PDF Oxu

Müxalifət

  • 15

Müsavat-AMİP münasibətlərində gülüş doğuran detallar üzə çıxıb

Müsavat-AMİP münasibətlərində gülüş doğuran detallar üzə çıxıb

Ötən gün Azərbaycan Milli İstiqlal Partiyasının təşkilatçılığı ilə keçirilən müxalifət partiyalarının tədbirində böyük qalmaqalın əsası qoyulub. Belə ki, tədbirdə son zamanlar ortalıqda görünməyən və Londonda özünəməxsus həyat tərzi sürən AMİP "lider"i Etibar Məmmədov da iştirak edib. E.Məmmədovun ölkəyə haçan və necə, hansı şəraitdə gəlməsi başqa bir məsələnin mövzusudur. Əsas mövzu həmin tədbirdə yaşanan olayın detalları Müsavat-AMİP qarşıdurmasının tarixi və indiki şəraitdəki münasibətlərdir. Ona görə də, Müsavat-AMİP münasibətlərindəki qarşıdurmanın tam təfsilatı ilə dəqiqləşdirilməsi bir az zəruri əhəmiyyət kəsb etdi. Çünki qeyd olunan tədbirdə AMİP-in baş katibi Arzuxan Əlizadə az qala E.Məmmədovu milli azadlıq hərəkatının lideri kimi təqdim etməyə çalışıb. Bu isə orada iştirak edən Müsavat partiyasının məclis sədri Arzu Səmədbəylinin gülüşünə səbəb olub. O, hətta yerindən səslənən fikirə etiraz əlaməti olaraq AMİP "lider"ini hərəkatın liderlərindən biri kimi təqdim etməyin daha doğru olduğunu vurğulayıb. Fasilə zamanı isə müsavatçılarla amipçilər arasında geniş mübahisə əsil qarşıdurmaya səbəb olub. 1990-cı illərin əvvələrində AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində olduğu kimi baş verən mübahisə sonda yumruq davası ilə yekunlaşıb.

Etibar Məmmədov AMİP-də təhqir olunub

"İctimai Palata"nın təsisçilərindən olan Pərviz Səmədbəyli Mehmet Kəngərliyə istinadən yuxarıda qeyd etdiyimiz məsələni açıqlaması müsavatçılarla AMİP-çilərin köhnə ədavətinə sanki yeni bir gərginlik gətirib. Qeyd etdiyimiz tədbirdə tərəflər arasında yaranmış münaqişəyə E.Məmmədovun müdaxiləsindən sonra yaranan fasilə sonradan yenə pozulub. Yaranmış qarışıqlıqdan istifadə edən bir müsavatçı E.Məmmədovun sifətinə yumruq zərbəsi vurub. Qarşıdurmada, həmçinin, A.Səmədbəyli və onun qardaşı P.Səmədbəyli də AMİP-çilər tərəfindən döyülüb. Belə ki, AMİP "lider"i E.Məmmədovu həmin qarşıdurmada müdafiə etməyə çalışan A.Əlizadənin isə burnunu baş zərbəsi ilə əzişdiriblər. Daha sonra isə AMİP qərargahından uzaqlaşmaq üçün Müsavat yetkililərinə və "İP"-nin təmsilçilərinə 10 dəqiqə vaxt verildiyini bəyan edən A.Əlizadə əks-təqdirdə, onların başqa metodla oradan uzaqlaşdırılacağını bildirib. Getdikləri tədbirdən döyülərək qayıdan Müsavat üzvləri dərhal qurumda toplaşaraq, fövqəladə müzakirələr aparıblar. Hətta AMİP qərargahına hücum edilməsi kimi təkliflər də müzakirələrdə səslənib.

Digər xəbərlər