Öz təbiətinə görə yaşamaq hüququ insan hüquqları sistemində xüsusi yerə və əhəmiyyətə malikdir. Bu məqam insan hüquqlarına dair bütün əsas beynəlxalq sənədlərdə bu şəkildə qabardılır ki, əvvəla, insan hüquqlarının kataloqunda yaşamaq hüququ, bir qayda olaraq, birinci gəlir, o, hətta müharibə dövründə və digər fövqəladə vəziyyət zamanı dövlətin geri çəkilə bilmədiyi azsaylı hüquqlar sırasında yer almışdır (məsələn, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 4-cü maddəsi, Avropa İnsan Hüquqları Konvensiyasının 15-ci maddəsi). Onu qeyd etmək lazımdır ki, deyilənlər belə bir nəticəyə gəlməyə əsas vermir ki, hüquqi cəhətdən yaşamaq hüququ ən əsas insan hüququdur və heç bir hüquq onun mövcudluğu və icazəsi olmadan mövcud ola bilməz.Müasir insan hüquqlarına dair beynəlxalq standartları ehtiva edən heç bir beynəlxalq müqavilə yaşamaq hüququna nisbətdə fərqli prioritet vermir. Bir sıra mütləq hüquqlardan (məsələn, köləliyə məruz qalmamaq hüququ, işgəncəyə məruz qalmamaq hüququ və s. ) fərqli olaraq, yaşamaq hüququndan müəyyən istisnalar mövcuddur (məsələn, ölüm cəzasının tətbiqi, silahlı münaqişə zamanı kombatantın öldürülməsi, özünümüdafiə məqsədilə güc tətbiq etmə və s. ).Öz məzmunu, daha doğrusu, dövlətlərin bu hüquqlardan irəli gələn öhdəliklərinin həcmi baxımından yaşamaq hüququ daim inkişafda olan hüquqdur. Belə ki, ilk əvvəl yaşamaq hüququ məhdud məna yükünə malik olmuş və yalnız həyatdan məhrum edilməmək hüququndan ibarət olmuşdur. Mahiyyət etibarilə, buraya adam öldürmənin cinayət qanunvericiliyində qadağan edilməsi və ölüm cəzasının tətbiqinə yasaq qoyulması idi. Lakin sonralar, elmi-texniki tərəqqinin yüksək inkişafı və həyat prosesinə biotibbi müdaxilələr yaşamaq hüququnun əhatə dairəsini xeyli genişləndirdi və bunun nəticəsi olaraq, həyatın nə zaman başlanması və bitməsi, fərdə özünün və ya başqasının həyatı üzərində nə qədər nəzarət etməsinə yol verilməsi kimi məsələlər gündəmə gəldi. Evtanaziya, süni mayalanma, transplantasiya və digər bu kimi sosial-hüquqi hadisələrin hüquqauyğun olub-olmaması və hansı hədlərdə hüquqi tənzimləməyə məruz qalması problemi ilk növbədə məhz yaşamaq hüququ prizmasından həll olunmalıdır.
Bu gün yaşamaq hüququnun məzmunun genişlənməsinə təsir göstərən mühüm amillərdən biri də insanları qanlı müharibələrdən, terror aktlarından, habelə, günümüzün ən dəhşətli probleminə çevrilmiş ekoloji fəlakətlərin acı nəticələrindən qorumaqla bağlıdır. Qeyd olunan hüquqa indiki dövrdə geniş təfsirinin verilməsinin vacibliyi insan hüquqlarının müdafisə sahəsində fəaliyyət göstərən beynəlxalq sənədlərdə dəfələrlə vurğulanmışdır. Məsələn, son dövrlərdə insan hüquqlarının tərkib hissəsi kimi ekoloji insan hüquqlarının mahiyyəti və məzmunu haqqında, əlverişli ətraf mühit hüququ ilə yaşamaq hüququnun qarşılıqlı əlaqəsi haqqında araşdırmalara rast gəlinir.
