Son günlər siyasətlə ilgilənən cəmiyyət arasında, eləcə də, bir sıra mətbuat səhifələrində ən çox yayılan söhbətlərdən biri də özlərini müxalifətin ya "atası" ya "anası" və ya da "lideri" adlandıran Əli Kərimov ilə İsa Qəmbərov arasında olan gizlin və elan olunmamış müharibə məsələsidir. Bəziləri bu gərgin münasibətin qaranlıq, pərdəarxası məqamlarını bilsələr də, bəzilərinə bu məsələlər örtülü olaraq qalır.
Onda gəlin, özlərini müxalifətin "lider"ləri adlandıran bu həyasızlaşmış manqurtların əsil simaları və onların Azərbaycan xalqına satqınlığı ilə yenidən, növbəti dəfə və daha yaxından tanış olaq. Lakin ehtiyatlı olmaq lazımdır. Çünki bu naqislərin bulaşdıqları "xəstəlik" keçicidir.
"Genel ev"in "pəzəvəng" "bəyləri"
Bu gün artıq heç kimə sirr deyil ki, Müsavat partiyasının maliyyə kapitalının bir hissəsi xarici himayədarların, ermənilərlə yanaşı, əxlaqsızlıq yuvalarından gələn gəlir hesabına formalaşır. O da bəllidir ki, Türkiyədə "genel ev" (əxlaqsızlıq yuvası) kimi tanınan "Fərəh-1" oteli var və Müsavatın bir çox funksionerləri uzun illərdir ki, orada qadın alveri ilə məşğul olurlar. Belələrini isə osmanlı türkcəsində "pəzəvəng" adlandırırlar. Bu danılmaz fakt və inkaredilməz sübutdur. Başda başqan İ.Qəmbərov olmaqla, Müsavat başbilənləri illərdir ki, bu faktı inkar etsələr də, əslində, həqiqətə qara örtük salmağa nail ola bilməyiblər. Məsələyə daha yaxından nəzər salaq. Belə ki, hələ 1992-ci ildə İ.Qəmbərov Ali Sovetin sədri olarkən yaxın dostu Əli Məmmədovu taxıl məhsulları naziri təyin etmişdi. Onlar nazirliyin hesabına taxıl almaq adı ilə dövlət büdcəsindən 11 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdülər. Sonradan adları çəkilən şəxslər həmin vəsaiti nağd pulla əllərinə keçirmişdilər. Beləcə, bütün gizlin maliyyə fırıldağının acı nəticəsi olaraq, ölkədə taxıl qıtlığı yaranmışdı və əgər xatırlayırsınızsa, onların hakimiyyəti dövründə, müharibə illərində olduğu kimi, çörək növbəsi yaranmış, insanlar saatlarla çörək növbəsində durmuş, bu növbələrdə ürəyi dözməyib dünyasını dəyişənlər də az olmamışdı. Bir çox yaşlılar o zaman çörək növbəsini görəndə deyirdilər ki, onlar heç Böyük Vətən müharibəsi illərində çörəklə belə imtahana çəkilməmişlər.
İnsanlar növbədə əzab çəkən zaman isə indi bir qara, paslanmış qəpiyə belə dəyməyən bu "lider"lər ən bahalı restoranlarda, xarici ölkələrdə kef məclisləri qururdular. Beləcə bayaq söhbət açdığımız həmin 11 milyon vəsaitin hesabına İsa Qəmbərov Türkiyədə ticarət obyektləri, o cümlədən, bu gün də əxlaqsızlıq yuvası kimi tanınan "Fərəh - 1" otelini açmışdı. Bu oteldə Xanım adlı bir qadının işlətdiyi də qeyd edilir.
İki "bəyin" başı bir qazanda necə qaynayıb?
İ.Qəmbərovun ermənilərlə iş birliyi qurması, onlarla can deyib, can eşitməsi də heç kimə sirr deyil. Sadaladıqlarım isə bu "lider"in Azərbaycana xəyanətinin mində, hətta on mində biridir. O da bəllidir, İsa "bəyin" qardaşı Azərbaycanın Amerikadakı sabiq səfiri olmuş, Almaniyada PPK-çılarla və İran erməniləri Xoşbiyan qardaşları ilə iş birliyi quraraq, ticarətlə məşğul olan Rövşən Qəmbərov bu məsələdə başqasına vasitəçilik etmişdir. O, hələ səfir olarkən İran ermənilərinə himayədarlıq edərək, Azərbaycandan çıxarılmış əlvan metalların Almaniyada satışına şərait yaradırdı. Bir daha diqqətə çatdıraq ki, İ.Qəmbərovun İran erməniləri ilə iş biriyi indi də davam edir.
