PDF Oxu

Müxalifət

  • 18

Müxalifət "texnoloqu"ndan yeni hoqqa aşkarlanıb

Müxalifət "texnoloqu"ndan yeni hoqqa aşkarlanıb
Müxalifət liderləri arasında "ideyaverici", yaxud da "texnoloq" qismində sərgilənən və bununla ictimaiyyət arasında özünü "yüngülsaqqal" edən "Ümid" partiyasının sədri İqbal Ağazadə növbəti dəfə "ağıllı" olduğunu sübuta yetirməyə səy göstərib. Belə ki, onun budəfəki təklifi, sözün həqiqi mənasında, özündə məntiq və məna əks etdirmir. Daha dəqiq desək, İ.Ağazadə aprelin 30-da partiyanın dairə-seçki komissiyalarında təmsil olunmaq üçün namizədlikləri irəli sürülən şəxslərlə imtahan keçirməyi planlaşdırıb. Bu barədə məlumatı mətbuata partiya funksioneri Razi Abasbəyli ötürüb. O deyib ki, "şənbə günü qanunvericiliklə bizə düşən dairələr üzrə namizədlikləri irəli sürülən şəxslərlə imtahan keçiriləcək. İmtahanın nəticələrindən asılı olaraq həmin namizədlər rəyasət heyəti qarşısında müsahibəyə dəvət ediləcək və yalnız bundan sonra həmin nümayəndələrin DSK-lara göndərilməsi ilə bağlı qərar veriləcək. İmtahan partiyanın rəyasət heyətinin qərarı ilə yaradılan komissiya tərəfindən keçiriləcək. Hazırlanmış suallar, partiya və seçki prosesi, eyni zamanda, seçki qanunvericiliyi ilə bağlı olacaq." Millət vəkili seçildikdən sonra, dəfələrlə bu tipli oyunlardan çıxan "Ümid" sədri, görünür, mənasız təkliflərini parlamentdə reallaşdıra bilməməsinə görə, həmin variantları partiyasında gerçəkləşdirmək fikrindədir. Məhz bundan sonra, müxalifət düşərgəsinin "baş texnoloqu" müəyyən ziddiyyətli fikirlərlə qarşı-qarşıya qalmış oldu. Yəni, bir çox "ümidçi" imtahan məsələsi ortaya çıxdıqdan sonra öz etirazlarını bildiriblər. Onlar bu məsələnin İ.Ağazadənin növbəti oyunu olduqlarını bildiriblər. Eyni zamanda, qeyd edib ki, İ.Ağazadə müəllimlik etmək fikrinə düşübsə, respublikanın müxtəlif ucqar kəndlərində fəaliyyət göstərən istənilən məktəbdə imtahan götürməyə gedə bilər. Siyasi təşkilatda isə bu, mümkün deyil. Hətta burada avtoritarizm meyilləri də müşahidə olunur. Lakin Ağazadənin söz aparıb-gətirəni olan R.Abasbəyli inandırmağa cəhd göstərir ki, bu imtahanın (hoqqabazlığın- R.) keçirilməsində əsas məqsəd ondan ibarətdir ki, dairələrə göndərilən nümayəndələrin partiyaya bağlılığı, "siyasi kursu" (yəni radikalizmi və dağıdıcılığı-R) "layiqincə" təmsil etmələri, o cümlədən də, bu günə qədər partiya üçün gördükləri işləri təftiş etmək və bundan sonra partiyanın nümayəndəsi kimi seçki komissiyalarında təmsilçilikdə layiqli ola bilməsini əsaslandırmasını müəyyənləşdirməkdir(?)

Digər xəbərlər