PDF Oxu

MİA

  • 4 628

İşgəncənin qarşısının alınması və əlilliyi olan şəxslərin hüquqları üzrə komitə

image

BMT-nin Baş Məclisi tərəfindən 2006-cı il 13 dekabr tarixində qəbul edilmiş "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiya və bu sənədin Fakültativ Protokolu 2007-ci ilin 30 mart tarixindən üzv dövlətlərə imzalamaq üçün açıq elan edilmiş və 2008-ci il 3 may tarixində qüvvəyə minmişdir.

Təqdirəlayiq haldır ki, Müvəkkilin təklifi nəzərə alınmaqla və ən əsası dövlətimizin bu qəbildən olan insanlara diqqəti nəticəsində Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixli Qanununa əsasən, hər iki sənəd müvafıq bəyanatla ratifikasiya edilmiş və ölkəmizə münasibətdə 28 yanvar 2009-cu il tarixdən qüvvəyə minmişdir.

"İnsan hüquqlarına dair beynəlxalq əməkdaşlıq" kitabında göstərir: "Azərbaycan regionda bu mühüm Konvensiyanı ratifikasiya edən ilk ölkə olaraq, əlilliyi olan insanların hüquqlarına hörmət edilməsi və onların qorunması istiqamətində götürdüyü öhdəliyi bir daha təsdiq etmiş, bu sahədə regionun digər ölkələri üçün nümunə olmuşdur.

Əsas məqsəd əlilliyi olan bütün şəxslər tərəfindən bütün insan hüquqlarının və əsas azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini təşviq, müdafiə və təmin etməkdən, eləcə də, onların ləyaqətinə hörmət edilməsini dəstəkləməkdən ibarət olan bu Konvensiya təkcə dövlətlərin əlilliyi olan insanlara qarşı ayrı-seçkiliyə yol verməməsi öhdəliyini deyil, həmçinin, onların cəmiyyətdə əsl bərabərlikdən bəhrələnə bilinməsi məqsədilə əlverişli şəraitin yaradılması üçün dövlətlər tərəfındən atılmalı olan addımları nıüəyyən edir.

Sözügedən Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan hökumətinin qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı həyata keçirilmiş tədbirlər barədə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinə 2011-ci ildə ilk dövri hesabat göndərilmişdir.

Qeyd etmək lazımdır ki, Müvəkkillə BMT-nin uşaq hüquqları ilə bərabər əlilliyi olan şəxslərin hüquqları üzrə də məsul qurumu olan YUNİSEF-in Azərbaycandakı Nümayəndəliyini birgə imzaladıqları 2013-cü il üzrə İş Planına uyğun olaraq "Ombudsmanın işinə dəstək"" layihəsi həyata keçirilmişdir. Həmin layihə çərçivəsində Ombudsmanın ilk əlavə hesabatı hazırlanaraq, 2013-cü ilin avqust ayında BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinə təqdim edilmişdir. Hesabatda bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi, əlilliyi olan qadınlar və əlilliyi olan uşaqlar, maarifləndirici-tərbiyəvi iş, istifadə imkanları, yaşamaq hüququ, risk vəziyyətləri və fövqəladə humanitar vəziyyətlər, qanun qarşısında bərabərlik, ədalət məhkəməsinin təmin olunması, azadlıq və şəxsi toxunulmazlıq, işgəncələrdən və qəddar, qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və cəza növlərindən azad olma, istismardan, təcavüzdən və təhqirdən azad olma, şəxsi bütövlüyün qorunması, yerdəyişmə azadlığı və vətəndaşlıq, müstəqil həyat tərzi və yerli icraya cəlb olunma, fərdi hərəkət etmək imkanı, fikir və etiqadların sərbəst ifadə olunması və informasiyadan istifadə imkanları, şəxsi həyatın toxunulmazlığı mövcud çətinliklər və bunların həlli ilə bağlı təklillər öz əksini tapmışdır.

Təqdirəlayiq haldır ki, 2014-cü il 31 mart - 11 aprel tarixlərdə Cenevrədə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında adıçəkilən Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan hökumətinin ilk hesabatı uğurla təqdim edilmiş və müsbət qiymətləndirilmişdir.

Daha sonra BMT-nin müvafiq komitəsi tərəfındən ölkəmizin sözügedən Konvensiyaya dair dinlənilmiş ilk hesabatı ilə əlaqədar Azərbaycan hökumətinə 57 bənddən ibarət tövsiyələr göndərilmişdir.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı, Milli Məclisin Sosial Siyasət Komitəsinin, aidiyyəti dövlət qurumlarının, QHT və KİV nümayəndələrinin iştirakı ilə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya dair Azərbaycan hökumətinin ilk hesabatı ilə bağlı BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin tövsiyələrinin birgə müzakirəsi keçirilmişdir.

Adıçəkilən kitabda qeyd edilir ki, işgəncə əleyhinə BMT Konvensiyasının Fakültativ Protokolunun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2009-cu il tarixli Sərəncamı ilə Mili-Preventiv Mexanizmin funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilmişdir. Sözügedən funksiyadan irəli gələn vəzifələrin daha səmərəli icrası məqsədi ilə Müvəkkil BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsi (SPT), İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi (CPT), o cümlədən, İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiya (API) ilə əməkdaşlıq edir. Onu da qeyd etmək lazımdır ki, Milli-Preventiv Qrupun fəaliyyətinə dair məruzələr əməkdaşlıq çərçivəsində həmin qurumlara göndərilir.

2011-ci ilin fevral ayında İsveçrənin Cenevrə şəhərində İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiyanın (APT) Ümumdünya Qlobal Forumu keçirilmişdir. Həmin forum çərçivəsində SPT və CPT nümayəndələrinin iştirakı ilə dörd qrupda aparılan müzakirələrdə Ombudsman Aparatının əməkdaşı da çıxış etmiş, ölkəmizdə MPM-in yaranması, bu sahədə fəaliyyət, müvafiq milli qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər, bu sahədə görülmüş işlər barədə ətraflı məlumat vermişdir.

201l-ci ilin noyabr ayında Bakıda keçirilən APT-nin 6-cı tematik seminarında Azərbaycan Ombudsmanı, habelə, MPQ-nin rəhbəri də iştirak etmiş, MPM qismində çıxış edən Ombudsman təsisatının bu sahədə fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

2011-ci ilin dekabr ayında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkəmizdə səfərdə olan Avropa İşgəncələrin Qarşısının Alınması üzrə Komitəsinin (CPT) üzvləri - nümayəndə heyətinin rəhbəri Haritini Diplanı, İsveçrənin Milli-Preventiv Mexanizminin rəhbəri Jan-Pyer Restellinini və CPT Katibliyinin əməkdaşı Julyen Attuil-Kayseri qəbul etmişdir. CPT-nin üzvləri təmsil etdikləri qurumun fəaliyyəti, iş prinsipləri və monitorinqləri barədə ətraflı məlumat vermişlər.

Ombudsman qonaqların suallarını cavablandıraraq, bu sahədə hüquqi maarifləndirmə işləri, polis və ədliyyə əməkdaşları üçün təşkil etdikləri treninq-seminarlar, həmçinin, müvəqqəti saxlama təcridxanalarının, penitensiar müəssisələrin, psixiatriya xəstəxanalarının və digər sosial obyektlərin standartlara uyğunlaşdırıldığını diqqətə çatdırmışdır. O, məruzələrini, təsisatda hazırlanmış çoxsaylı hüquqi nəşrləri və plakatları qonaqlara təqdim etmişdir.

2015-ci ilə qədər ifrat yoxsulluğu yarıbayarı azaltmaqdan HİV/AİIDS-in yayılmasını dayandırmağa və ümumi ibtidai təhsilin təmin edilməsinə kimi hədəfləri əhatə edən səkkiz Minilliyin İnkişaf Məqsədi (Millenium Development Goals MDG) dünya ölkələri və dünyanın aparıcı təşkilatları arasında razılaşdırılmış fəaliyyət planını təşkil edir.

2015-ci ilin aprel ayında Müvəkkil ölkəmizdə səfərdə olan BMT-nin İşgəncələrin Qarşısının Alınması üzrə Alt Komitəsinin (SPT) nümayəndə heyətinin rəhbəri Aişə Şujun Muhammədi və onu müşayiət edən həmin qurumun üzvlərini iki dəfə qəbul etmişdir. İlk görüşdə Ombudsman MPM-in fəaliyyəti, görülmüş işlər, Milli-Preventiv Qrupun (MPQ) saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən, cəzaçəkmə müəssisələrinə, müvəqqəti saxlama yerlərinə, təhsil, səhiyyə və sosial obyektlərə həyata keçirdiyi başçəkmələr, bu sahədə qanunvericiliyə və müvafıq dövlət qurumlarına verilmiş təklif və tövsiyələr, hüquqi maarifləndirmə tədbirləri ilə bağlı ətraflı məlumat vermişdir.

Görüşdə fikir mübadiləsi aparılmış, MPM-in müsbət təcrübəsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuş, qonaqlara Azərbaycan MPM-in fəaliyyətinə dair illik hesabatları təqdim edilmişdir.

Keçirilmiş ikinci görüşdə SPT nümayəndə heyətinin saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə həyata keçirdikləri başçəkmələr üzrə müşahidələri, habelə, müvafiq tövsiyələri ilə bağlı yekun müzakirələr aparılımışdır. Fikir mübadiləsi şəklində davam edən görüşdə Ombudsman MPM qismində fəaliyyətinin inkişaf etdiyi vurğulanmış, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuş, ölkə səfərinin yekununa dair təklif və tövsiyələrin veriləcəyi bildirilmişdir.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər