PDF Oxu

Müxalifət

  • 18

"İctimai Palata"nın mitinqinə niyə gələn olmadı?

"İctimai Palata"nın mitinqinə niyə gələn olmadı?
Radikal riyakarların sayəsində hüquqları pozulan ölkə vətəndaşları
"Mitinq keçirəcəyik" deməklə öhdələrinə düşən tapşırığı yerinə yetirmiş kimi görünüş nümayiş etdirən radikal müxalifətin riyakar ünsürləri bu dəfə də, yalan və böhtanla məşğul olduqlarını isbat etdilər. Bir neçə gündür ki, gah mitinqlərinin vaxtını dəyişən, gah da, bu aksiyalarda minlərlə insanın iştirak edəcəyini bildirən müxalifət yetkililəri sonda növbəti dəfə rüsvay olduqlarını, yəqin ki, gördülər. Çünki "Fəvvarələr" meydanının ardınca "Sahil" bağında mitinq keçirmək eşqinə düşən AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərov, deyəsən, bu dəfə də meydana kimi çıxarmaq məsələsini unutmuşdular. Çünki böyük hay-küylə səsləndirdikləri, aldadaraq gətirmiş oluqları xarici təşkilat nümayəndələrinin gözü qarşısında rəzil-rüsvay olan "İctimai Palata" yetkililəri nədənsə, baş verənlərdən hələ də, nəticə çıxarmaqda çətinlik çəkirlər.
Radikal müxalifət
insanların fundamental hüquqlarını pozur
Bu dəfə "Sahil" bağını öz riyakar məqsədləri üçün ünvan seçən radikal müxalifət ünsürləri özlərindən əvvələr buraya tabeçiliklərindəki QHT və mətbuat nümayəndələrini göndərdilər. Daha sonra özlərinin gələcəyinə dair göndərdikləri əlaltılarına məlumatlar verən radikallar sona qədər bu taktikadan istifadə etdilər. Eyni zamanda, müxalifət mətbuatının riyakar və dağıdıcı, gərginklik yaratmaqda maraqı olan ünsürləri tez-tez redaksiyalırı ilə əlaqə saxlayıb guya hansısa bir "taktiki" gediş edirmişlər kimi görünüşlər yaratmağa çalışırdılar. Bununla yanaşı, daha çox diqqət çəkən amil "Azadlıq" radiosunun əməkdaşının həmin vaxt "Sahil" bağında istirahətə gəlmiş oturacaqlarda əyləşərək, təsbeh çevirən yaşlı insandan "Bura niyə gəlmisiniz?", "Siz bilirsiniz burada mitinq olacaq", "Ölkədə hər şeydən razısınızmı?" kimi ağılsız, axmaq və eyni zamanda müəyyən yönləndirici sualları, təbii ki, insanların haqlı narazılığına səbəb olub. Öz növbəsində, cəmiyyətimizin yaşlı nümayəndəsinin "ay oğul, parka nəyə gələrlər" və "axı bura mitinq yeri deyil, ay başınıza dönüm" deməsi, əslində, Azərbaycan ictimaiyyətinin Ə.Kərimov, İ.Qəmbərov cütlüyünə "yerini bil" mesajı idi.
Əli Kərimov və İsa Qəmbərov dilemma
qarşısında
Çoxdandır ki, "İctimai Palata"nın 16 aprel, sonradan isə 17 aprel mitinqindən ağız dolusu danışan Ə.Kərimov və İ.Qəmbərov cütlüyü bu dəfə çətin sınaq qarşısında qalmalı oldu. Bundan öncə "İctimai Palata"nın adından (əslində isə, öz adlarından) çıxış edərək, mitinqə adam çıxarmaq və hay-küy saldırmaq kimi qondarma ideyalarının gerçəkləşməsi üçün Kərimov-Qəmbərov cütlüyü müəyyən dərəcədə aktiv görünsələr də, bu dəfə onlar böyük məyusluq hissi yaşamalı oldular. Çünki "Sahil" bağında böyük səs-küylə qeyd etdikləri müxalifət mitinqinə adıçəkilən düşərgədən bir nəfər də olsun başı papaqlı gəlməmişdi. Proses başlayana qədər guya hansısa bir elektoratın buraya gələcəyini diqtə edənlər sonda yalanlarının üstünün açılmasından pərişan olmuşdular. Çünki ictimai asayişi kobud şəkildə pozaraq, qanunsuz şəkildə mitinq və aksiya təşkil etməyin necəliyini gec də olsa anlayanlar Ə.Kərimovun və İ.Qəmbərovun çirkin niyyətini boykot etdilər. Nəticədə isə iki nəfəri belə "Sahil" bağında çığır-bağır salmağa göndərməyi bacarmayan adıçəkilən cütlüyün tabeliklərində olan mətbu orqanlara başqa göstərişlər verməli oldular. Bu isə müəyyən dərəcədə kollaj edilmiş fotoların, həmin vaxtı əks etdirməyən materialların müxalifət mətbuatında yer almasına gətirib çıxarmış oldu.
