PDF Oxu

Sosial

  • 530

Ardıcıl 5 günlük tətil olacaq

image

Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü münasibətilə qeyri-iş günlərinin tarixləri açıqlanıb. SİA-nın məlumatına görə, bu il Qurban bayramı 27 və 28 may tarixlərinə düşür. Bununla yanaşı, may 28-də ölkədə Müstəqillik Günü də qeyd olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən, Əmək Məcəlləsinə uyğun olaraq, bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbi ilə əlavə istirahət günü verilib. Bu səbəbdən 29 may da qeyri-iş günü elan olunub. Nəticədə, beşgünlük iş qrafiki ilə çalışanlar üçün 27, 28, 29, 30 və 31 may tarixləri istirahət günləri olacaq.

Mətləb