Xalq hərəkatı dövründə əhalidən külli miqdarda vəsait yığılaraq mənimsənilmişdir. Onlar "Ləl-cəvahirat" fondu yaratmışdılar ki, guya yığılan pulla Qarabağ torpağını azad edəcəklər. Fond qurulur və 157 milyon ABŞ dolları və 4 ton qızıl toplanılır. Əslində, bu məbləğlə Qarabağı bir neçə dəfə ermənilərdən almaq olardı. Əvvəl bu fonda yığılan pulları İ.Qəmbərov nəzarətdə saxlamışdı. Sonra isə bu iş Pənah Hüseynova tapşırılmış, mərhum Əbülfəz Elçibəy Kələkiyə qaçdıqdan sonra isə fonda rəhbərlik növbəti dəfə Müsavat başqanının əlinə keçmişdi. Elə fondun pulları da beləcə buxarlanmağa başlamışdı. Bu vaxta qədər isə hər iki partiya sədrinin başları bir qazanda qaynayırdı. Lakin AXCP (i) sədri Əli Kərimovla ilə İ. Qəmbərov arasında qalmaqallara start verilməsi də məhz bu hadisədən sonra başlanmışdı. Kəlbəcərin ermənilərə satılması müqabilində alınmış 50 milyon dolların Türkiyədəki Qərb dövlətləri banklarına köçürülməsi də hamıya məlumdur.
"Bəylərin" davamçı "bəycikləri"
Elə götürək Əli Kərimovun qohumu və yaxın "silahdaşı" Ruslan Bəşirlini. O, 2000 ABŞ dollarına görə Azərbaycanı, Vətənini erməni gədalarına satmaqdan çəkinməmişdi. O, hətta ermənilərə söz də vermişdi ki, "əgər biz hakimiyyətə gəlsək, sizə neft də verəcəyik, ürəyiniz istəyən hər şeyi də". Ermənilərə satılmışlar erməni gədalarına hətta ən yaxınlarını belə satmağa hazırdırlar.
Əslində, Ə. Kərimov ilə İ. Qəmbərovun xəyanəti nə yerə, nə də göyə sığır. Belə ki, bu cütlük hətta Avropa Şurasına müraciət edərək, Azərbaycana mandat verilməməsini tələb etmişdilər.
Sonra da bar-bar bağırırlar ki, bəs "demokratiya yoxdur". Yaxşı, bu demokratiya yoxdursa, onda bu satılmış gədalar necə danışa bilir, aramızda yaşayırlar? Görün, ermənilər bizlərə neçə illərdir edə bilmədiklərini bu "lider"lər utanmadan öz çiyinlərinə götürüblər və həyasızcasına etiraf etməkdən belə çəkinmirlər.
Hakimiyyətdə olduqları müddətdə Azərbaycanı kiçik zaman kəsiyində talayanlar da məhz onlardır. Bu səbəbdəndir ki, Azər Əhmədov və digərləri kimi çətinə düşən onlar dərhal xarici ölkələrə üz tuturlar. Soruşmaq gərəkdir ki, bu pullar onlarda haradandır? Bilmək olmaz, bəlkə Azər Əhmədov İsa "bəy"in "Fərəh-1" otelində məskunlaşıb? Müəyyən "dilçilik" imtiyazlarını davam etdirmək üçün...
Amma bir məqam var ki, 1990-cı ildən indiyə kimi bu "lider"lərin bir marağı olub - xalqın adından çıxış edib, xalqın varına sahib olmaq. Bu gün "bəy" deyib bir-birinə müraciət edən müxalifətciklərə baxanda isə məşhur bir atalar sözü yadıma düşür: "Gədadan bəy olmaz!"
P.S. Satmaq - varlanmaq deməkdir. Amma Vətəni satanalara varlı deyil, XAİN, deyirlər. Vətən həm də anadır, anasını satan isə...