PDF Oxu

Müxalifət

  • 17

Müsavat partiyası daxilində “ikibaşlı” oyun

Müsavat partiyası daxilində “ikibaşlı” oyun

Artıq 14 günə yaxındır ki, Müsavat partiyası daxilində hər kəsin əsəbləri tarıma çəkilib. Quruma başqanlıq edən İsa Qəmbərovun tutduğu postdan bərk-bərk yapışması onun üçün əlavə problemlərin yaranmasına səbəb olub. Həmçinin, bir ay öncə qurultaya hazırlıqla bağlı komissiyaya rəhbərlik edən İ.Qəmbərov neçə gündür ki, yoxa çıxıb.
Qurumdakı mənbəmizin verdiyi məlumata görə, hazırda açıq şəkildə olmasa da, müsavatçılar arasında pıçapıç başlayıb. Bir də neyləysinlər, bu yazıqlar, məgər özlərinin söylədikləri kimi "İsanın ipinin ucuna bel bağlamaq olar? O qədər yalan-palan danışıb ki... Görünür, İ.Qəmbərov yoxa çıxıraq pul-paranı da yığıb aradan qaçıb." Digər tərəfdən isə Müsavat üçün budəfəki debütün tamam başqa cür olacağı gözlənilir. Çünki indi qurumda nə icra aparatının rəhbəri Arif Hacıyev, nə də ki, başqan İ.Qəmbərov var. Ona görə də, başqa şəxslərin meydana girərək, Müsavatdaxili prosesləri idarə etməsi qaçılmaz olub. Bu baxımdan da, partiyanın məclis sədri Arzu Səmədbəylini "baş rolda" görmək mümkündür.

İsa Qəmbərov "qeybə" çıxıb

20 ilə yaxındır ki, müxalifətçilikdə saç ağardıb, diş tökənlərdən biri olan İ.Qəmbərov indi çarəsiz halda ortalıqdan yox olub. Onun hara və necə getməsi məlum olmasa da, bu addım başqa mətləblərdən xəbər verir. Bu il başqanlıq müddətinin başa çatacağını və tutduğu postu onsuz da tərk edəcəyini yəqin edən İ.Qəmbərov özü üçün ən optimal variant - qaçmağı seçib. Eyni zamanda, İ.Qəmbərova başqa yol göstərən də olmayıbdır. Elə bu səbəbdən də, başqan neçə gündür ki, "qeybə" çəkilib. Onun partiyasında isə, sözün əsil mənasında, nüfuz davası gedir. Müsavat partiyasının məclis sədri A.Səmədbəyli ilə başqan müavini T.Yaqublu arasında yenicə başlamış münaqişəyə kənar qüvvələr də qoşulub. Kənar qüvvə dedikdə isə, ilk növbədə, AXP "lider"i Pənah Hüseynovun məsələyə burun uzatmağını xüsusi ilə qeyd etmək lazımdır. Çünki o, bu günə qədər müxalifət düşərgəsində baş verən istənilən məsələdə heç vaxt birtərəfli mövqe tutmayıb. P.Hüseynovun nə mövqe tutub-tutmaması bir yana, Müsavat partiyası artıq sonuncu ünvanın yolunu tutub. Ancaq qurumun bu uçurumun astanasından kimsənin xilas edəcəyini güman etmək belə çətindir, nə qədər ki, İ.Qəmbərov Müsavatda "lövbər" salıb, başqa cür də ola bilməz. Ancaq məsələ ondadır ki, İ.Qəmbərovdan, hələlik, xəbər-ətər yoxdur.

Digər xəbərlər