MİA

  • 11 671

Azərbaycanın dünyaya inteqrasiyası vacib aktora çevrilməsinə zəmin yaradır - TƏHLİL

image

İnteqrasiya prosesi yer kürəsinin bütün qitələrini, eləcə də bütün ölkələrini əhatə edir və bu proses suveren dövlətlərin daxili, eləcə də xarici siyasətinə korrektələr edən, xalqların taleyində dönüş nöqtələrinə təkan verən fenomenə, dünya inkişafının başlıca meyillərinə çevrilib. Öz müstəqilliyinə 1991-ci ildə qovuşan Azərbaycanın ilk məqsədi dünya birliyinin bərabərhüquqlu üzvü olaraq çıxış etmək olub və artıq ölkəmizin buna nail olduğu günün reallığıdır. Bir sözlə, Azərbaycan bu işin öhdəsindən də uğurla gəldi və 1991-ci ildə İslam Əməkdaşlıq Təşkilatına, 1992-ci ildə ATƏT, BMT və digər beynəlxalq təşkliatlara üzv olmaqla öz məqsədini gerçəkləşdirdi.

Azərbaycanın bir sıra beynəlxalq və regional təşkilatlarla fikir birliyi ilə əməkdaşlıq edir və ölkəmizin NATO, Avropa İttifaqı ilə də əməkdaşlığı da var. Ümumiyyətlə, Azərbaycan balanslaşdırılımış xarici siyasət kursu icra edir və bu kurs nəticəsində ölkəmizin Ermənistan istisna olmaqla bütün qonşularla, hətta dünyadakı dövlətlərin böyük əksəriyyəti ilə normal və yaxşı münasibətləri mövcuddur. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, bəzi dövlətlərlə bu münasibətlər müttəfiqlik səviyyəsindədir. Təbii ki, bu da öz tövhələrini verməkdədir və bizim hamımız bunun əyani şahidiyik.

Azərbaycanın regional və qlobal müstəvidə enerji təhlüksizliyinə töhfə verdiyi bəllidir və bu bütün dünyada çox yüksək qiymətləndirilir. Tarix və keçən zaman fasiləsi təsdiq etdi ki, Qoşulmama Hərəkatına Azərbaycanın üzv olması ən doğru qərar hesab olunur. BMT-dən sonra ən çox üzvü olan beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına üzv olmaqla həm bu təşkilata ciddi töhfələr verdi, həm də bu təşkilatın özünün beynəlxalq hüquqa uyğun töhfələr verməsində Azərbaycanın böyük rolu rolu oldu ki, bunu da təkzibedilməz fakt kimi hər kəs qəbul edir. Məsələn, 44 günlük müharibə dönəmində də bunun şahidi olduq.

Məhz dünya birliyinə inteqrasiya, eyni zamanda beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsi və qarşılıqlı əməkdaşlığa əsaslanan inkişaf platformasının formalaşdırılması Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədlərindən biri olduğunu dəfələrlə, özü də bir neçə istiqamətdə təsdiqləyib. Xüsusilə qeyd etmək lazımdır ki, beynəlxalq təşkilatlar və dünya birliyi ilə qarşılıqlı əməkdaşlıq və inteqrasiya Azərbaycan üçün iqtisadi baxımdan da vacibdir. Qeyri-neft sektoruna xarici investisiyanın cəlb edilməsi, eləcə də Azərbaycanın mövcud potensialının daha böyük anlamda iqtisadi dəyərə çevrilməsi baxımından inteqrasiyanın əhəmiyyəti danılmazdır.

İqtisadiyyatın liberallaşdırılması ilə bağlı islahatların dərinləşməsi və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin Azərbaycan iqtisadiyyatının inkişafına xüsusi təsirlərinin, daha dəqiq desək, töhfələrinin artırılmasına müsbət təsiri nəzərə alınır və bu baxımdan qarşılıqlı əməkdaşlıq nəticə etibarı ilə Azərbaycan iqtisadiyyatının inkişafı üçün yeni imkanlar hesab olunur. Praktik olaraq beynəlxalq platformalarda Azərbaycan daha fəal şəkildə iştirak etməklə həm ölkə iqtisadiyatının inkişafına, həm də regionda əməkdaşlıq və sülhün formalaşmasına xüsusi töhfə vermiş olur. Məhz buna görə də Azərbaycan beynəxalq münasibətlər sisteminin çox fəal və təşəbbüskar aktorlarından biri olmağı ən döğru hesab edir.

Azərbaycanın təşəbbüsü və müəllifliyi ilə reallaşan həm regional, həm də qlobal kontekstdə çoxsaylı layihələr var ki, bunlar Azərbaycanın əməkdaşlığa açıq olduğunu isbatlayır. Onu da qeyd etmək yerinə düşərdi ki, əksər hallarda Azərbaycan özü əməkdaşlıq üçün çox mühüm və ciddi platformalar yarada bilir. Bir zamanlar Əsrin Müqaviləsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi gözümüz gözümüz önündə reallaşırdısa, indi də bunlara bənzər olan və hətta daha qlobal əhəmiyyətə malik olan layihlələrə şahidlik edirik. Bir sözlə, istər regional, istərsə də qlobal müstəvidə ölkəmizin əməkdaşlıqları göz önündədir və bütün bunlar da deyilənləri bir daha təsdiq edir.

Diqqətə çatdıraq ki, regional müstəvidə də ölkəmiz uğurlu fəlaiyyət sərgiləyir. Hazırda Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TÜRK PA, İslam Əməkdaşlığı Təşkilatı kimi mühüm təşkilatlanmalarda fəal iştirakçı və təşəbbüskar aktor olması bu uğurlu fəaliyyətin bariz nümunəsidir. Əlbəttə ki, ölkəmizin ikitərəfli dövlətlərarası əməkdaşlıqları da diqqətdən yayınan deyil. Dövlətimizin bir çox ölkələrlə əməkdaşlığının müttəfiqlik səviyyəsinə yüksəldiyi də günün reallığıdır. İqtisadi əlaqələrimiz, ticarət əlaqələrimiz də günü-gündən artmaqdadır. Azərbaycanın hətta Avropa İttifaqı kimi mühüm tərəfdaşla münasibətləri də yüksək səviyyədədir. Bütün bu faktlar öz növbəsində təsdiq edir ki, ölkəmizin mühüm beynəlxalq nüfuza malikdir. Bir sözlə, ölkəmizin dünyaya inteqrasiyası qarşısıalınmazdır və bu da dünyanın heç bir ölkəsi ilə müqayisə olunmayan artım tempi vəd edir. Xüsusilə qeyd etmək lazımdır ki, ölkə başçısının, cənab Prezident İlham Əliyevin apardığı beynəlxalq siyasətin dünya ölkələri ilə dostluq münasibətlərinin genişləndirilməsinə və inteqrasiyasına hesablandığı da göz önündədir. Məhz bu baxımdan deyə bilərik ki, bu gün dünyanın siyasi və iqtisadi xəritəsində Azərbaycanın vacib aktora çevrildiyi bir reallığıdır. Ən böyük reallıq isə ondan ibarətdir ki, Azərbaycanın dünyaya inteqrasiya vacib aktora çevrilməsinə zəmin yaradır.

İnam Hacıyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.

Digər xəbərlər