Yaşamaq hüququ beynəlxalq müqavilə hüququ ilə yanaşı, beynəlxalq adət hüququnda da öz əksini tapmışdır. Xüsusi vurğulanmalıdır ki, bu gün beynəlxalq hüquq doktrinasında və praktikasında birmənalı olaraq qəbul edilmişdir ki, yaşamaq hüququna hörmət edilməsi bütün dövlətlər üçün, o cümlədən, insan hüquqlarına dair əsas beynəlxalq müqavilələrin iştirakçısı olmayan dövlətlər üçün də mövcud olan "erga omnes" xarakterli beynəlxalq-hüquqi öhdəlikdir və yaşamaq hüququnun pozulması ümumi beynəlxalq hüquqa görə dövlətin beynəlxalq məsuliyyətini doğurur.1950- ci il Avropa İnsan Hüquqları Konvensiyasında da yaşamaq hüququ Avropa Şurasının üzv-dövlətləri üçün əhəmiyyətli və prioritet hüquq olaraq tanınır. Konvensiya ölüm cəzasına yol versə də, Avropa dövlətlərinin sonrakı praktikası, xüsusən, Konvensiyaya 6 saylı Protokolun (1983) Avropa Şurasının, demək olar ki, bütün üzvləri tərəfindən ratifikasiya edilməsi nəticəsində belə bir regional "jus cogens" norması təşəkkül tapmışdır ki, dinc dövrlərdə ölüm cəzasının tətbiqi insan hüquqları, o cümlədən, yaşamaq hüququ ilə bir araya sığmır. 2002-ci ildə 1950-ci il Konvensiyasına bütün hallarda ölüm cəzasının ləğvinə dair 13 saylı Protokolun qəbul edilməsi isə bu sahədə, demək olar ki, mühüm addım kimi qiymətləndirilməlidir. 2002-ci ildə Vilnüsdə qəbul edilmiş 13 saylı Protokolun preambulasında yaşamaq hüququnun müdafiəsini gücləndirmək məqsədilə ölüm cəzasının bütün hallarda ləğv olunması qeyd olunur və bildirilir ki, heç kəs belə cəzaya məhkum edilə və ya edam oluna bilməz.Bu gün Avropa Şurası çərçivəsində fəaliyyət göstərən Avropa İnsan Hüquqları Məhkəməsi yaşamaq hüququ da daxil olmaqla, 1950-ci il Konvensiyasında və ona dair protokollarda nəzərdə tutulmuş bütün hüquqların müdafiəsinin ən səmərəli mexanizmidir və bu da məhkəmənin yaşamaq hüququ ilə bağlı təcrübəsinin öyrənilməsini, həmin hüququn təmin edilməsilə bağlı dövlətlərin üzərinə qoyulan öhdəliklərin beynəlxalq hüquq normalarına və məhkəmənin presedent hüququna uyğunluğu baxımından araşdırılmasını zəruri edir.Yaşamaq hüququ ən adi mənada insanın əsas hüququdur. O, bütün digər hüquqlar üçün ilkin məntiqi şərtdir. İkinci dünya müharibəsində insan həyatına hörmətin heçə endiyini nəzərə alsaq, insan hüquqları ilə bağlı müharibədən sonrakı sənədlərin məhz yaşamaq hüququndan başlaması təbii görünür.Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinin tarixi sələfi 1948-ci il İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsidir; həmin maddədə kifayət qədər yığcam şəkildə qeyd olunur ki, "hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Nə İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə, nə də Avropa İnsan Hüquqları Konvensiyasında ölüm cəzasının məcburi ləğvinə dair müddəa yoxdur.Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt ölüm cəzasının məcburi qaydada ləğvini nəzərdə tutmasa da, Paktın 6-cı maddəsində bu cür hökmün çıxarılmasına qoyulan bir sıra məhdudiyyətlər, məsələn, yaşı 18-dən az olan şəxslərə ölüm hökmü çıxarmağı qadağan edən və hamilə qadınlar barəsində bu cür hökmləri icra etməyi qadağan edən məhdudiyyətlər yer alıb. 6-cı maddənin 2-ci bəndini ölüm cəzasının tətbiqini qadağan etmə kimi şərh etmək olar, çünki orada "ölüm cəzasını ləğv etməyən ölkələrdə" sözlərindən istifadə olunur. Lakin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci Fakultativ Protokolunda və 1950-ci il Konvensiyasına 6 saylı Protokolunda artıq bu cür müddəa vardır. Paktın 2-ci Protokolu 11 iyul 1991-ci ildə, Konvensiyanın 6 saylı Protokolu isə bundan 6 il əvvəl - 1 mart 1985-ci ildə qüvvəyə minib. Beləliklə, bu protokol beynəlxalq hüquqda ilk sənəddir ki, ölüm cəzasının ləğvini hüquqi