Müxalifətin aksiya
keçirməyə belə gücü qalmayıb
Maraqlısı isə odur ki, ətraflarında müəyyən dərəcədə elektoratın olduğunu iddia edən müxalifət təmsilçiləri yalan və iftiralardan qurtula bilmədiklərini də nümayiş etdirirlər. 20 ilə yaxındır ki, eyni prizmadan çıxış etməklə heç bir amala xidmət etməyən, ancaq konyuktur prinsiplərdən çıxış edən müxalifətin müasir Azərbaycan cəmiyyəti sıralarında yerinin olmadığını hər kəs növbəti dəfə görmüş oldu. Bu günə qədər ancaq əllərində saxlamış olduqları bəzi mətbu orqanların səhifələrində mövcudluqlarını isbat etməyə çalışanlara Azərbaycan cəmiyyəti çoxdan arxivin ünvanını göstərib. Belə bir mənzərədə, danılması və inkar edilməsi mümkün olmayan faktlar məcmusunda müxalifətin ictimai dəstək müstəvisində hər hansı bir aksiya keçirməsi mümkün olan məsələ deyil. Aprelin 17-də müxalifət bu cür cəhdin qarşılığında hansı mənzərə ilə üzləşəcəyini, yəqin ki, görməmiş deyildir. Çünki istənilən bir ictimai əhəmiyyət kəsb edən aksiya və tədbirin keçirilməsində başlıca prinsip ona cəmiyyət üzvlərinin adekvat olmasıdır. Müxalifətin isə cəmiyyət daxilində heç bir dəstəyi qalmadığından, onun bacarığından artıq iddialara düşməsi bu cür nəticələrin yaranmasını məqbul edir.
Aldadılan conlar, kələk gəlinmiş beynəlxalq təşkilatlar
"17 aprel mitinqinə gəlin və bizi izləyin" deyərək aldadıb, indi də, "Sahil" bağına gətirdikləri xarici təşkilat nümayəndələri, yəqin ki, Ə.Kərimovun və İ.Qəmbərovun nə dərəcədə kələkbaz olduqlarını anlamış oldular. Ona görə ki, martın 12-də, aprelin 2-də və nəhayət, aprelin 17-də aldanan və aldadanlar bəlli idi. Bəlkə də, ATƏT nümayəndələrinin Norveç səfirliyinin mitinq keçirəcəkləri iddiası ilə təyin etdikləri ünvanan çağıran müxalifətçilər onları ələ salır? Çünki onlar maraqlarına uyğun addım atmayanda həmin təşkilatları öz mətbuat ruporlarında yıxıb-sürüyürlər. Sadəcə olaraq, maraqlısı odur ki, hələ də öz aləmlərincə kimlər üçünsə dərs keçməyə hazır olan conlar aldandıqlarının fərqinə niyə varmırlar?
Kimlərə necə görünmək istəyən müxalifət...
Kənardan da yaxından da, radikal müxalifətin nəyə və necə keyfiyyətlərə malik olduğunu görməyən də eşidib duyub. 20 illik zaman kəsiyində cəmiyyəti aldatmağa edilən cəhdlər, atılan çirkin addımlar müxalifətin əsil kimliyini geniş auditoriya üçün bəlli edib. Bu prizmadan çıxış etdikdə, müxalifətin malik olduğu keyfiyyətlər müstəvisində özünü kimə və necə göstərmək istəyində olması məsələsi suallar doğurur. Çünki cəmiyyət və cəmiyyətin üzvləri olan bizlər müxalifətin nə kimi bir şey olduğu, hansı qüvvə və imkanları özündə ehtiva etdiyini çox gözəl bilirik. Bəs necə olur ki, bu müxalifətçilər indi "elektorata malikik" deyir. Elə məsələnin maraqlı cəhəti də ondan ibarətdir ki, ağır və çıxılmaz durumda olan radikal müxalifət xarici donor paylayan təşkilatlara "biz də varıq" görüntüsü yaratmağa çalışır. Müxalifət düşərgəsində özünü kiməsə göstərib, orasını-burasını qabardıb pul qazanmaq sanki bir "qəhrəmanlıq" nümunəsi kimi qəbul edildiyindən onlar üçün belə şeylər çox adi görünür. Ona görə də, radikal prinsip və metodlardan istifadə edərək, özlərini daha "cəlbedici" göstərməkdə maraqlı olanlar, əslində, sudan boğulanın saman çöpündən yapışmaq kimi bir şeydir.

Digər xəbərlər