MİA

  • 37 519

Azərbaycanda vətəndaşların ekoloji hüquqlarına dair

image

Vətəndaşların ekoloji hüquqları Azərbaycanın ətraf mühit hüququnda əsas yer tutur. Ətraf mühitin qorunmasının antroposentrist konsepsiyaları insanın maraqları naminə ekoloji məsələlərin həlli ideyasına əsaslanır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Əsas Qanununda - Konstitusiyasında insan, onun hüquq və azadlıqları ən ali sərvət hesab olunur.

İnsanın ekoloji hüququ dedikdə, fərdin təbiətlə qarşılıqlı əlaqəsi zamanı onun müxtəlif tələbatlarının ödənilməsini təmin edən qanunvericilikdə təsbit olunan hüquqları başa düşülür.
İnsanın ekoloji hüquqları mövcud qanunlara tənzim olunur. Məsələn, Ətraf Mühitin Mühafizəsi haqqında Azərbaycan Respublikası qanununda ətraf mühitin mühafizəsi sahəsində hüquqlar və vəzifələr aşağıdakı kimi qruplaşdırılmışdır:
1. Ətraf mühitin mühafizəsi sahəsində dövlətin hüquqları və vəzifələri;
2. Ətraf mühitin mühafizəsi sahəsində yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri;
3. Ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların hüquqları və vəzifələri;
4. Ətraf mühitin mühafizəsi sahəsində ictimai birliklərin hüquqları və vəzifələri.
Ətraf mühitin mühafızəsi sahəsində dövlətin hüquqları və vəzifələri aşağıdakılardır:
- Dövlət siyasətinin əsas istiqamətlərini, onun həyata keçirilməsi üçün strateji tədbirləri hazırlamaq;
- Ətraf mühitin mühafizəsi sahəsində təsərrüfat və başqa fəaliyyətin ekoloji tarazlığa olan keyfiyyət normativlərini işləmək və təsdiq edilməsi qaydalarını müəyyən etmək;
- Ətraf mühitin mühafizəsinin dövlət fondları haqqında əsasnamələri təsdiq etmək;
- Qanunvericiliyə müvafiq olaraq təbii resursların istifadəyə verilməsi haqqında qərarları qəbul etmək, təbiətdən istifadəyə görə limitləri və kvotalatj müəyyən etmək, müqavilələri (kontraktları) bağlamaq;
- Təbiətdən istifadəçilərə (sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə) lazımi xüsusi icazənin verilməsi üçün təbiətdən istifadə formalarının siyahısını və bu xüsusi icazslərin verilməsi qaydalarını təsdiq etmək.
- Ətraf mühitin mühafizəsi sahəsində dövlətin vəzifələri:
- Ətraf mühitin ekoloji tarazlıq və təbiətdən istifadənin müxtəlif sahələri üzrə proqramları hazırlamaq; dövlət ekoloji ekspertizasını təşkil etmək;
- Ətraf mühitin, heyvanlar və bitki aləminin mühafizəsinə, bərpasına və istifadəsinə dövlət nəzarətini həyata keçirmək;
- Heyvanlar və bitki aləminin nadir və yer üzündən yox olması təhlükəsinə məruz qalmış növlərinin dövlət kadastrını aparmaq ("Qırmızı kitabı" nəşr etmək);
- Beynəlxalq əməkdaşlığı həyata keçirmək;
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun digər vəzifələri həyata keçirməkdir.
Ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların hüquqları və vəzifələri aşağıdakılardır:
- Ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin (bundan sonra vətəndaşların) hüquqları;
- Hər bir vətəndaş həyatı və sağlamlığı üçün əlverişli ətraf mühitin olması, onun vəziyyəti və vəziyyətinin yaxşılaşdırılması barədə tədbirlər haqqında dəqiq məlumat almaq;
- Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində onların sağlamlığına və əmlakına vurulan zərərə görə ödənc almaq;
- Sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq;
- Müəyyən edilmiş qaydada təbii resurslardan istifadə etmək, onların mühafizəsi və bərpası üzrə tədbirlər həyata keçirmək, ətraf mühitin mühafizəsində və sağlamlaşdırılmasında iştirak etmək;
- Qanunvericilikdə müəyyən edilmiş qaydada ətraf mühitin mühafizəsinə aid yığıncaqlarda, mitinqlərdə, piketlərdə, yürüşlərdə və nümayişlərdə, referendumlarda iştirak etmək;
- Ətraf mühitin mühafizəsinə dair dövlət hakimiyyət orqanlarına və təşkilatlarına müraciət etmək;
- İctimai ekoloji ekspertiza haqqında təkliflər vermək;
- İnsan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçinin, fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək;
- Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə müvafiq orqanlar və məhkəmələr qarşısında iddialar qaldırmaq;
- Qanunvericilikdə nəzərdə tutulan başqa hüquqlarını müəyyən edilmiş qaydada həyata keçirmək;
Ətraf mühiti qorumaq hər bir kesin vəzifəsidir.
Ətraf mühitin mühafizəsi sahəsində ictimai birliklərin hüquqları və vəzifələri aşağıdakılardır:
- İctimai birliklərin ətraf mühitin mühafizəsi sahəsində hüquqları;
- Özünün ekoloji proqramlarını işləmək və təbliğ etmək, ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların hüquqlarını və maraqlarını müdafiə etmək, onları bu işdə fəaliyyətə cəlb etmək;
- Ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarəti həyata keçirmək;
- Dövlət orqanlarından və təşkilatlarından ətraf mühitin vəziyyətinə və onun bərpasına dair tədbirlər barədə vaxtında, tam və dəqiq məlumat almaq;
- Məyyən işlərin yerinə yetirilməsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş ətraf mühitin mühafizəsi sahəsində dövlət orqanları və beynəlxalq təşkilatlar ilə müqavilə əsasında əməkdaşlıq etmək;
- Ətraf mühitin mühafizəsi sahəsində qanun layihələrinin müzakirəsində iştirak etmək;
Azərbaycanda ekoloji hüquqların siyasi və yuridik əhəmiyyəti vardır. Ölkəmizdə insan və vətəndaşların ekoloji hüququnun tənzimlənməsi yalnız ayrı-ayrı fərdlər üçün deyil, bütövlükdə, cəmiyyət və dövlət üçün əhəmiyyət kəsb edir. Azərbaycan dövvləti sosial məsuliyyətli dövlət kimi bu hüquqları həyata keçirərək, dövlətin təbiət-mühafizə fəaliyyətinin səmərəliliyini yüksəldə bilər. Ekoloji hüquqların ardıcıl reallaşması zamanı onun yuridik əhəmiyyəti daha da artır.
Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikası qanunda ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətinin reallaşması da nəzərdə tutulur. Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarəti zamanı aşağıdakılar nəzərdə tutulur:
- Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər;
Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının hüquqları:
- Qanunvericilikdə müəyyən edilmiş qaydada mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, müəssisə, idarə, təşkilatlara və digər obyektlərə, o cümlədən, hərbi və müdafiə obyektlərinə maneəsiz (xidməti vəsiqələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyekttərinə daxil olarkən, həmçinin, yoxlamanın həyata keçirilməsi haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə) daxil olmaq, öz xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan sənədlərlə, o cümlədən, analizlərin nəticələri ilə pulsuz tanış olmaq;
- Ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması, təbii resursların bərpası və istifadəsi sahəsində tədbirləri yerinə yetirmək, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyinə keyfiyyət normativlərinə və ekoloji tələblərinə əməl etmək, tənzimləyici və başqa zərərsizləşdirici qurğuların, onların nəzarət vasitələrinin işini yoxlamaq;
- Təbii ehtiyatlardan istifadə və ətraf mühitin mühafizəsi sahəsində ayrı-ayrı fəaliyyət növlərinin həyata keçirilməsi üçün verilən xüsusi icazənin, təbiətdən istifadə müqavilələrinin (kontraktların) və xüsusi icazələrinin şərtlərinə əməl edilməsini yoxlamaq, qanunvericiliyə uyğun olaraq onlara xitam vermək barədə vəsatət qaldırmaq;
- Dövlət ekoloji ekspertizasının nəticələrinin yerinə yetirilməsinə nəzarət etmək;
- Ekoloji tələblərin və ətraf mühitin keyfiyyət normativlərinin pozulması ilə həyata keçirilən ekoloji cəhətdən təhlükəli yüklərin (məmulatların), tullantıların və xammal ehtiyatların Azərbaycan Respublikasının ərazisinə gətirilməsinin və həmçinin, onun ərazisindən tranzit yolu ilə aparılmasının qadağan olunması haqqında qanunvericiliyə uyğun olaraq sərəncamlar vermək;
- Ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasına dair fiziki və hüquqi şəxslərə tələblər irəli sürmək;
- Ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə həyata keçirilən işlərin məhdudlaşdırılması və müvəqqəti dayandırılması, o cümlədən, maliyyələşdirilməsinin dayandırılması, onların istismara verilməsinin qadağan edilməsi, təsərrüfat və başqa fəaliyyətlərin məhdudlaşdırılması və ya bu fəaliyyətə xitam verilməsi haqqında vəsadət qaldırmaq;
- Qanunvericilikdə müəyyən edilmiş qaydada ətraf mühitin mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərmək;
- Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərərin həcmlərini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək) və bunun əsasında təqsirkar olan şəxslərə bu zərərin könüllü ödənilməsi barədə tələblər irəli sürmək və ya iddiaları məhkəməyə təqdim etmək;
- Ətraf mühitin mühafizəsi sahəsində müəssisə (istehsalat) nəzarəti qaydalarının və normalarının gözlənilməsini yoxlamaq;
- Qanunvericiliklə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək;
- Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar verilmiş qərarların icrası bütün hüquqi və vəzifəli şəxslər, vətəndaşlar üçün məcburidir və onlardan tabeçilik və ya məhkəmə qaydasında şikayət edilə bilər.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər