmağa çalışan Rusiya hətta 2 dəfə NATO-ya qoşulmağa hazır olduğunu bəyan edib- ilk dəfə 1954-cü ildə, daha sonra isə ABŞ prezidenti Klintonun 2000-ci ildə Moskvaya səfəri zamanı. Bununla belə, onlar Rusiya ilə birgə işləməkdən imtina etdilər, çünki “Qərbli həmkarlarımız özlərini geosiyasi və tarixi stereotiplərin əsarətindən, dünyanın sadələşdirilmiş, sxematik mənzərəsindən xilas etməyə hazır olmadıqlarını sübut etdilər”.
Prezident həmçinin qlobal proseslər haqda öz müşahidəsini bölüşüb: “Bir çoxları liberal dünya nizamını məqbul, hətta müəyyən mənada əlverişli hesab edirdilər, lakin bu, yaxşı heç nəyə gətirib çıxarmadı”. Nümunə üçün Putin məşhur deyimi xatırladıb: “Lingə qarşı heç bir müdafiə yoxdur, əlbəttə ona qarşı qoyulan lingdən başqa. Və bu, həmişə aydın görünür. Dünyadakı hadisələrin mahiyyəti budur".
Prezident qeyd edib ki, Qərbin hökmranlığı dövründə beynəlxalq münasibətlər üçün xarakterik olan çoxluğun azlığa tabe olması öz yerini çoxtərəfli, daha əməkdaşlıqlı yanaşmaya verir: "Bu, aparıcı oyunçular arasında razılaşmalara və hamının maraqlarının nəzərə alınmasına əsaslanır. Bu, əlbəttə ki, harmoniyaya və mütləq münaqişəsizliyə zəmanət vermir. Ölkələrin maraqları heç vaxt tam üst-üstə düşmür və beynəlxalq münasibətlərin bütün tarixi, əlbəttə ki, onların reallaşması uğrunda mübarizədir".
Putin opponentlərin “Rusiyanı qlobal sistemdən çıxarmaq, onu siyasi, mədəni və informasiya təcridinə və iqtisadi autarkiyaya sürükləmək” səylərini xatırladıb: “Bizə qarşı tətbiq edilən və biabırçı şəkildə "sanksiyalar" adlandırılan tədbirlərin sayı və miqyasına görə Rusiya dünya tarixində mütləq rekordçudur: 30 min və bəlkə də daha çox sayda hər cür məhdudiyyətlər”.
Rusiya lideri vurğulayıb ki, buna baxmayaraq opponentlər tam iflasa uğradılar, çünki Rusiya dünyaya ən yüksək dözümlülük dərəcəsini, ən güclü xarici təzyiqə tab gətirmək qabiliyyətini nümayiş etdirdi, halbuki bu təzyiqlər təkcə bir ölkəni deyil, bütöv bir ölkələr koalisiyasını sındıra bilərdi".
“Bizi qovmaq, sıxışdırmaq istədikləri qlobal sistem Rusiyanı sadəcə olaraq buraxmayacaq, çünki dünyaya ümumi balansın çox mühüm hissəsi kimi Rusiya lazımdır. İlk növbədə ona görə ki, qlobal tarazlığı Rusiyasız qurmaq mümkün deyil: nə iqtisadi, nə strateji, nə mədəni, nə də nə logistika cəhətdən. Düşünürəm ki, bütün bunları məhv etməyə cəhd edənlər bunu artıq dərk ediblər. Lakin bəziləri inadla öz məqsədlərinə çatmağa ümid edirlər: Rusiyaya, necə deyərlər, strateji məğlubiyyət vermək xəyalındadırlar... Onlar biri digərindən daha fantastik planlar qurdular. Düşünürəm ki, artıq sakitləşmək, nəticə çıxarmaq, reallığı dərk etmək və hansısa yolla münasibətləri tamam başqa istiqamətdə qurmaq vaxtıdır", - deyən Putin əlavə edib ki, bu planın fəlakətini ən inadkarlar belə son nəticədə başa düşəcək.
Rusiyanın NATO-ya hücum etməyi planlaşdırdığını yalnız ya çox səriştəsiz ya da sadəcə vicdansız olanlar deyə bilər, çünki onlar özləri buna inanmırlar, lakin buna öz vətəndaşlarını inandırmağa çalışırlar. Açığı, mən sadəcə demək istəyirəm: sakitləşin, rahat yatın və nəhayət, öz problemlərinizlə məşğul olun. Avropa şəhərlərinin küçələrində baş verənlərə baxın, iqtisadiyyatda, sənayedə, Avropa mədəniyyətində nələr baş verir, böyük borclar və sosial təminat sistemlərinin artan böhranı, nəzarətdən kənar miqrasiya, zorakılığın artması, o cümlədən siyasi zorakılıq və solçu, ultra-liberal və irqçi prezidentlərin radikallaşması, cəmiyyəti marjinallaşdırdı".
Putin Avropanın artan hərbiləşməsinə işarə edib: "Bu, sadəcə sözlərdir, yoxsa cavab tədbirləri görməyimizin vaxtıdır? Eşidirik və siz də bunu bilirsiniz, məsələn, Almaniya öz ordusunun yenidən Avropanın ən güclü ordusu olması lazım olduğunu deyir. Biz diqqətlə dinləyirik, deyilənləri başa düşürük".
