PDF Oxu

Müxalifət

  • 14

Konstruktivlər - loyallıqdan antiloyallığa

Konstruktivlər - loyallıqdan antiloyallığa
Son zamanlar parlamentdə təmsil olunan müxalifəti və konstruktiv müxalifət kimi təqdim olunan müxalifət partiya sədrləri yeni "ideyalarla" çıxış etməyə başlayıblar. Buna misal kimi, BAXCP sədri Qüdrət Həsənquliyevin "Azadlıq" meydanını siyasi aksiyalar keçirmək üçün tələb etməsini və digər bu kimi digər qeyri-ciddi təkliflərlə göstərmək olar. Xatırladaq ki, Q.Həsənquliyev parlamentdə etdiyi çıxışında müxalifət partiyaları mitinqlər keçirmək üçün "Azadlıq" meydanının ayrılmasını tələb etmiş, daha sonra bu barədə açıqlamalarını mətbuatda səsləndirmişdir. Lakin onun əsassız tələbləri ictimaiyyət tərəfindən ciddi qəbul edilmir. Eyni zamanda, heç kim zəmanət verə bilməz ki, radikal müxalifət keçirdiyi aksiyalarda növbəti dəfə qeyri-qanuni hərəkətlərə rəvac verməsin. Çünki bu düşərgənin daxilində nəinki ətrafa qarşı, eləcə də, özlərinə qarşı qeyri-səmimilik və düşmənçilik mövqeyi dayanır. Maraqlı məqamlardan biri də odur ki, Q.Həsənquliyevin bu tipli açıqlamasından sonra, onun səsinə səs verən digər konstruktiv müxalifət təmsilçisi BQP sədri Fazil Mustafa da ideya irəli sürüb. Məsələn, mətbuata verdiyi açıqlamasında F.Mustafa deyib ki, "müxalifət çalışmalıdır ki, hakimiyyət islahatlara başlasın" F.Mustafa, eyni zamanda, bildirir ki, keçirilən aksiyalar müxalifətin hüququdur (?!). Necə ola bilər ki, müxalifət icazəsiz olaraq küçələrə səpələnsin, şəhərdə dağıdıcılıq meyllərini gerçəkləşdirməyə cəhd etsin və bu hərəkətləri də "hüquq"i haqq kimi dəyərləndirilsin. Əslində, əsassız fikirlərə söykənən bu cür açıqlamaların arxasında pərdəarxası məqamların dayandığı da bəllidir. Ancaq F.Mustafa dediklərini Q.Həsənquliyevdən fərqli olaraq, sığortalamağa da çalışıb.

Digər xəbərlər