Prezident İlham Əliyev “2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.Sərəncama əsasən, 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılıb.Maliyyə Nazirliyi bu Sərəncamda nəzərdə tutulan maliyyələşməni təmin etməlidir. Müsabiqənin Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.