PDF Oxu

MİA

  • 2 555

Güclü plüralist cəmiyyətlərdə insan hüquqları

image

Plüralist və demokratik cəmiyyətlərdə insan hüquqlarının qorunması zəruri şərtdir. Belə cəmiyyətlərdə məsələlər çox vaxt şəhər yığıncağı və "ümumi yığıncaq demokratiyası" ilə həll olunur. 1970-ci ildən 1994-cü ilə qədər olan müddətdə Vermont ştatının hər birində əhalisinin sayı 4500 sakindən çox olmayan 210 şəhərciyində bu cür 1215 yığıncaq keçirilmişdir. 1129 protokolun öyrənilməsi əsasında o, belə nəticəyə gəlmişdir. Robert Dahl yazır: "Bu yığıncaqların iştirakçılarının orta sayı 139 nəfər olub. Ən azı bir dəfə yığıncaqda 45 nəfər iştirak edib. Seçilmək hüququ olan şəhər sakinlərinin orta hesabla 19 faizi bütün yığıncaqlarda iştirak edib və 7 faizi (yığıncaqda iştirak edənlərin ümumi sayının 37 faizi) ən azı bir dəfə çıxış üçün söz istəyib... İştirakçıların böyük əksəriyyəti bir dəfədən çox çıxış etməyib. Şəhər yığıncağı orta hesabla demək olar ki, 4 saat çəkir - bu vaxt hər bir iştirakçının 2 dəqiqə 14 saniyə ərzində çıxış etməsi üçün kifayət edərdi. Lakin yığıncağa gələnlərin sayı çıxış edənlərin sayından xeyli çox olduğundan, hər bir çıxışçının sərəncamında faktiki orta hesabla düz 5 dəqiqə vaxt olur... Əks-asılılıq da mövcuddur: yığıncağın iştirakçılarının sayı çıxışçıların sayından dörd dəfə çox olduğundan, şəhər yığıncağı hər bir çıxışçıya orta hesabla 1 dəqiqə 20 saniyə vaxt verir".Müəllifin fikrincə, şəhər yığıncağı nümayəndəli demokratiyanın nümunəsi rolunu oynaya bilməz. Hələ bu hamısı deyil - vətəndaşlar biləndə ki, yığıncaqda heç bir fikir ayrılığı olmayacaq, şablon məsələlər müzakirə olunacaq, evdə qalmağı üstün tuturlar. Ziddiyyətli məsələlərin müzakirəsinə isə həmişə çox adam gəlir. Hazırda Konnektikut ştatındakı doğma şəhərimdə ənənəvi şəhər yığıncaqları demək olar ki, keçirilmir, ancaq yaxşı yadımdadır, vaxtilə kəskin fikir ayrılığına səbəb olan məsələlərin müzakirəsində iştirak etməyə həvəs göstərənlər o qədər çox olurdu ki, məktəbin akt salonu onlara azlıq edirdi. Birinci yığıncaqda iştirak edə bilməyənlər üçün daha bir yığıncaq təşkil edilirdi və bu dəfə də salon ağzınacan dolu olurdu. Vermontda olduğu kimi, şəhər yığıncaqlarında keçirilən diskussiyalarda yalnız təhsillilər, bəlağətlə danışmağı bacaranlar deyil, hər bir kəs çıxış edə və fikir söyləyə bilirdi. Dəyanətli əqidə və fikir söyləmək əzmi hansısa bir sosial-iqtisadi qrup tərəfindən monopoliya edilməmişdi.Bütün məlum məhdudiyyətlərinə baxmayaraq "ümumi yığıncaq demokratiyası" şəksiz məziyyət və üstünlüklərə malikdir.R.Dahl daha sonra yazır: "Keçmişdə və xüsusən yaşadığımız əsrdə, kiçik miqyaslı "ümumi yığıncaq demokratiyası"nı həyata keçirməyə yol verən qurumların məhdud imkanları yalnız müdafiədə deyil, həm də iqtisadiyyat, nəqliyyat, ticarət, kommunikasiyalar, insanların və malların nəqli, səhiyyə, ailənin planlaşdırılması, kənd təsərrüfatı, ərzaq təminatı, cinayətkarlıqla mübarizə, təhsil, mülki, siyasi və humanitar hüquqlar sahəsində, habelə bir sıra mühüm sahələrdə dönə-dönə üzə çıxır.İşdir, nə vaxtsa baş verəcək qlobal kataklizm nəticəsində Yer kürəsi əhalisinin sayı kəskin azalmasa və qabaqcıl texnologiya məhv edilməsə, onda elə bir dünya təsəvvür etmək çətindir ki, orada bütün iri siyasi vahidlər yoxa çıxsın və onların yerinə vətəndaşlarının yalnız "şəhər yığıncağı demokratiyası"ndan istifadə edən kiçik və müstəqil siyasi vahidlər (deyək ki, əhalisinin sayı 50000-dən çox olmayan) meydana gəlsin.Bütün fəlakətlərin sonu olaraq, kiçik və tamamilə müstəqil vahidlərdən ibarət olan dünya, heç şübhəsiz öz sabitliyini itirərdi, belə ki, onların bir neçəsinin daha iri qurum şəklində birləşib öz qonşularına qarşı silahlı təcavüzə başlayaraq onları bir-birinin ardınca işğal etməsi kifayət olardı ki, "şəhər yığıncağı demokratiyası" üsulu ilə idarə edilməsi mümkün olmayan yeni və nəhəng assosiasiya meydana gəlsin. Bu yeni və nəhəng vahidin demokratikləşdirilməsi üçün islahatçı-demokratlar (yaxud inqilabçılar) nümayəndəli demokratiyanı yenidən yaratmalı olardılar".Müəllif göstərir ki, nümayəndəli demokratiyanın çoxsaylı məziyyət və üstünlükləri ilə yanaşı, öz "qaranlıq" cəhətləri var. Demokratik ölkələrin vətəndaşlarının bundan xəbəri var və onlar bunu nümayəndəli demokratiyanın qaçılmaz qüsuru kimi qəbul edirlər.Məsələ ondadır ki, həmin idarəetmə sistemində vətəndaşlar bir sıra hallarda öz nümayəndələrinə çox böyük səlahiyyətlər, o cümlədən müstəsna dərəcədə vacib qərarlar qəbul etmək səlahiyyətini verirlər. Seçilmiş nümayəndələr azmış kimi, bu səlahiyyətlər həm də mürəkkəb mexanizm vasitəsilə inzibatçılara, məmurlara, vəzifəli şəxslərə, dövlət qulluqçularına, hakimlərə, hətta beynəlxalq təşkilatlara və s. ötürülür. Beləliklə, vətəndaşlara, onların hökumətin fəaliyyətinə təsir göstərməsinə kömək etməli olan poliarxik demokratiya institutları çərçivəsində qeyri-demokratik proses - siyasi və bürokratik elitalar arasında sövdələşmə və alver prosesi baş verir.R.Dahl qeyd edir ki, prinsipcə, demokratik institutların və prosedurların təyin etdiyi hüdudlarda belə də olmalıdır. Lakin bu hüdudlar çox vaxt dəqiq müəyyən edilmir. Aydındır ki, xalqın idarəetmədə iştirakı və hökumət üzərində nəzarəti heç də həmişə fəal xarakter daşımır, buna görə siyasi və bürokratik elita öz istəkləri üzrə hərəkət etmək üçün hədsiz geniş imkanlar qazanır. Onların əməlləri üzərində xalq tərəfindən nəzarətin, artıq deyildiyi kimi, məhdud olmasına baxmayaraq, demokratik ölkələrdə siyasi elitalar heç kəsə tabe olmayan despotlara çevrilmirlər. Mütəmadi keçirilən seçkilər onları ictimai rəylə hesablaşmağa məcbur edir. Bundan başqa, qərarların qəbul edilməsi prosesində siyasi və bürokratik elitaların nümayəndələri bir-birlərinə təsir göstərərək, öz hərəkətlərinin sərbəstliyini qarşılıqlı surətdə məhdudlaşdırırlar. Siyasi və bürokratik elitaların öz əyləclər və balanslar sistemi vardır. Seçilmiş nümayəndələr öz aralarında siyasi alverdə iştirak edə-edə seçicilərin baxış və istəklərini hökumət qərarlarına keçirdirlər. Demokratik ölkələrdə siyasi və bürokratik elita böyük qüvvəyə malikdir, onlar adi vətəndaşlardan müqayisəolunmaz dərəcədə qüdrətlidir, lakin onları despotluqda ittiham etmək düzgün olmazdı.Bu yerə qədər biz ölkə və ya millət-dövlətdən kiçik olan vahidlərdə demokratiyanın qurulması imkanını nəzərdən keçirdik. Bəs yaxşı, miqyası ölkə miqyasından iri olan və ya tamamilə başqa miqyasda olan beynəlxalq təşkilatlarla bağlı vəziyyət necədir?XX əsrin ikinci yarısında demokratik ölkələr beynəlmiləlləşmənin iqtisadi, mədəni, sosial, siyasi, inzibati-bürokratik, hərbi nəticələrini daha çox dərəcədə hiss etməyə başladı. Belə getsə, demokratiyanı irəlidə nə gözləyir?Müəllif yazır: "Hətta suveren dövlətlərin hökumətləri də öz səlahiyyətlərinin xeyli hissəsini bu və ya digər tipli beynəlxalq təşkilatlara verirsə, onda belə nəticə çıxmırmı ki, demokratik proses, sadəcə olaraq beynəlxalq səviyyəyə qalxacaq? Bu halda beynəlxalq hökumətlər, necə deyərlər, "anadan demokratik doğulduqlarından" demokratik dəyərlərə heç bir xətər yetirilməyəcək, əksinə onlar möhkəmlənəcəkdir.Tarixdə buna aid çoxlu analogiyalar tapmaq olar. 2-ci fəsildə gördük ki, demokratiyanın ilkin ideyaları və praktikası antik şəhər-dövlətlərdə təşəkkül tapıb. Lakin onlar millət-dövlətlərin getdikcə artan gücü qarşısında duruş gətirə bilməyiblər. Ya siyasi-inzibati qurum kimi qeybə çəkilib, ya da Afina və Venesiya kimi şəhər-dövlətlərin subyektinə çevrilib, onun ali hökumətinə tabe olublar. Sual olunur: elə ola bilərmi ki, XXI əsrdə milli hökumətlər beynəlxalq demokratik hökumətlərə tabe olan yerli hakimiyyət orqanlarına çevrilsinlər?"Hə, nolsun" deyə bizə etiraz edə bilərlər, yerli hökumətin ümummilli hökumətə tabeçiliyi heç də demokratiyanın sonu demək deyildir. Əksinə, milli hökumətlərin demokratikləşməsi nəinki demokratiyanın "ərazilərini" qat-qat genişləndirir, həm də inzibati-ərazi subyektlərində - şəhər, kanton, ştat, əyalət, region və sairələrdə demokratik prosesi asanlaşdırır. Bu mənada, məqsəd o deyil ki, beynəlmiləlləşmə prosesi dayandırılsın, - əslində, bu, heç mümkün də deyil, - məqsəd odur ki, beynəlxalq təşkilatlar demokratikləşdirilsin.Demokratiyanı ən ali dəyərlərdən hesab edənlər üçün bu cür mənzərə nə qədər xoş görünsə də, təəssüflə qeyd etməliyəm ki, hələlik belə nikbinliyə əsas yoxdur. Hətta demokratik institutların və prosedurların çoxdan mövcud olduğu və möhkəm kök saldığı ölkələrdə də hökumətin xarici siyasət sahəsinə aid bir çox qərarları barədə effektiv nəzarəti həyata keçirmək olduqca çətindir. Beynəlxalq təşkilatlara nəzarət etmək isə bundan da əngəlli işdir".R.Dahl göstərir ki, demokratiyanın beynəlxalq səviyyəyə qalxması çətin prosesdir. Lakin bu zaman nəzərə almaq lazımdır ki, hər bir demokratik ölkənin də kiçik siyasi qurumlara ehtiyacı vardır. Hazırda onlar öz rəngarəngliyi ilə fərqlənirlər. Hətta ən kiçik demokratik ölkələrdə də bələdiyyə özünüidarə sistemləri var; daha iri ölkələrdə dairə, qraflıq, ştat, əyalət, vilayət və sair özünüidarə sistemləri fəaliyyət göstərir. Ölkə dünya miqyasında nə qədər kiçik olsa da, onun müxtəlif assosiasiya və təşkilatların müxtəlif "assortimentinə", yəni plüralist mülki cəmiyyətə ehtiyacı olacaqdır.Ölkədə və cəmiyyətdə mövcud olan kiçik assosiasiyaları - həmkarlar ittifaqlarını, iqtisadi qurumları, ixtisaslaşdırılmış "mənafe qruplarını", təhsil təşkilatlarını idarə etmək üçün hansı üsulun daha yaxşı olması sualına birmənalı cavab vermək çətindir və bəlkə də mümkün deyil. Bunların hamısı hökmən demokratik qaydada idarə oluna bilməz: vəziyyətlərdəki aşkar fərqlər bu və ya digər qurumun tələblərinə cavab verməli olan müəyyən demokratik meyarlar qarşısında tamamilə qanuni məhdudiyyətlər qoyur. Hətta demokratiyanın özünü doğrultduğu yerlərdə də onun hansı növünün daha münasib olmasını birmənalı şəkildə təyin etmək çətindir.Bununla belə, plüralist mülki cəmiyyətdə hər hansı bir idarəetmə orqanının, istər bu ölkənin hökuməti və ya onun "yerlərdəki" bölmələri, istərsə də müstəqil assosiasiya olsun, fəaliyyətindəki qeyri-demokratik xüsusiyyətlərin heç biri diqqətdən kənarda qalmamalıdır. Demokratik prinsiplər istənilən birliyin idarə olunması barədə bir sıra suallara cavab verilməsini tələb edir.* Birliyin rəhbərliyi qərarların qəbulu zamanı bu qərarların aid olduğu hər bir kəsin xeyir və mənafelərini həmişəmi eyni dərəcədə nəzərə alır?* Birliyin bəzi üzvləri idarəetmə sahəsində qalanlarından o dərəcədə səriştəlidirmi ki, birlik üzərində qəti hakimiyyəti onlara etibar etmək mümkün olsun? Belə bir etibar yoxdursa, onda biz onun bütün üzvlərini bərabər siyasi hüquqa malik insanlar qismində nəzərdən keçirməkdə haqlı deyilikmi?* Əgər onun üzvləri siyasi cəhətdən bərabərdirlərsə, onda bu birliyin idarəetmə sistemi demokratiyanın tələblərinə cavab verməməlidirmi? Əgər verməlidirsə, onda bu birlik öz üzvlərinə hansı dərəcədə idarəetmədə fəal iştirak etmək, bərabər seçki hüquqlarına malik olmaq, informasiyalı biliyə yiyələnmək və rəhbərliyin fəaliyyəti üzərində qəti nəzarəti həyata keçirmək imkanlarını verir?

Demək olar ki, bütün təşkilatlarda hansısa məqamlarda demokratiyaya yer tapılar. Elə bir ölkə yoxdur ki, orada demokratiya həddindən çox olmuş olsun.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər