Radikal düşərgədə ard-arda yaranan "birlik" və bloklar, "ittifaqlar" və "hərəkatlar" fonunda belə qənaətə gəlmək mümkündür ki, yağışdan sonra çıxan zəhərli göbələklər kimi, onlar da öz zəhərli təxəyyüllərini ictimaiyyətə sırımağa cəhd edirlər. Düzdür, sağlam düşüncəli və bütün həqiqətləri gerçək reallıqlar timsalında qavrayan demokratik cəmiyyət belə hoqqalara istehza ilə baxsa da, bu cür səviyyəsiz addımlar, eyni zamanda, hiddət doğuran amil kimi də qəbul edilməkdədir. Daha dəqiq desək, bütün hallarda nəticələr öz eyniliyi ilə sərgilənir: xəyanət, satqınçılıq və şərəfsizlik...
SATILMAĞA ALIŞMIŞ HƏYASIZLIQ VƏ YA ÖYRƏNCƏLİ HOBBİ
Bu cür kritikanı və yaxud terminləri uzatmaq da olar, sadəcə, belə ifadələr radikal mənsublara o qədər çox deyilib və yazılıb ki, artıq onlar bu tip sözləri adi hal kimi qarşılayır, boyunlarının ardlarına "vururlar." Məsələn, radikal düşərgənin postseçki dövründən sonra, yəni sonuncu parlament seçkilərindən sonra, müəyyən polemikalar keçirərək, qondarma "İctimai Palata" adlı qurumda cəmləşmələri və orada "kölgə parlamenti" timsalında sərsəm ideyalarla çıxış etmələri də düşüklükdən başqa bir şey deyil. Hazırda orada qopmaların, ayrılmaların və partiyalararası, siyasiləşmiş QHT-lərarası ziddiyyətlərin baş verməsi prosesi gedir. Çünki zaman-zaman bir-birilərini qara qəpiyə satan bu siyasi nadürüstlər, bir az da irəliyə gedərək, xarici himayədarlarına öz vicdanlarını, şərəflərini də heç neçəyə satıb, "dividendlər" qazanmağa başlayıblar. Adını da qoyublar ki, bəs qoymayın, ölkədə seçkilər "antidemokratik" şəraitdə keçirildi, yaxud da "demokratik dəyərlər" məhv olur və s. Nə qədər şərəfsizlik olsa da, özlərini Azərbaycan müxalifəti adlandıran bu tiplərin ŞƏRƏFSİZLİKLƏRİNƏ dünyanın heç bir yerində çata bilməzlər. Bu, bir aksiomadır! Bu, bir faktdır! Ta 90-cı illərin əvvəllərindən başlayaraq, rus "KQB"-sinə, erməni təşkilatlarına işləyən və murdar valyutaları acgözlüklə hopp eləyib udan bu ünsürlərə bundan sonra, həqiqətən də, heç bir tənbeh, tənqid və hətta təhqir təsir etməz. Bu, həm də bir növ, siyasi padoşluqdur...İsa Qəmbərov padoşluğu, Əli Kərimov padoşluğu, Rəsul Quliyev padoşluğu...İnsana təsir edən əsas səbəb isə odur ki, özlərini müxalifət adlandıranlar bütün variantlarda xalq adından öz məqsədlərinin reallaşması üçün çıxış edərək, bu çıxışlarını "ictimai" fonda sərgiləyirlər. Bu, həm də onların öyrəncəli hobbisinə çevrilib.
"İCTİMAİ XARTİYA" YOXSA İCTİMAİ PADOŞLUQ ?