Dövlət başçısı vurğulayıb ki, Rusiyanın cavabı özünü çox gözlətməyəcək: "Rusiya dəfələrlə sübut edib ki, təhlükəsizliyimizə, vətəndaşlarımızın sülh və əmin-amanlığına, suverenliyimizə və dövlətçiliyimizə təhlükə yarananda biz tez cavab veririk. Təhrik etməyə ehtiyac yoxdur. Heç vaxt belə hal olmayıb ki, bunun sonu təxribatçı üçün pis bitməsin. Burada hər hansı istisna gözləməyə ehtiyac yoxdur: heç bir istisna olmayacaq".
Putin xatırladıb ki, Rusiya təhlükəsizliyin bölünməzliyi prinsipini ardıcıl olaraq müdafiə edib və müdafiə etməkdə davam edir: "Mən dəfələrlə demişəm: bəzilərinin təhlükəsizliyi digərlərinin hesabına təmin oluna bilməz. Əks halda, heç kimin təhlükəsizliyi yoxdur".
Onun sözlərinə görə, müxtəlif beynəlxalq aktorların mövqelərini nəzərə almağa qadir olan klassik diplomatiya, müxtəlif güclərin “konsertinin” çox mürəkkəbliyi, Qərb monoloq diplomatiyası, sonsuz mühazirə və sifarişlərlə əvəzlənib. Bu, son nəticədə o yerə gətirib çıxarıb ki, münaqişəli situasiyaların həlli əvəzinə konkret maraqlar irəli sürülür, digərlərinin maraqları isə diqqətə layiq olmayan hesab edilir...Son 30 ildə bunu təkcə Fələstin-İsrail və digər münaqişələr deyil, həm də Ukrayna faciəsi nümunə göstərib. Ukrayna münaqişəsinin səbəblərini onun indiki, ən kəskin mərhələsinin fonunu öyrənməkdən çəkinməyən hər kəs yaxşı bilir".
"Hər şey fərqli ola bilərdimi" sualına cavab olaraq Putin ABŞ prezidenti Donald Trampla razılaşdığını bildirdi və qeyd etdi ki, o, hakimiyyətdə olsaydı, bunun qarşısını almaq olardı.
"Yeri gəlmişkən, mən hesab edirəm ki, Sovet İttifaqının dağılması o vaxtkı Rusiya rəhbərliyinin mövqeyi ilə bağlı idi ki, bəs kommunizm bitəndən sonra "qardaşlaşma" işə düşəcək, hər hansı ideoloji qarşıdurmadan qaçmaq mümkün olacaq. Xeyr, belə bir şey olmadı. Belə çıxır ki, burada başqa amillər də var, geosiyasi maraqlar.
Rusiya Prezidenti vurğulayıb ki, bu, sadəcə olaraq, onların geosiyasi məqsədlərinə nail olmaq, nəzarət zonalarını genişləndirmək və hətta müharibədən az da olsa pul qazanmaq üçün bir bəhanə və vasitədir: “Beləliklə, onlar 2014-cü ildə Ukraynada baş vermiş qanlı dövlət çevrilişindən sonra Donbass faciəsinə, rusların soyqırımına və bizim dədə-baba, tarixi ərazilərimizin dağıdılmasına illərlə laqeyd baxaraq, NATO infrastrukturunu qapımızın ağzınadək sürüblər".
Bu yaxınlarda özünün 80 illik yubileyini qeyd edən BMT-yə gəlincə, RF rəhbəri qeyd edib ki, bu, bu günə qədər aktual qlobal problemlərin həllinin mümkün olduğu beynəlxalq təşkilatın yaradılmasında ən uğurlu təcrübədir: "Bəli, əlbəttə ki, BMT-nin işində çoxlu problemlər var. Amma hələlik BMT-dən yaxşı heç nə yoxdur. Bunu da etiraf etmək lazımdır".
Prezident çıxışının sonunda onu da qeyd etdi ki, “dünyada birləşmə cəhdləri, hamıya guya universal modelin tətbiqi cəhdləri olub ki, bu da əksər xalqların mədəni və etik ənənələrinə ziddir”.
"Səthi, süni və xüsusi tətbiq edilən şeylər uzun sürmür. Öz adət-ənənələrinə hörmət edənlər isə, bir qayda olaraq, başqalarına toxunmurlar", - Putin deyib. Bundan başqa, o vurğulayıb ki, indiki Amerika administrasiyası öz maraqlarını birbaşa bəyan edir, lakin “lakin heç bir lazımsız ikiüzlülük olmadan: "Ancaq bağışlayın, Rusiya da maraqlarını rəhbər tutmaq hüququnu özündə saxlayır, bunlardan biri, yeri gəlmişkən, Birləşmiş Ştatlar ilə tam hüquqlu münasibətlərin bərpasıdır. Və nə fikir ayrılıqlarından asılı olmayaraq, əgər biz bir-birimizə hörmətlə yanaşsaq, o zaman sövdələşmə, hətta ən sərt və ən israrlı olsa da, nəticə etibarı ilə münaqişənin həllinə gətirib çıxaracaq”, - Putin yekunlaşdırıb.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb.