Sonuncu tərəfdaşını, yəni həm "Azadlıq" qəzetinin yazarı, həm də, AXCP (i) rəyasət heyətinin üzvü Mirzə Sakiti də itirən AXCP (i) sədri Əli Kərimov məsələni ört-basdır etmək niyyətinə düşüb. Elə bu məqsədlə də, prosesin arasından az bir müddət keçməmiş AXCP (i) sədri əlaltılarına görüntü yaratmaq üçün istənilən bir formada oyun qurmağı tapşırıb. Məhz bu səbəbdən də, ötən gün AXCP (i)-nin olmayan rəyasət heyətinin toplantısının təşkil olunduğu və mitinqlərin keçirilməsi ilə bağlı qərarın verildiyi aşkar olunub. Amma qurum daxilindəki mənbəmiz isə bizə tamam ilginc olaylardan bəhs edib.
Yalan və fırıldaq üzərində qurulmuş fəaliyyətin sonuncu mənzərəsi
Bütün tərəfdaşlarından məhrum olmuş və ortalıqda tamamilə tək-tənha qalmış AXCP (i) sədri Ə.Kərimov indi iki əli ilə başına döyməklə məşğuldur. Çünki o, niyə görə yalqız qaldığını hələ də anlaya bilmir. Əgər onun belə bir bacarığı olsaydı, yəqin ki, olanlardan ibrət dərsi çıxarardı. Cəmiyyətin birmənalı şəkildə nifrəti ilə əhatə olunmuş bir şəxsin həmin cəmiyyət daxilində siyasi fəaliyyətlə məşğul olmasının nə dərəcədə mümkün olduğunu yəqin ki, Ə.Kərimov yatanda belə ağlına gətirməyib. Eyni zamanda, modern bir cəmiyyətə, görəsən, Ə.Kərimovun yalançılığı və ifrat radikalizmi əks etdirən ideyaları nəyə lazımdır? Bir məntiqi əsas isə odur ki, son 20 ildə ictimaiyyət ən qatı cinayətkarın, azğınlaşmış şəxsin, satqının, qeyri-insani davranışları məhz AXCP (i)-dən olanlarda görüb. Ona görə də, Ə.Kərimov gündə yüz kərə boş danışıqlarından istifadə etsə belə, mənzərəni dəyişə bilməyəcək.
Fərarilər, vətənə xəyanət edənlər niyə AXCP (i)-dən çıxır
Müşahidələr göstərib ki, Müxalifət düşərgəsindən ordu sıralarından yayınanların çoxu AXCP (i)-də təmsil olunur. Digər bir amil isə faktların ortada olması ilə bağlıdır. Cəmiyyətimiz AXCP (i)-nin gənclər təşkilatının üzvü, "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin "kim"liyini, Ə.Kərimovun sağ əli Qabil Məmmədrzayevin ən çirkin cinayət faktını yaddan çıxarmayıb. Eyni zamanda, "Azadlıq" qəzetinin baş direktoru Azər Əhmədovun Azərbaycan kişisinə xas olmayan "hərəkət"lərini, aradan az bir müddət keçməmiş, yenə də, həmin qəzetin yazarlarının Qan Turalı başda olmaqla, otel "əməliyyat"larını hər kəs görüb. Bundan sonra AXCP (i)-dən daha nəyin çıxacağını isə söyləməyə insanın dili belə gəlmir. Bütün bunlar isə birmənalı şəkildə "balıq başdan iylənər" məsələsinə tam uyğundur. Yəni Ə.Kərimov nəçidir ki, onun yanında olub, ona qulaq asanlar da nə olsunlar. Belə fəaliyyət tərzinin isə sonunu AXCP (i)-dən başqa heç yerdən gözləmək sadəlövhlük olardı.