2015-ci ilə qədər ifrat yoxsulluğu yarıbayarı azaltmaqdan HİV/AİDS-in yayılmasını dayandırmağa və ümumi ibtidai təhsilin təhlil edilməsinə kimi hədəfləri əhatə edən Minilliyin İnkişaf Məqsədi (Millenium Development Goals MDG) dünya ölkələri və dünyanın aparıcı təşkilatları arasında razılaşdırılmış fəaliyyət planını təşkil edir.
"İnsan hüquqlarına dair beynəlxalq əməkdaşlıq" kitabında göstərilir: "Artıq 2015-ci ildə Minilliyin İnkişaf Məqsədləri başa çatır. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, dünya sözügedən məqsədlərə hələ tam olaraq çata bilməmişdir. Bunu BMT-nin "Minilliyin İnkişaf Məqsədləri -2011" adlı hesabatı da təsdiq edir. Belə ki, sözügedən sənəddə deyilir ki, MİM-ə nail olmaq istiqamətində əhəmiyyətli addımlar atılsa da, irəliləyiş əhalinin daha kasıb təbəqəsinə təsir etmədiyinin, 2015-ci ilin sonuna kimi bütün məqsədlərə nail olunmsı sual altında qalmaqdadır. Ancaq buna baxmayaraq, qarşıya qoyulan məqsədlər çərçivəsində əldə edilən uğurlar da mövcuddur. Belə ki, BMT Baş katibi Pan Gi-Mun tərəfindən təqdim olunan hesabatda qeyd olunur ki, 2000-ci ildə dünya liderlərinin ifrat yoxsulluq, aclıq və savadsızlığı azaltmaq üçün qarşıya qoyduqları məqsədləri həyata keçiriməkdə əhəmiyyətli uğur əldə edib. "MİM artıq milyonlarla insanı yoxsulluqdan çıxarmağa, saysız-hesabsız uşaqların həyatını xilas etməyə və onların məktəbə getmələrini təmin etməyə, ana ölümünü azaltmağa, qadınlar üçün imkanları genişləndirməyə, təmiz suya çıxışı artırmağa, ölümcül və əzablı xəstəlikdən bir çox insanları azad etməyə nail olub".
Baş katib, həmçinin, deyib ki, qadınların və qızların hüquqlarının təmin olunması, davamlı inkişafın təbliğ olunması və münaqişələr, yemək və yanacaq qiymətinin dəyişməsi kimi böhranların təsirlərindən daha həssas təbəqənin qorunması üçün görüləcək işlər hələ də qalır. "Məqsədlərinə nail olmaq ədalətli və əhatəli iqtisadi artım tələb edir - bu artım hər kəsə aid olaraq, bütün insanlara, xüsusilə də, yoxsul və təcrid olunmuşlara iqtisadi imkanlarından faydalanmaq imkanım verir" deyə Baş katib bildirib.
Dünya ölkələri MİM üçün müəyyənləşdirilən müddətin bitməsi ilə, artıq yeni Davamlı İnkişaf Məqsədlərinin (Sustainable Devolopment Goals - SDG) həyata keçirilməsi isitiqamətində addımlar atmaqdadır. Onu da qeyd etmək lazımdır ki, 2015-ci ilin sentyabr ayında Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən BMT-nin Baş Assebleyasının plenar iclasında 17 məqsəd və 169 hədəfi ehtiva edəp Davamlı İnkişal Məqsədləri (DİM) artıq təsdiq olunmuşdur."
2012-ci ildə keçirilmiş Rio+20 Sammitindən bu yana, başa çatmaqda olan Minilliyin İnkişaf Məqsədlərindən sonrakı dövrü əhatə edəcək yeni qlobal inkişaf proqramlarının müəyyənləşdirilməsi milli, regional və beynəlxalq səviyyədə geniş şəkildə müzakirə edilmişdir. Son illərdə dünyada baş verən hərbi münaqişələr və təbii fəlakətlər, təəssüflər olsun ki, bu məqsədlərin yerinə yetirilməsi baxımından ciddi çətinliklər yaratmışdır. Ancaq buna baxmayaraq, BMT-nin aidiyyəti qurumları, üzv dövlətlər və qeyri-hökumət təşkilatları ilə birlikdə insan hüqııqları ilə bağlı məsələləri 2015-ci ildən sonra nəzərdə tutulmuş inkişaf proqramına daxil edilməsində böyük səylər göstərmişlər. Bu baxımdan, təklif olunan DİM beynəlxalq inkişaf proritetlərinə əsaslanmaqdadır.
Adıçəkilən kitabda qeyd edilir ki, belə demək mümkünsə, dünya ictimaiyyəti MİM-dən alan tamamlanmamış məqsədləri də ehtiva edən DİM-i həyata keçirmək istiqamətində ciddi addımlar ataraq ekologiyanı, insanları və həmçinin, bütün canlıları qorumaq hədəfi güdməkdədir. DİM içərisində, heç şübhəsiz ki, insan hüquqlarının səmərəli müdafiəsi məsələsi əhəmiyyətli yer tutmaqdadır. Qeyd olunmalıdır ki, DİM - iqtisadi, sosial və ekologiya olmaqla üç əsas hədəf istiqaməti nəzərdə tutur. Bütün dünya ictimaiyyəti tərəfindən əldə edilən razılığa əsasən, 2015-2030-cu illər ərzində DİM bütün dövlətlər üçün inkişaf strategiyalarının müəyyənləşdirilməsində əsas mənbə olacaqdır. Bu baxımdan, sözügedən məqsədlərin həyata keçirilməsində insan hüquq və azadlıqlarının təmin olunması və bu istiqamətdə, səmərəli işlərin görülməsinin vacibliyi nəzərə alınaraq, Milli İnsan Hüquqları İnstitutlarının da üzərinə mühüm vəzifələr düşür. Sözügedən məqsədlərin tanıdılması və həmçinin, onların həyata keçirilməsində effektiv yolların araşdırılması məqəsdilə 2015-ci ilin iyun ayında Avropa İnkişaf Günləri çərçivəsində Avropa Komissiyası və BMT-nin Beynəlxalq Əlaqələndirmə Komitəsinin birgə təşkilatçılığlı ilə Belçikanın Brüssel şəhərində MİHİ-lər üçün xüsusi iclasların keçirilməsi həmin məqsədlərin həyata keçirilməsində MİHİ-lərin nə qədər önəmli rola malik olduğunu əyani şəkildə sübut edir. Həmin tədbirdə Azərbaycan Ombudsman Təsisatı da təmsil olunurdu. Dünyanın dörd bir yanından gəlmiş, Milli İnsan Hüquqları İnstitutlarının nümayəndələrinin, beynəlxalq ekspertlərin, vətəndaş cəmiyyəti və medya mənsublarının təmsil olunduğu tədbirdə DİM tonunda görüləcək işlərə dair geniş müzakirələr aparılır, məruzələr dinlənilirdi. Tədbirdə iştirak edən təsisatın nümayəndəsi təşkil olunan sessiyalarda "Milli İnsan Hüquqları İnstitutları, Vətəndaş cəmiyyəti təsisatları və Milli Strategiya" mövzusuna həsr olunmuş işçi qrupunun iclasında çıxış edərək, iştirakçılara Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etdikdən sonra, ölkədə hüququn aliliyi və demokratiyanın tam bərqərar olunması istiqamətində, eyni zamanda, insan huiquq və azadlıqlarının təmini sahəsində aparılan islahatlar barəsində məlumat verir. DİM-in həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolu da əhəmiyyət kəsb etdiyindən MİHİ-lərin bu təşkilatlarla əməkdaşlığına da böyük əhəmiyyət verilməkdədir. Təsisatın qurulduğu ilk günlərdən Ombudsman yanında vətəndaş cəmiyyəti üzvlərindən ibarət Müstəqil Ekspertlər Şurası yaradaraq, onlarla səmərəli əməkdaşlıq əlaqələri quran Müvəkkilin bu fəaliyyəti beynəlxalq arenada müsbət təcrübə kimi qiymətləndirilməkdədir.
Beynəlxalq ictimaiyyətin toplandığı bu mühüm tədbirdə bir sıra ölkələrin MİHİ-lər MİM-in həyata keçirilməsində və eyni zamanda, gələcək DİM-in fonunda, aidiyyati sahələr üzrə öz təcrübələrini bölüşür, maraqlı fikir mübadiləsi aparırdılar. Burada aparılan əsas müzakirə mövzularından biri də insan hüquqları ilə bağlı milli fəaliyyət planı və strategiyalarının hazırlanması ilə əlaqədar idi. Təsisatın nümayəndəsi həmin sessiyada iştirak edərək, ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı qəbul edilmiş üç mühüm strateji sənədə diqqət çəkmiş, insan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı, o cümlədən, "İnsan hüquqları üzrə Milli Fəaliyyət Planı" və onun məntiqi davamı olan Azərbaycan Respublikasında İnsan Hüquq və Azadlıqlarının Müdafiəsinin Səmərəliliyini artırmaq Sahəsində Milli Fəaliyyət Proqramı (MFP) və qeyd olunan sənədlərin hazırlanmasında Azərbaycan Ombudsmanının iştirakı, həmçinin, insan hüquqlarının və azadlıqlarının təmin olunması istiqamətində qəbul edilmiş normativ sənədlər haqqında məlumat vermişdir.
Avropa İnkişaf Günləri çərçivəsində keçirilən sessiyalardan biri də biznes və insan hüquqları mövzusuna həsr olunurdu. Onu da qeyd etmək lazımdır ki, biznesin insan hüquqlarının reallaşdırılmasına təsiri, bu hüquqların pozulmasına görə, kommersiya təşkilatlarının məsuliyyəti məsələsi son illər ciddi tədqiqat predmetinə çevrilmişdir. Problemin aktuallığı nəzərə alınaraq, müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən, BMT tərəfindən bu sahədə ciddi iş aparılır. Aparatın əməkdaşı sözügedən iclasda iştirak edərək, Azərbaycan Ombudsmanı bu sahədə gördüyü işlərdən danışmışdır. O, qeyd etmişdir ki, biznes və insan hüquqları sahəsində işin daha səmərəli aparılması məqsədi ilə Ombudsmanın təşəbbüsü ilə "Ombudsman yanında Biznes və İnsan Hüquqları üzrə İşçi Qrup" yaradılmış və bu qrup tərəfindən bir sıra maarifilndirici tədbirlər keçirilmişdir. Ombudsmanın biznes və insan hüquqları sahəsində formalaşdırdığı bu təcrübə, aidiyyəti nazirlik və komitələrdən, QHT və KİV-in təmsilçilərindən ibarət tərkibdə uğurlu fəaliyyəti tədbir iştirakçılarının marağına səbəb olmuşdur.
Ümumiyyətlə, son illərdə dünyada sürətlə gedən qloballaşma prosesinin bir nəticəsi olaraq, biznes sahəsindəki inkişaf, təbii olaraq, əməyin mühafizəsi və əmək fəaliyyəti ilə məşğul olan insanların hüquqlarının səmərəli müdafiəsi məsələsi beynəlxalq təşkilatların gündəmində mühüm yer tutmağa başlamışdır.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru