Elçin Bayramlı
əvvəli burada
https://sesqazeti.az/news/mia/1231270.html
V YAZI
Kainatın yaradılmasındakı möcüzələr: Elmi və dini sübutlar
Göylərin və yerin hökmü Onundur… Əmr verdi və müəyyən ölçü ilə təyin etdi. (Quran, Furqan surəsi, 2)
Böyük Partlayışla verilən fövqəladə əmr- Yaradılış necə başlandı?
Yaşadığımız kainatın təxminən 15 milyard il əvvəl böyük bir partlayış nəticəsində tək bir nöqtədən meydana gəldiyi və indiki şəklini almağa genişləndiyi bu gün bütün elm dünyasının təsdiq etdiyi bir həqiqətdir. Kosmos, qalaktikalar, ulduzlar, planetlər, digər səma cisimləri, qara dəliklər, fəza, efir… bir sözlə, kainatı təşkil edən bütün göy cisimləri “Böyük Partlayış” adlanan ilkin qığılcımdan meydana gəlmişdir.
Lakin burada dərk oluna bilməyən bir paradok var- istənilən partlayış həmişə maddəni dağıdır və nizamsız parçalanmalara səbəb olur.
Burada böyük bir sirr var: Böyük Partlayış bir partlayış olduğu üçün gözlənilməli olan, bu partlayışdan sonra maddənin atomlar və ya atomaltı hissəciklər şəklində kosmos boşluğunda "təsadüfi" şəkildə dağılacaq. Ancaq Yaradılışda belə olmamışdır, əksinə, son dərəcə sistemli və nizamlı bir kainat meydana gəldi. Kainatın müəyyən nöqtələrində bu təsadüfi paylanmış maddənin toplanması və qalaktikaların, ulduzların və ulduz sistemlərinin əmələ gəlməsi… alimlərin verdiyi izaha görə, bu, bir buğda silosuna atılan əl qumbarasının buğdaları sistemli şəkildə toplaması, nizamlı bağlamalara dolaması və bir-birinin üstünə yığması qədər qeyri-adidir.
Uzun illər “Böyük Partlayış” nəzəriyyəsinə qarşı çıxan professor Fred Hoyl bu vəziyyətdən heyrətini belə ifadə edir:
“Big Bang” nəzəriyyəsi kainatın tək, böyük bir partlayışla başladığını qəbul edir. Ancaq bildiyimiz kimi, partlayışlar maddəni dağıdır və nizamsız edir. Lakin “Böyük Partlayış” müəmmalı şəkildə tam əks effekt verdi: maddənin bir-biri ilə birləşməsinə və qalaktikalar əmələ gəlməsinə səbəb oldu. (Fred Hoyl, Ağıllı Kainat, London, 1984, səh. 184-185)
Təbii ki, kainatın bütün maddələrini əhatə edən belə böyük bir partlayışdan sonra bu qədər həssas tarazlıqlara əsaslanan bir sistem və nizamın meydana gəlməsi ancaq “möcüzə” tərifi ilə açıqlana bilər.
Astrofizik Alan Sandage də bu həqiqəti belə ifadə edir: Mən belə bir nizamın xaosdan qaynaqlanmasını tamamilə qeyri-mümkün hesab edirəm. Tanrının varlığı mənim üçün bir sirrdir, həm də Onun varlığı bu möcüzənin yeganə mümkün izahıdır. (Willford, J.N. 12 mart 1991-ci il. Kosmosun ölçülməsi: Atronomların axtarışı. New York Times, səh. B9)
Atomların bir partlayışla ən uyğun formalarda bir araya gəlməsi, sonsuz nizamlı kainatı, kainatda milyardlarla ulduzu ehtiva edən milyardlarla qalaktika və trilyonlarla göy cismi arasında qüsursuz tarazlığı yaratması astronom alimlərin da ifadə etdiyi kimi böyük bir möcüzədir. Bu möcüzəni yaradan və bizə göstərən Uca Yaradandır.
İndi isə yazımızın bu hissəsinin əvvəlində verdiyimiz bir elmi məlumatın dini mətnlərdə necə izah olunduğu haqda kiçik bir analogiya verək.
Albert Ensteyn kainatın yaradılış müddəti ilə bağlı elmi hesablamaların dini mətnlərlə uyğun olub olmaması maraqlanmağa başlayanda “İncil”də şokla qarşılaşdı.
Bibliyanın “Yaradılış” kitabında kainatın 6 gündə yaradıldığı açıq şəkildə ifadə edilir. Elmi cəhətdən bu cəfəngiyyat kimi görünürdü. Partlayışla bağlı hesablamalar hər şeyin ilk anda yaradıldığını söyləyir. Birinci saniyə keçəndə kainat milyonlarla kilometrə yayılmışdı. Burada gün məhfumu heç cür anlaşılmırdı. Təxminən 3 min il əvvəl yazılmış ibrani mətni olan “Zəbur” kitabını araşdıran Eynşteyn 90-cı beytdə bir cümlə ilə qarşılaşdı: “Min il sənin üçün keçən 1 gün kimi olacaq”.
Enşteyn bu ayəni oxuyanda bunu düşündü: “Zaman nisbidir. Nisbilik nəzəriyyələri bunu deyir".
Əkizlər paradoksuna görə, zamanın nisbiliyi müşahidəçiyə görə dəyişir. Məsələn, gənc yaşda olan əkizlərin biri şərti olaraq dünyanı kosmik gəmi ilə işıq sürətinə yaxın sürətlə tərk edir, digəri dünyada qalır. Kosmosa gedən 1 aydan sonra Yerə qayıtdıqda əkiz qardaşının qoca olduğunu görəcək. Kosmosda cəmi 1 ay, yer üzündə isə 50 il keçmiş olur.
Nisbilik nəzəriyyəsi işığın sabit sürətinə görə zamanın universal olduğunu bildirir. Əvvəllər belə qəbul olunurdu ki, yalnız bir zaman var. Amma Eynşteyn bunun belə olmadığını sübut etdi. Zamanın axını müşahidəçinin mövqeyindən və sürətindən asılı olaraq dəyişir. Bu prinsipə görə, keçmiş, gələcək və indiki zaman eyni anda mövcuddur. Yəni, hələ baş verməmiş bir şey, əslində artıq baş verib. Bu elmi nəzəri cəhətdən sübut edilmişdir.
1972-ci ildə zamanın axını ölçmək üçün son dərəcə ultra həssas saat bir reaktiv təyyarəyə yerləşdirildi və digər belə bir saat yerdə qoyulduş. Şərqə doğru uçanda təyyarədəki saat yerdəki ilə müqayisədə 60 nanosaniyə geri göstərdi. Qərbə uçarkən isə havadakı saat 270 nanosaniyə irəli göstərdi.
Təbii ki, bu fərqin səbəbi reaktiv təyyarənin sürəti ilə Yerin fırlanma istiqaməti arasındakı əlaqə idi. Bütün bunlar kosmik gəmilərdəki astronavtlar tərəfindən də sübut edilmişdir.
Aydındır ki, “Əhdi-Ətiq”də 1 dünya günündən danışır, lakin nisbilik nəzəriyyəsinə görə, cismin kütləsi nə qədər böyükdürsə, səth sahəsi də bir o qədər böyükdür və buna müvafiq olaraq zaman da çox yavaş axır. Eynşteynin cavab axtardığı sual bu idi: Kainatın dəyişən ölçülərində 1 Yer günü nə qədər vaxtdır? 1948-ci ildə “Böyük Partlayış”la bağlı verilən proqnoza görə, kainatın yarandığı dövrdə hər işıq dalğası universal saatda 1 andır. Dünyaya çatan dalğalar, Yerdən yayılan dalğalardan milyonda 2,12 hissə daha böyükdür.
Bu o deməkdir ki, məsələn, Yer kürəsində hər milyon saniyədə günəş 2,12 saniyə itirir. Əsl səbəb günəşin yerdən böyük olmasıdır.
Kainat yarananda bütün maddələr sıx idi. Bu halda onun gücü həddindən artıqdır və nəticədə vaxt çox yavaş keçir.Materiya ayrıldıqca cazibə qüvvəsi azaldı və zaman sürətləndi. Kainatın həcmi iki dəfə artdıqca, zaman da ikiqat artdı.
“Müqəddəs Kitab”da qeyd olunana görə, Yer zamanının kosmik zamana nisbətində ilk gün 8 milyard il, 2-ci gün davam etdi gün 4 milyard, 3-cü gün 2 milyard, 4-cü gün 1 milyard, 5-ci gün 500 milyon, 6-cı gün 250 milyon il davam edib. Yəni, kainat bizim zamanla 15 milyard ildə var edilmişdir, kosmik zamanla isə 6 gün.
Maraqlıdır ki, son elmi məlumatlar bunu təsdiqlədi. NASA-nın və “RosKosmos”un son araşdırmaları kainatın 14-15 milyard yaşında olduğunu göstərdi.
Bu o dərəcədə dəqiq analogiya idi ki, Eynşteyn heyrətə gəldi və yaradılışın mərhələlərini həm son elmi məlumatlar, həm dini mətnlərlə araşdırmağa başladı. Hər ikisində zaman və məkan etibarilə mərhələlər təxminən eyni keçir.
İncil deyir ki, ilk gündə (8 milyard il) bu işıq, fəzanın və maddənin yaradılışı baş verdi. Ulduzlar və qalaktikalar formalaşmağa başladı. 2-ci gün (4 milyard il) qalaktikamızın (Süd Yolunun), Günəşin yaradılması baş verdi, onlar forma aldı. “İncil”də 3-cü gün (2 milyard il) Yer üzündə qurunun və dənizlərin yaradılması, bitkilərin meydana çıxmasından bəhs edilir. Elmi məlumatlara görə, bu müddətdə soyumaş baş verdi və maye su meydana gəldi ki, bu da bakteriyalar və dəniz bitkiləri, xüsusən də dəniz yosunlarının yaranmasına səbəb oldu.
4-cü gün (1 milyard il) Müqəddəs Kitabda deyilir ki, göylərdə işıq yarandı, Günəşin, ayın və ulduzların görünməsi baş verdi. Yer atmosferi formalaşdı, oksigen yarandı, fotosintez prosesi başladı.
5-cü gün (500 milyon il) Tanrı dedi: “Qoy sular canlılarla dolsun, 1oy quşlar yer üzündə, göydə uçsun. Geoloji və bioloji tapıntılar nəticəsində müasir elm çoxhüceyrəli orqanizmlərin, dəniz canlıları və ilk uçan heyvanların bu dövrdə meydana çıxdığını təsdiq edir.
6-cı gün (250 milyon il) “Müqəddəs Kitaba görə, Yaradan buyurdu: “Yer kürəsi bütün növ canlılarla dolsun. Qoy heyvanlar və sürünənlər yaransın”. Sonra Allah yekun əmri verdi: “İndi isə Adamı yaradaq”. Və son nöqtəni qoydu. Elmdə qalib gələn entrpoya nəzəriyyəsinə görə, dünyamızın yaradılışı Adama görə təşkil olunub. Beləliklə, 6 kainat günündə yaradılış var edildi, 7-cü gün isə Uca Yaradan bütün yaradılışı nəzərdən keçirdi. Hazırda, biz 7-ci günü yaşayırıq.
Göründüyü kimi, müqəddəs kitablardakı tarixi kainatın elmi tarixinə uyğundur. Göründüyü kimi, qədim dini mənbələrdə elmi faktlar metaforik dillə yazılmışdır, onları oxumağa bacaranda müasir elmin niyə o məlumatları ardıcıl surətdə təsdiq etdiyi aydın olur.
Quranda da kosmik zamanla Yer zamanının fərqi izah edilib. Məsələn, Məaric surəsinin 4-cü ayəsində deyirlir: “Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti 50 min il olan 1 gündə qalxarlar”. Bu təxminən 50 il qabaq elmi təsdiq olunan zamanın nisbiliyinin 14 əsr əvvəl Qurani-Kərimdə təsbit olunduğunu göstərir.
Vedantada (Baqavat-Qita və digər vedalar) Tanrının Vişnu aspektinin kainatı yaratması, Şiva aspektinin isə onu dağıtdığı təsvit olunur. Eynilə, müasir elmdə qəbul olunan Böyük Partlayış və Böyük Sıxılma prosesi kimi. Elmi olaraq qəbul olunub ki, hazırda kainatın genişlənməsi davam edir, lakin onun genişlənmə sürəti azalır, bir müddət sonra proses dayanacaq, qalaktikalar yenidən mərkəzə doğru sıxılmağa başlayacaq və eyni nöqtədə toplaşacaqlar. Vedalarda, bu, Vişnunun nəfəs alıb verməsinə bənzədilir, Tanrı nəfəs verir, qalaktikalar yaranır, uzaqlaşır, sonra nəfəsini alır, hər şey yerinə qayıdır. 5 min əvvəl müqəddəs kitablarda yaradılışın elmi nəzəriyyəsi necə də metaforik formada qeyd olunub, sadəcə heyrətamizdir.
Bütün qədim müqəddəs kitablar belə məqamlarla doludur. Baqavad-Qita, Avesta, Quran, Bibliya, həmçinin digər dini mətnlərdə (Tibet ölülər kitabı, Şumer tabletləri, İnk, Astek və Mayya mətnləri, Misir Ölülər kitabı və s) Yaradılış haqda elmi məlumatlar saysız hesabsızdır. Növbəti hissələrdə onlardan ən maraqlılarını nəzərinizə çatdıracağıq.
ardı olacaq
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb