PDF Oxu

Müxalifət

  • 17

Mirzə Sakit Əli Kərimovun bütün gizlinlərinə işıq saldı

Mirzə Sakit Əli Kərimovun bütün gizlinlərinə işıq saldı

AXCP (i)-dən etiraz edərək istefa verən Mizə Sakit həmin müddət bu addımının səbəbinə müəyyən qədər aydınlıq gətirsə də, yenidən bütün qaranlıq məqamlara işıq salıb. M.Sakit AXCP (i) rəhbərliyinin, xüsusən də, partiyanın sədri Əli Kərimovun, eyni zamanda, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidovun da ona qarşı tutduqları düşmənçilik mövqeyini hələ də başa düşmədiyini dilə gətirib. O, "Qaynar info" saytına açıqlamasında qeyd edib ki, bir vaxtlar onun varlığından istifadə edərək müəyyən maqamlarda öz maraqlarını təmin etməyə çalışan qüvvələr və şəxslər indi nədənsə ona qarşı əks mövqe sərgiləyirlər.
Əslində isə, həmin adamların özlərinin mənəvi keyfiyyətlərinin belə aşağı səviyyədə olmasından bu cür vəziyyətin yarandığını bildirən M.Sakit Ə.Kərimovu və Q.Zahidovu insan kimi bu günə qədər qiymətləndirdiyindən heyifisləndiyini də vurğulayıb.

AXCP (i)-nin Mozambik təşkilatı və onun da rəhbəri varmış...
AXCP (i) rəyasət heyətinin üzvlüyündən və partiya sıralarından od püskürərək istefa verən M.Sakit artıq başına gətirilənləri etiraf etməyə başlayıb. O, eyni zamanda, bu günə qədər gizli qalan məqamlara da, aydınlıq gətirməklə məsələyə yeni prizmadan yanaşmanın olmasının vacibliyini dilə gətirib. Keçmiş cəbhəçinin fikirlərinə bir qədər loyal münasib bəsləyərək, onu daha da aqressiv şəkildə olanları etiraf etməyə məcbur edən AXCP (i) sədrinin müavini Fuad Qəhrəmanlı, əslində, bu cür yanaşması ilə özünün iç dünyasını açdırmalı olub. Bu günə qədər onun yanında oturmağı belə özlərinə şərəf bilənlər indi ona ağıl verməyə çalışır deyən M.Sakit F.Qəhrəmanlını AXCP (i)-nin Mozambik təşkilatının rəhbəri kimi qələmə verib. Onun iddiasına görə, F.Qəhrəmanlı 49 min manat dəyərində olan avtomobilini də oradan alıb gətirib.

Əli Kərimov 5 uşaq atasını niyə işsiz qoydu?
Həmişə humanizmdən, insanpərvərlikdən, ən azından demokratiyadan ağızdolusu danışan AXCP (i) sədri Əli Kərimov təsisçisi olduğu qəzetin sabiq əməkdaşı Mirzə Sakitin yenidən öz işinə bərpa olunmasına razı olmadı. Hətta bir neçə dəfə ona olunan müraciətlərə baxmayaraq, üzdə özünü huri-mələk kimi göstərən Ə.Kərimov öz əməkdaşına qarşı, onun himayəsində olan 5 uşaqlı ailəsinə qarşı amansız və qansız oldu. Qeyd etdiyimiz kimi, həmişə özündə olmayan şeylərdən danışan Ə.Kərimovun çirkin xisləti bu dəfə özünü lap açıq-aydın göstərmiş oldu. Almaniyadan müalicədən qayıdan "Azadlıq" qəzetinin sabiq əməkdaşı, köşə yazarı M.Sakiti əvvəlki işinə bərpa etməkdən boyun qaçıran Ə.Kərimov, eyni zamanda, onun ailəsinin durumunu belə qulaqardına vurub. Bu isə onun bir insan kimi mənəvi keyfiyyətlərinin artıq deqradasiyaya uğradağını və belələrinin cəmiyyət üçün zərərli olduqlarına işarədir.

Digər xəbərlər