Xəbərlər

  • 973

TƏCİLİ: Türkiyədə zəlzələ olub

image

Türkiyənin Tokat vilayətində 5,6 bal gücündə zəlzələ baş verib. Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) verdiyi məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 18:11-də qeydə alınıb.
Ocağı yerin 5,99 kilometr dərinliyində yerləşən zəlzələnin episentri Tokatın Sulusaray rayonudur. Zəlzələ ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Ali Yerlikaya aidiyyəti qurumların bölgədə araşdırmalara başladığını deyib.

Qeyd edək ki, Tokatda gecə saatlarında da ən güclüsü 4,7 bal olan iki zəlzələ qeydə alınıb.

Mətləb Salahov

Digər xəbərlər