Xəbərlər

  • 4 141

Şəhid Mürsəl Kazımlının ailəsi doğum günündə ziyarət edilib

image

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov və digər rəsmi şəxslər Yeni Günəşli yaşayış sahəsinin sakini, Vətən Müharibəsi şəhidi, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuş əsgər Kazımlı Mürsəl Kamil oğlunun doğum günündə məzarını ziyarət edib, ruhuna dualar oxunub və onun əziz xatirəsini ehtiramla yad ediblər.

Ailədə görüş zamanı şəhidlərimizə olan hörmət və ehtiramını bildirən V.Seyidov bildirib ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır: "Dövlət başçısının şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunədir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır".

Rayon təşkilat sədri şəhidimizin əziz xatirəsini bir daha yad edərək, təşkilat adından "Anım lövhəsi"ni şəhidin ailəsinə təqdim edib.

Göstərilən diqqət və qayğıya görə, şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildiriblər.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər