PDF Oxu

Müxalifət

  • 14

Müsavat parçalanır və növbəti "müsavatlar" yaranır

Müsavat parçalanır və növbəti "müsavatlar" yaranır
Müsavat Məclisinin sabiq sədri Sülhəddin Əkbərov və partiya Divanının keçmiş üzvü İbrahim İbrahimov yeni siyasi partiya yaradırlar. Əslində, bu barədə onların istefaları zamanı kifayət qədər proqnozlar vermişdik. Qalırdı bunun reallaşması. Və irəli sürülən proqnoz özünü çox gözlətmədi.
Milli.Az saytının məlumatına görə, hazırda yeni siyasi təşkilatın qurulması istiqamətində yekunlaşma işləri aparılır. Eyni zamanda, S.Əkbərova yaxın qaynaqdan aldığımız xəbərlərə görə, bunun üçün ölkədə tanınmış, ictimai-siyasi nüfuzu olan adamlarla danışıqlar aparılmaqdadır. Danışıqlar S.Əkbərov və İ.İbrahimovun rəhbərliyi ilə ayrı-ayrılıqda aparılır. Sonradan isə hər iki eks-müsavatçı arasında ümumi rəylər dəyərləndirilir. Onu da qeyd edək ki, yaradılacağı gözlənilən siyasi təşkilatın baxış mövqeyi anti-radikal, yəni loyal-konstruktiv olacaq.
Mənbədən onu da öyrəndik ki, ilk öncə, Müsavat Partiyasından istefa vermiş keçmiş üzvlər və partiyadakı avtoritar rejimə qarşı çıxan narazı qüvvələr, eləcə də, Əli Kərimovdan etiraz edən qruplarla görüşlər keçirilir. Onlara siyasi təşkilatın məqsəd və məramı izah olunur. Xatırladaq ki, növbəti bu cür yığıncaq aprelin 16-da Sumqayıt şəhərində keçirilib.
S.Əkbərov, həmçinin, Sumqayıtda Müsavatın şəhər təşkilatındakı Siyasi Şuranın keçmiş üzvü Kəramət Salayevin başçılığı ilə keçmiş partiya üzvləri ilə görüşüb. Xatırladaq ki, son parlament seçkiləri zamanı K.Salayev S.Əkbərovun səlahiyyətli nümayəndəsi olub. Hələlik, partiyanın adı dəqiq müəyyənləşməsə də, hazırda iki ad üzərində daha çox dayanıldığı məlumdur. Bu, "Demokratik Müsavat Partiyası", yaxud da "Milli Müsavat Partiyası" adlarıdır.
Göründüyü kimi, vaxtilə bütöv halda fəaliyyət göstərən "AXCP"-nin daha sonradan Asim Mollazadənin "DİP"-inə, Qüdrət Həsənquliyevin BXCP-sinə, ardınca Mirmahmud Fəttayevin "KXCP"-sinə parçalanması, nəticədə, bu təşkilatın nüvəsindən dağıldığını ortaya çıxardı. Etibar Məmmədovun AMİP-inin Əli Əliyevin "VİP"-inə parçalanması da eyni xarakteri daşıdı. Bu gün Müsavatın da həmin aqibəti yaşaması qaçılmazdır. Partiyanın, hələ ki, Hafiz Hacıyevin "Müasir Müsavat"ına parçalanması, ikincinin birinciyə ifrat şəkildə radikal mövqe nümayiş etdirməsi növbənin sonunda Sülhəddin Əkbərovla, İbrahim İbrahimova da sirayət etdi. Necə deyərlər, AXCP (i)-nin yoluxucu xəstəliyi bütün radikal müxalifət təşkilatlarına sirayət edib. Onların sonrakı siyasi mövqeyi və siyasi talelərini isə özləri nəticə çıxarıb müəyyənləşdirsələr, daha yaxşı olar.

Digər xəbərlər