Və həmin "ictimai" padoşluq yavaş - yavaş gəlib çatdı Eldar Namazova ki, o da uzunmüddətli susqunluqdan sonra, birdən -birə, yəni anidən "dilini açdı". Dilini açan kimi də, məlum oldu ki, bu "adam" yaxın zamanlarda "yaxşıca qazanc" əldə edib. Ona görə də təmsil olunduğu "ANİF" adlı digər qondarma qurumun adından "İctimai Xartiya" qəbul etdi. Xatırlatmaq yerinə düşərdi ki, həmin bu "ANİF" adlanan qurumda Etibar Məmmədov, Lalə Hacıyeva və digər bu kimilər təmsil olunurlar. Lakin bu "forumun" uzun müddət idi ki, səsi-pəsi gəlmirdi. Ona görə də birdən-birə cınqırının çıxması hər şeyi gün kimi aydın etdi və məlum oldu ki, qəbul edilmiş "xartiya"nın arxasında bir miqdar dollar, bir az funt-sterlinq və bir az da avro adlı valyuta nominatları dayanıb. Yəni, "ANİF" də digər qondarma müxalifət qurumları kimi ÖZÜNÜ PULA SATIB. Satıb və qısa dili uzanıb...
Maraqlıdır, sözügedən "xartiyada" nələr yazılıb? Məsələn, orada yazılıb ki, "xartiya Azərbaycanda avtoritarizmdən demokratiyaya keçidin zəruriliyi ilə bağlı geniş ictimai konsensus əldə olunmasının əsasını təşkil edir"(!?).
Belə yerdə deyirlər ki, "oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı". Yəni bu sərsəm "xartiyanı" imzalayanlar-Etibar Məmmədov, Lalə Hacıyeva kimi avtoritar partiya "liderləri" bu günə qədər öz siyasi təşkilatlarında bir dənə də olsun demokratik mühit, antiavtoritar idarəçilik formalaşdıra bilməyiblər. Əksinə, həm AMİP-də, həm də ALP-də "fəxri sədr" olmaqla, siyasi təşkilatlarında demokratik islahatların qarşısına çıxmış, yalnız şəxsi mənafeləri naminə dəridən-qabıqdan çıxmışlar. İndi bunların Eldar Namazov timsalında hər hansı "demokratiyadan" bağırışmalarına zərurət duyulmur. O cümlədən, xarici ağalarına satılarkən, nə qədər pul-para qazandıqlarını da xalqdan gizlədərək, öz antidemokratik tərzlərini nümayiş etdirirlər. Əgər onlar bu faktları etirazla qarşılayırlarsa, buyurub tam demokratik şəraitdə mətbuata öz açıqlamalarını sübutları ilə (əgər varsa-R.R.) bildirsinlər. Biz də durub deyək ki, bəs ay ictimaiyyət, bunlar heç bir əcnəbi qurum və təşkilatlardan müəyyən vədlər qarşılığında valyuta almayıblar. Ancaq bunun olmayacağını, təbii ki, bilirik. Bilirik ki, bunlar hər zaman həqiqətlərə göz yumub özlərini korluğa qoyublar, ya da əsil həqiqətləri xalqdan gizlədiblər. Ta o vaxta qədər ki, pulları qurtarsın. Pulları bitən yerdə yenidən "xalq amili" bunların yadına düşür və başlayırlar növbəti "xartiya" və bəyanatlar" yaymağa.
Gah "Konstitusiya islahatlarından" dəm vuran bu dəymədüşərlər, gah "seçki sisteminin majoritar-proporsionallığından" vızıldayır, gah "siyasi məhbus" məsələsindən dızıldayır, gah da "iqtisadi-maliyyə" amnistiyasından sızıldayırlar. Axırda da gəlib çıxırlar, onlardan uzaq, "Milli dövlətçiliyə". Sən demə bu qırmızılar həm də "milli dövlətçilik" anlamının nə olduğunu da bilirmişlər. Amma bunu necə bildikləri gözlər önündə bütün çılpaqlığı ilə sərələnib. Onların "milli dövlətçilik" aləmində bugünkü Demokratik, Milli, Dövlətçi Xalqa sədaqətlə xidmət edən, Xalqı tərəfindən dəstəklənən iqtidardan fərqli olaraq, LƏYAQƏTSİZCƏSİNƏ XARİCƏ YALMANMAQ kimi mənfur heysiyyətsizlik dayanıb. Həmin heysiyyətsizliyin adı VALYUTALAR YAĞIŞINDA çökmüş, SATILMIŞ müxalifətdir...