öhdəliyə çevirdi.Soyqırımı və ölüm hökmü ilə bağlı appelyasiya vermək hüququ kimi problemlərə müraciət və prinsipin izahına toxunmaq baxımından Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 6-cı maddəsi Konvensiyanın 2-ci maddəsinə nisbətən daha ətraflı tərtib edilib. Hətta Pakta əsasən yaşamaq hüququnun daha dəqiq səciyyəsi nəzərə alınsa da, İnsan Hüquqları Komitəsi onu xeyli geniş şərh edir. 1982-ci tarixli ümumi şərhdə Komitə qeyd elib ki, yaşamaq hüququnun müdafiəsi dövlətlərin həyatın mühafizəsi üzrə qəti tədbirlər görməsini - məsələn, uşaq ölümünün azaldılmasını, aclığın və epidemiyaların ləğvini tələb edir. İki il sonra komitə daha da irəliyə gedərək qeyd etdi ki, kütləvi qırğın silahı yaşamaq hüququna ən böyük təhlükələrdən biridir və bunları bildirdi: "nüvə silahının istehsalını, sınağını, saxlanmasını, çoxaldılmasını və tətbiqini qadağan etmək və bəşəriyyətə qarşı cinayət kimi tanımaq lazımdır". Lakin bu, Paktın şərhi deyil, tövsiyəsi idi.Bu cür qeydlər Konvensiyanın 2-ci maddəsinin çərçivəsindən xeyli kənara çıxır, həmin maddə nə həyatın keyfiyyətini, nə də onun özünü müdafiə edir. O, yaşamaq hüququnu müdafiə edir. Bu baxımdan Konvensiyanın məsələnin mahiyyətinə toxunan digər maddələri kimi 2-ci maddəsi də ayrı-ayrı şəxslərin yox, dövlətin hərəkətlərindən bilavasitə müdafiəni nəzərdə tutur. Qeyd edək ki, Avropa İnsan Hüquqları Konvensiyasının, ümumilikdə əsas istiqaməti olan fərdin dövlətin hərəkətlərindən qoruması prinsipi elmi əsərlərdə də xüsusi qeyd olunur .Konvensiyanın 2-ci maddəsini bütövlükdə götürsək, onun əsas prinsipi dövlət tərəfindən özbaşına olaraq istənilən şəkildə həyatdan məhrum edilməyə qarşı fərdi müdafiə etməkdən ibarətdir. Lakin pozuntu hökumət tərəfindən müdafiənin olmadığı halda baş verərsə, müraciət fərdə qarşı da göndərilə bilər, çünki şikayətlər yalnız hökumətin məsuliyyət daşıdığı hərəkətlə və ya hərəkətsizliklə bağlı təqdim edilə bilər. Bununla belə, komissiyanın fikrincə, dövlətlər həyatın müdafiəsi üçün müvafiq addımları atmalıdırlar. O, həmçinin, hesab edir ki, 2-ci maddə, həqiqətən dövlət tərəfindən pozitiv öhdəliklər üçün əsas verir. Beləliklə, 2-ci maddədə nəzərdə tutulan müdafiə ilk baxışda göründüyündən daha geniş ola bilər.1980-ci ildə Avropa Şurasının Parlament Assambleyası qərar çıxardı ki, "dinc dövrdə törədilmiş cinayətlərə görə ölüm cəzasını saxlayan Avropa Şurasının üzvü olan dövlətlərin parlamentlərinə həmin cəzanı özünün penitensiar sistemindən çıxarmaq xahişilə" müraciət edilsin. Bundan əlavə, Parlament Assambleyası Avropa Şurasının Nazirlər Komitəsinə "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 2-ci maddəsini 727-ci qətnaməyə uyğunlaşdırmaq üçün ona düzəlişlər etməyi" tövsiyə etdi. Lakin Avropanın ədliyyə nazirləri belə hesab etdilər ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 2-ci maddəsi ölüm cəzasına dair hazırda Avropada yaranmış vəziyyəti lazımi qaydada əks etdirmir" və "ölüm cəzasının ləğvinə aid yeni və məqbul Avropa standartlarını işləyib hazırlamaq imkanlarını öyrənməyi" Nazirlər Komitəsinə tövsiyə etdilər.Almaniyaya yaşamaq üçün gələn xarici vətəndaşlar onların yaşamaq hüququnu tənzimləyən xüsusi qanunlara tabedirlər. Bu zaman alman vətəndaşlığı olmayan istənilən şəxs xarici hesab olunur.Diqqət yetirin: aşağıdakı müddəalar sonradan köçmüş şəxslərə aid deyil, belə ki, Almaniyaya gəldikdə onlar Əsas Qanuna uyğun olaraq oranın vətəndaşı olurlar. Bu kateqoriyadan olan şəxslərə dair ətraflı məlumatı sonradan köçmüş şəxslər və milli azlıqlara dair məsələlər üzrə federal hökumətin müvəkkilindən almaq olar. Almaniyaya yaşamaq üçün gələn xarici vətəndaşlar müxtəlif hüquqi qanunlara tabedirlər. Almaniyada yaşamaq hüququ bu şəxsin həm hansı dövlətdən (məsələn, digər AB ölkəsindən), həm də hansı səbəbdən Almaniyaya gəlməsindən (məsələn, sığınacaq axtaran qaçqın, muzdla işləyən işçi və ya ali məktəbdə təhsil alan şagird qismində) asılıdır."Avropa İttifaqının vətəndaşları" və "üçüncü ölkələrin vətəndaşları" arasındakı fərq əsasdır.Aİ-nin digər üzv ölkələrinin vətəndaşları Avropa İttifaqının vətəndaşlarıdır. Avropa qanunvericiliyinə əsasən bu şəxslər və onların ailə üzvləri (Aİ vətəndaşı olanlar və olmayanlar) imtiyazlı əcnəbilərdir.İslandiyanın, Lixtenşteynin və Norveçin vətəndaşları Avropa İttifaqının vətəndaşları da həmçinin.Aİ-yə daxil olmayan bütün ölkələrin vətəndaşları üçüncü ölkələrin vətəndaşlarıdır. Bir qayda olaraq, əcnəbilər haqqında qanun tamamilə onlara tətbiq olunur (məsələn, Almaniyaya getmək üçün icazə almış və əmək bazarına çıxış və buna uyğun olaraq yaşayış üçün sənəd almaq məsələlərində imtiyazlı olan türk vətəndaşları istisna təşkil edirlər). Üçüncü ölkə vətəndaşları arasında Almaniyada siyasi sığınacaq axtaranlar və başqa səbəblərdən gələnlər arasında əsaslı fərq mövcuddur.Üçüncü ölkə vətəndaşlarının Almaniyaya getməsi və orada qalmaları üçün onlara, bir qayda olaraq yaşayış üçün sənəd lazımdır. "Almaniyada qalmaq haqqında" Qanun yaşayış üçün sənədin iki əsas kateqoriyasını ayırd edir: daimi yaşayış üçün sənəd və müvəqqəti yaşayış üçün sənəd. Üçüncü ölkə vətəndaşlarının hüquqi vəziyyətlərində digər mühüm fərq yaşayış üçün sənədin verilmə məqsədindən asılıdır. Diqqət yetirin: viza da, həmçinin, bir növ yaşayış üçün sənəddir. Viza verilməsinə dair ərizənin verilməsi zamanı Almaniyada qalmanın səbəblərindən asılı olaraq, o, mahiyyətinə görə aşağıda göstərilmiş yaşayış üçün sənəd növlərindən birinə uyğundur. Əsas fərq ondan ibarətdir ki, viza Almaniyanın xarici nümayəndəliyində alınır. Əksər ölkələrin vətəndaşları Almaniyaya yalnız viza ilə gedə bilərlər. Bu da o deməkdir ki, Almaniyaya gəlməmişdən əvvəl onlar Almaniyanın müvafiq ölkədəki diplomatik nümayəndəliyinə müraciət etməlidirlər. Viza almaq üçün ərizədə Almaniyada qalmağın məqsədinin dəqiq göstərilməsi məsləhətdir.Müvəqqəti yaşayış üçün sənəd müəyyən müddətə verilir, lakin bəzi hallarda o, Almaniyada uzun müddət qalmanın əsasını təşkil edir. Bu da o deməkdir ki, müəyyən müddət keçəndən sonra və lazımi şərtlər yerinə yetirildikdə xarici vətəndaş daimi yaşayış üçün sənəd almaq hüququ əldə edir. Müvəqqəti yaşayış üçün sənəd bir qayda olaraq, ölkədə konkret məqsədlə qalmaq üçün verilir. Yaşayış üçün sənədi olan şəxsin hansı hüquqlardan istifadə etməsi (məsələn, iş, ailənin yenidən birləşməsi, Almaniyada gələcəkdə qalması) əksər hallarda yaşayış üçün sənədin verilmə məqsədlərindən (iş, təhsil, qaçqın kimi qəbul olunduqda, müəyyən müddətə müdafiə) asılıdır.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru