Yaşadığımız siyası gerçəklikdə isə direktiv şəkildə qoyulmuş bu şərtlərin əksəriyyətinin kobudcasına pozulduğunun şahidi oluruq. Məsələn, keçmiş SSRİ, bugünkü MDB ölkələrinin əksəriyyətində dövlət büdcəsi hələ də KİV-in yeganə maliyyə mənbəyi olaraq qalmaqdadır. Dövlət həm öz kampaniyalarını, həm də ictimai təşkilatlar və fiziki şaxslər tərəfindən təsis edilmiş kampaniyaları maliyyələşdirməklə, onların siyasatinə nəzarəçarpacaq dərəcədə təsir göstərir O ki qaldı özəl KİV-ə, onlar da öz maliyyə təminatlarını sahiblərinin şəxsi vasitələri və reklam üzərində qururlar. Bu gün heç kəsə sirr deyil kı, MDB məkanında əksər ölkələr iqtisadi sıxınltlar içərisində boğulur. Belə bir şəraitdə özəl KİV də bir çox sıxıntılara məruz qalır və dövlətin aktiv rolu ilə əlaqədar müxtəlif manipulyasiyalara uğrayır. Beləliklə, İnsan Hüquqları üzrə Avropa Komissiyası tərafindən mütləq surətdə tələb olunan fikir və informasiya plüralizm prinsipi kobudcasına pozulmuş olur.
Zərifə Musayeva yazır: "Kommunist totalitarizminin buxovlarından xilas olmuş ölkələrin bir çoxunda söz və fikir azadlığının təhrif olunmuş şakildə, yəni ümumiyyətlə, danışmaq və yazmaq azadlığı kimi başa düşdülər. Ölkələrində aşkarlıq ab-havası yaratmış bir çox dövlət başçıları, hakimiyyət kreslolarında yerlərini bərkitdikdən sonra KİV-ə qarşı, daha doğrusu, müstəqil KİV-ə qarşı taqiblərə başladılar və beləliklə də, beynalxalq normalarla təsbit olunmuş fikir plüralizmini boğmağa cəhd göstərdilər. Məsələn, 1992-ci ilin sonunda 5 milyonluq əhalisi olan Tacikistanda 40-a qədər müstəqil, özəl və partiya mətbuatı, o cümlədən, kommunist və dini mətbuat nəşr olunurdu. 1992-ci ilin dekabrın ortalarında hakimiyyətə gələn İ.Rəhmon hökumətin, müstəqil mətbuatın fəaliyyətindən narazı olduğunu va ölkədəki bütün bəlaların sabəbkarlarının, məhz onlar olduğunu bəyan etdi. Hakimiyyəta gəlmiş yeni nomenklatura demokratiya pərdəsi altında KİV-ə təzyiq göstərməyə və azad informasiya məkanını məhdudlaşdırmağa başladı. Jurnal və qəzet redaksiyalarına basqınlar edildi. Jurnalistlərin bir qismi elə yerindəcə məhv edildilər, digərlərini isə məsuliyyətə cəlb etməklə həbs etdilər. Ölümdən və təqiblərdən canlarını qurtarmağa macal tapmış KİV işçilərinin bəziləri qohum-əqrəbalarının zirzəmilarində gizlənir, bəziləri isə qeyri-leqal yollarla Özbəkistan, Qırğızıstan, Əfqanıstan, İran və Rusiyaya qaçırdılar. Rəsmi tacik hökumətinin müxalif, qeyri-leqal hesab etdiyi KİV-in məlumatına görə, müvafiq dövrdə 60-a qədər jurnalist fiziki cəhətdən məhv edildi. Sağ qalmış və ölkədəki təqiblərdən canlarını qurtarmış və hal-hazırda "Bi-Bi-Si", "Azadlıq", "Amerikanın Səsi", Tehran radiosu kimi informasiya vasitələrində çalışan tacik jurnalistlərin fikrincə, bu, insan hüquqlarının və azadlıqlarının kobudcasına pozulması deməkdir. Dünya ictimaiyyətinin fikrini Tacikistanda baş verən hüquq pozuntularına yönəltməyə çalışan mətbuat işçiləri, bu ölkəyə qarşı müvafiq tədbirlər planının həyata keçirilməsini beynəlxalq təşkilatlardan, o cümlədən, Avropa Məhkəməsindən tələb edirlər."
Söz və informasiya azadlığının bir başqa təhrif olunmuş formasını digər Orta Asiya dövlətində - Türkmənistanda müşahidə etmək olar. Sözdə qanun və fikir azadlığını, informasiya plüralizmini dəstəkləyən Türkmənistanda da başqa mənzərənin şahidi olmaq olar. Ölkədə nəşr edilən bütün qəzetlərin təsisçisi Türkmənbaşı S.Niyazovdur. Onun təsisçisi olduğu bütün informasiya vasitələri ən azad və ən demokratik informasiya mənbələri hesab edilir. Ölkədə nəşr edilən bütün mətbuat vasitələri, dərs günü, hətta həbsxanadakı gündəm aşağıdakı andla başlayır: "Türkmənistan! Əziz və sevimli vətənim! Qəlbim və fikrimlə mən həmişə səninləyam... Vətənimə və müqəddəs Türkmənbaşıya xəyanət edirəmsə, qoy onda mənim nəfəsim dayansın, qəlbim dursun!"
Ölkədə heç bir müstəqil və azad KİV fəaliyyət göstərmir. KİV, bütövlükdə, dövlət nəzarətindədir. Hər hansı bir fikir və söz azadlığı təqib edilir. Heç təsadüfi deyildir ki, Qurov, Şirov kimi yazıçılar və Qorayev kimi siyasi məhbus, məhz elə bu səbəbdən fiziki cəhətdən məhv edilmişlər.
Beləliklə, bir daha qeyd etmək lazımdır ki, nüfuzlu beynəlxalq təşkilatlara üzv seçilmiş bır çox dövlətlər hələ də üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmir və insan hüquq və azadlıqlarının pozulmasına əlverişli şərait yaradırlar.
Müəllifin fikrincə, bizim mətbuat ayrı-ayrı insanların hüquqlarının pozulması haqqında ətraflı yazdığı halda, nədənsə, bütövlükdə, insan hüquqlarının qorunması problemi haqqında yazmır. Görəsən, nədən belə olur? Bu sualın cavabı çox sadədir; cari problemi gündəmə gətirmək, onu görmək üçün bizim KİV üzünü cəmiyyətə çevirməlidir. Bəs, əslində, vəziyyət necədir? Nə qədər acınacaqlı olsa da, bu danılmaz faktdır ki, bizim KİV-in diqqəti daha çox hakimiyyətə yönəlmişdir. Əksəriyyət KİV öz güzgüsündə, məhz hakimiyyəti və onun dəyərli xüsusiyyətlərini əks etdirir Bu təqdirdə, hakimiyyət KİV-ə pul xərcləməyə canla-başla hazırdır, çünki KİV ona qarşı öz məhəbbət və sədaqətini nümayiş etdirir. Bu gün KİV-in atacağı ən önəmli addım üzünü cəmiyyətə döndərmək və onu narahat edən problemləri işıqlandırmaqdan ibarət olmalıdır. Bu halda, KİV-lə hakimiyyət arasında ziddiyyət yox, rasional tarazlaşdırılmış münasibətlər mövcud olmalıdır - yəni hakimiyyət özü müvafiq problemlərin işıqlandırılmasında maraqlı olmalıdır.
Çoxları belə hesab edirlər ki, dövlət hakimiyyətini təmsil edən hökümətlə bu hakimiyyətin necə həyata keçirildiyini izləyən, izah və tənqid edən mətbuat arasında münasibətlərdə özünəməxsus təbii gərginlik mövcuddur. Politoloq İtiel də Sola Pulun fikrincə, bu gərginlik jurnalist statusunun ziddiyyətli olmasından irəli gəlir. "Öz işini uğurla görmək üçün jurnalist siyasətçilərlə əlaqələr yaratmalı, onların inamlarını qazanmalıdır, eyni zamanda, haqiqəti ictimaiyyətə çatdırmaq onun başlıca vazifəsı olaraq qalmalıdır. Jurnalistə öz informasiya mənbəyi ilə konfedensial münasibətlər qurmaq, onun anonimliyini qorumaq lazım gəlir, digər tərəfdən isə hər bir sirri açıqlamaq onun vəzifə borcudur. Nəticədə, siyasətçi ilə jurnalist arasında münasibətlər getdikcə daha çox uğursuz kəbini xatırladır. Onlar biri-birlərinə lazımdırlar, amma qarşılıqlı ədavət hissini də içlərində boğa bilmirlər."
Z.Musayeva daha sonra yazır: "Söylənilənlərdən belə bir nəticə hasil ola bilər ki, mətbuatla hakimiyyət arasında səciyyəvi rəqabət mövcuddur. "The International Interest" jurnalının baş redaktoru, politoioq İrvin Kristolun fikrincə; "Mətbuatla dövlətin münasibətlərini rəqabət adlandırmaq olmaz. Düşməçilik birtərəfli ola bilməz. Mətbuat hakimiyyətlə düşmənçilik edirsə, onda hakimiyyət də ona eyni tərzdə cavab verməli deyilmi? Mənim fikrimcə, hakimiyyətin məthuatla rəqabət aparması nə dərəcədə axmaqlıqdırsa, mətbuatın da hakimiyyətlə rəqabətə girməsi bir o qədər ağılsızlıqdır".
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer mətbuatla hakimiyyət arasında rəqabətin reallığını prinsipcə qəbul edir. Bununla belə, o, hesab edir ki, rəqabətin də sərhədləri var. 1976-cı ildə ABŞ qəzet redaktorları cəmiyyətinin qurultayında çıxış edən Kissincer KİV-i siyasi qərarların qəbul edilməsinin mürəkkəbliyini başa düşməyə, siyasətçilərin fəaliyyətini işıqlandırarkən, neqativizmdən qaçmağa çağırırdı."
Hamin qurultayda Kissincer demişdi: "Mən qeyd etmək istərdim ki, mənim fikrimcə, bizim ölkəmiz çox çətin və ağrılı bir onillik yaşamışdır. Hakimiyyətlə matbuat arasında münasibətlər hərdən mənə keçmiş döyüşləri təkrar-təkrar uduzan sərkərdələrin bir-birləri ilə daxili münaqişəsini xatırladır. Mən hakimiyyətlə KİV arasında sağlam rəqabatin nə dərəcədə mühüm olduğunu yaxşı anlayıram. Lakin biz amerikalılar bir ümumi işin iştirakçılarıyıq. Yaddan çıxarmaq lazım deyil ki, dünyada sülhün və tərəqqinin taleyi son nəticədə, Amerikanın uzaqgörənliyindən və inadkarlığından asılıdır".
Beləliklə, KİV-lə hakimiyyət arasındakı nisbi rəqabət, bütövlükdə, sistem üçün faydalı olub, cəmiyyəti təhlükəli siyasi alyanslardan qorumağa xidmət edir, cəmiyyəti parçalanma yarada biləcək fikir va ideyalardan qoruyur və sonunda ümummilli fikir birliyi formalaşdırır. Söylədiklərimizə rəğmən, "cəmiyyətin informasiya almaq hüququ var" şüarını tətbiq etmiş olsaq, onda deyə bilərik ki, geniş oxucu və dinləyici kütləsinin hakimiyyətin fəaliyyəti barədə ətraflı məlumat almaq hüququ vardır. Bu halda, KİV qarşısında duran əsas vəzifə cəmiyyət qarşısındakı məsuliyyətini dərk etməkdən, vətəndaşların informasiya almaq hüququna hörmətlə yanaşmaqdan, vicdanlılıq, qərəzsizlik və dəqiqlik standartlarına riayət etməkdən ibarətdir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru