PDF Oxu

Müxalifət

  • 4

İqbal Ağazadə yeni ampluada

İqbal Ağazadə yeni ampluada

Son zamanlar müxalifət düşərgəsində hansı partiya sədrinin əsil müxalifətçi olması barədə müxtəlif fikirlər səsləndirilməkdədir. Daha dəqiq desək, istər radikal qanadın, istərsə də konstruktivlərin mövqelərində sözügedən fikir haçalanır, ya da bəzi söz atışmalarına əsas olur. Bu istiqamətdə isə daha çox Müsavat, AXCP (i), ADP, ALP, AMİP kimi partiya funksionerlərinin adları hallanır. Bu siyasi təşkilat funksionerləri öz aralarında daxili savaşlar aparmaqla ölkənin aparıcı müxalifət qurumu olduqlarını nümayiş etdirməyə çalışırlar.

Lakin belə partiyaların sırasına daha biri də əlavə olunub ki, bu da "Ümid" partiyası və onun sədri İqbal Ağazadədir. Ölkədə keçirilən parlament seçkilərindən sonra, təsadüfən deputat mandatına yiyələnmiş İ.Ağazadə öz millət vəkilliyini əlində "kozır" tutmaqla, rəhbərlik etdiyi partiyanın Azərbaycanın aparıcı müxalifət təşkilatı olduğunu hər vəchlə sübuta yetirməyə cəhd edir. Maraqlıdır, bunun arxasında daha hansı amillər dayanıb? Belə amillərdən biri də ATƏT-in Bakı ofisinin rəhbəri tərəfindən söylənilmiş ifadəni göstərmək mümkündür. Görünür bu adam barədə fikir səsləndirərkən, onun hansı keçmişə malik olduğunu araşdırmayıblar və bilməyiblər ki, bu şəxs hələ 2003-cü ilin prezident seçkilərində-15-16 oktyabr hadisələrində radikal müxalifətin dağıdıcılıq əməllərinə rəvac verən, dövlətçilik maraqlarını ayaqlar altına sərən quldurlardan heç nə ilə fərqlənməyib. "Azadlıq" meydanında Leninin sökülmüş heykəl pyedestalına çıxaraq, gözləri qızmış anarxist kütləyə göstərişlər verərək, "dağıt, yıx, sök" əmrlərini verib və s.
İndi bu adamın kostyum-qalstuk taxıb, özünü "professor" kimi aparması, onun həqiqi müxalifətçi deyil, həqiqi təlxək olduğuna dəlalət edir. Belə bir adamın demokratik situasiyadan maksimum istifadə edərək, gedib Milli Məclisdə oturması, şəxsən bir vətəndaş kimi, məni qane etmir. Yəqin ki, bu cür düşünənlər də az deyil. Axı İ.Ağazadə müxalifətçi olaraq, deputat olaraq hansı işin qulpundan yapışıb və dövlətçilik maraqlarından çıxış edib? "Ümid" sədri DSK-lara seçimdə imtahan keçirmək kimi hoqqalardan çıxmaqla hər hansı "demokratik yeniliyinimi" sırımağa çalışır? Əlbəttə ki, bütün bunlar yalnız və yalnız görüntü xarakteri daşıyır və siyasi artistlikdən savayı heç nəyə yaramır. Əksinə, onun müxalifətçilik fəaliyyəti cəmiyyətdə şübhə doğurur. Heç kim iddia edə bilməz ki, bu "professor-müəllim-bəy" zaman-zaman xarici təşkilatlara işləyir, ölkə maraqlarını şəxsi dividendləri hesabına satır. Çünki siyasi arenada onun xisləti, xəmiri məhz belə yoğrulub.
Hazırda parlamentdə özlərini müxalifət partiyalarının nümayəndələri kimi təqdim edən şəxslər də əyləşib və zamanında bugünkü radikal müxalifət düşərgəsinin, necə deyərlər, şinelindən çıxıblar. Yəni zamanında necə səhv yolda olduqlarını anlayıblar və konstruktiv yola üstünlük verərək, öz siyasi təşkilatlarını yaradıblar. Buna isə həqiqi müxalifətçilik demək mümkündür. "Ümid" sədri radikal, dağıdıcı şakərini nəinki tərgitmir, eləcə də radikal qanadda təmsil olunan İsa Qəmbərovdan, Əli Kərimovdan, Etibar Məmmədovdan, Əli Əliyevdən, Əvəz Temirxandan, Lalə Hacıyevadan və digərlərindən də qatı radikallıq nümayiş etdirərək, xarici ağaları qarşısında "hörmətə minməyə" çalışır. Amma hər şeyin axırı olduğu kimi, deputatlığın da axırı olacaq. Bundan sonrakı seçkilərdə isə hoqqabaz "Ümid" sədrinin yenidən bu posta sahib çıxması, ümumiyyətlə, inandırıcı görünmür.

Digər xəbərlər