PDF Oxu

Müxalifət

  • 9

Arif Hacıyev müsavatçıları niyə qınadı?

Arif Hacıyev müsavatçıları niyə qınadı?
Bir müddət öncə BAXCP sədri Qüdrət Həsənquliyevin hədəfinə tuş gələn Müsavat partiyasının keçmiş deputat qrupunun üzvləri Pənah Hüseynovun, İkram İsrafilin və "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun Yesentuki macəraları müxalifət düşərgəsində daha geniş tənqid olunur. Q.Həsənquliyevin gəncləri və qadınları meydana buraxıb özləri isə istirahətə gedirlər fikirləri tərəflər arasında sərt mübahisələrə yol açmışdı. Yessentukidə olan "dost"larının müdaifəsinə qalxan R.Arifoğlu Q.Həsənquliyevə "mən buraya kefə gəlmişəmsə, sənin da başına gəlsin" deməsi mübahisəni bir qədər də gərginləşdirib. Bu dəfə isə Q.Həsənquliyev başqa bir istiqamət xətti götürərək R.Arifoğlunun yanındakı P.Hüseynovu hədəf seçdiyini söyləyib. Hər bir məsələdə isə öz çılğınlığı ilə seçilən P.Hüseynov Q.Həsənquliyevə "mənim ağzımı açdırma, çox şey danışaram" deyə reaksiya verib. Elə bu mübahisədən isə görünür ki, bir-birini ittiham edən tərəflər ilginc məlumatlara malikdirlər. Məhz bu söz-söhbətlər səngiməmiş isə hazırda məsuliyyətə cəlb edilmiş Müsavatın icra aparatının rəhbəri Arif Hacıyev dilə gəlib. O bildirib ki, indiki halda nə müsavatçılardan kimisinin, nə də müxalifət düşərgəsindən birinin ölkədən kənarda olması yaxşı hal deyil. A.Hacıyev bir qədər də konkretliyə vararaq hazırda Yessentukidə müalicə adı altında istirahətdə olan tərəfdaşlarına üzünü tutub bildirib ki, müxalifətçi gənclərlə yanaşı biz nələr çəkirik, siz isə istirahətinizdən qalmırsınız. A.Hacıyev yaşanan olaylardan bərk sarsıntı keçirdiyini də gizlətməyib. O, hətta açıq şəkildə kimsə müxalifət düşərgəsində istirahətə gedirdisə, gərək P.Hüseynov bunu etməyəydi deyə əlavə edib.

Digər xəbərlər