PDF Oxu

Müxalifət

  • 10

Müxalifətin özünütəcrid “taktika”sı da iflas oldu

Müxalifətin özünütəcrid “taktika”sı da iflas oldu
Son zamanlar müxalifətin düşdüyü çıxılmaz böhrandan qurtulması üçün edilən cəhdlər də bir nəticə vermir. Olduqca kritik və gərgin bir vəziyyətin olması isə burada daha dözülməz abı-hava yaradır. Partiyaların tamamilə iflic olması, onlara rəhbərlik edən şəxslərin isə bacarıqsızlığı bu cür durumun yaranmasına zəmin yaratdı. 20 ilə yaxındır ki, müxalifətçilik anlamına ancaq öz şəxsi maraqları kontekstindən baxan şəxslər üçün sonun başlanğıcı çox faciəli görünür.
Belə şəraitdə isə düşərgə təmsilçilərinin bir-birlərini xəyanətkarlıqda, satqınçılıqda, ikiüzlülükdə ittiham etməsi ənənəvi hal alıb. Çünki radikal düşərgədə boğaza qədər çirkaba batmış şəxslər bu gün öz günahlarını başqalarının adına çıxmağa çalışırlar. Ona görə də, indiki halda düşərgə təmsilçilərinin qarşılıqlı şəkildə ittihamlarla çıxış etməsi heç də təəccüblü qarşılanmamalıdır. Çünki onlar üçün bu cür hallar adi bir hal alıb. Hər dəfə çətin durumla üzləşdikdə belə bir mənzərəni müşahidə etmək də çətin deyil. Bu baxımdan da, müxalifət üçün ənənəvi metodologiyalar müstəvisində sonuncu etapın yaxınlaşması qaçılmaz olub. Elə bu yaxınlarda təsis edilmiş və sonradan bu ad ətrafında müəyyən şoular düzəldilmiş "İctimai Palata"nın da eyni aqibətlə üzləşdiyini hər kəs gördü. Əvvəlkilərdən fərqlənməyən bu qurumu yenə də radikal "liderlə" öz maraq və prinsiplərinə uyğun idarə etmək istədilər. Nəticəsi nə oldu? Yenə də özlərini "ana müxalifət" adlandıran AXCP (i) və Müsavat "liderləri" "İctimai Palata"da da ikitirəliyin və qarşıdurmanın yeni formasının əsasını qoydular. Bu hər iki "lider" üçün maraqlı olub. Elə buna görə də, Əli Kərimovla İsa Qəmbərov illərboyu şəxsi ambisiyalarını, nəyin bahasına olursa-olsun, həyata keçirmək üçün "yeni taktikaya" əl atmalı olublar. Bu isə, müxalifət düşərgəsində ziddiyyətin yaranmasına səbəb olub. Bu faktı təsdiqləyən AXCP (i)-nin sədr müavini Razi Nurullayev açıqlamasında bildirir ki, hazırda ümumi müxalifət düşərgəsində olduqca anormal proseslər baş qaldırıb. O, bu gün müxalifət partiyalarının bir-birinə qarşı çıxmasının da adi bir hal olduğunu söyləyib: "Müxalifət mövcud olduğu andan qarşılıqlı ittihamlar, şəxsi maraqların önə çəkilməsi halları olub və bu gün də var. Elə buna görədir ki, adından asılı olmayaraq, yaranan hər yeni qurum və yaxud blok uğursuzluğa düçar olur. Bu baxımdan da, "İctimai Palata"nı bu aqibət gözləyir. Çünki bu qurumda da cəmləşən şəxslər satqınçılıq və xəyanətkarlardır".
AXCP (i)-nin sədr müavini bu qurum daxilində hazırkı vəziyyətin son dönəmdə olduğunu da etiraf edib. Onun sözlərinə görə, bu təşkilatın fəaliyyətinin üzdə qeyd olunan tərəfləri ilə daxili durumu eynilik təşkil etmir. "Reallıqda "İctimai Palata"nın quruca bir adı var" deyən R.Nurullayev bu qurumun məhz xəyanətin və müəyyən şəxslərin maraqları müstəvisində fəaliyyət göstərməsini "İctimai Palata"nın da əvvəlki qurumlar kimi, uçuruma yuvarlandığını söyləyib.

Digər xəbərlər