PDF Oxu

Müxalifət

  • 15

Qərbin Şərqdəki oyuncaqları

Qərbin Şərqdəki oyuncaqları
Məlum olduğu kimi aprelin 2-də bəzi müxalifət partiyaları Bakı şəhərində qanunsuz aksiya keçirməyə cəhd göstərdilər. Aksiyanın icazəsiz olması və baş tutmaması müxalifətin bu hərəkətlərinin heç bir hüquqi və sosial əsası olmamasını göstərdi. Lakin bundan dərs çıxarmayan radikal müxalifət liderləri gəncləri, xüsusən də, tələbələri qabağa verərək ölkədə qarışıqlıq yaratmağa cəh edirlər.
Müxalifətin nədən icazəsiz yerdə- Fəvvəralər meydanında mitinq keçirməsinin səbəbləri aydındır. Bununla həmin yerdə insanları təbii çoxluğundan yararlanıb, aksiyanın guya kütləviliyini göstərəcəkdilər. Halbuki Bakı Şəhər İcra Hakimiyyəti müxalifət üçün başqa bir yer təklif etmişdi. Lakin müxalifət düşərgəsi qanunsuzluq etməkdə qərarlı oldular.
Buna baxmayaraq, müxalifətin həmin qeyri-qanuni aksiyası tamamilə iflasa uğradı. Əslində, bu hərəkəti ilə müxaliflər bir daha öz simasını göstərdi. Bu da Azərbaycan xalqına qarşı çıxmaq, milli maraqlarımız, dövlətçilik əleyhinə çıxmaqdan ibarətdir.
Əgər müxalifətin tərəfdarları varsa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş yerlərdə aksiya keçirsinlər. Bəla ondadır ki, həmin adamların tərəfdarları, sosial bazaları yoxdur və buna görə də onlar çalışırlar ki, qarışıqlıq yaratsınlar. Müxalifət zəif olduğunu bildiyi üçün müəyyən olunmuş yerdə aksiya keçirmədi.
Əslində, Fəvvarələr meydanı ilə Bayılda aksiyalar üçün ayrılmış yer mərkəzdən elə də uzaqda deyil və həmin əraziyə 5-10 dəqiqəyə getmək mümkündür. Bu faktlar onu göstərir ki, müxalifətin məqsədi mitinq keçirmək yox, qarışıqlıq yaratmaqdır. Bu qarışıqlığı yaratmaq üçün də onlara göstəriş verilib. Bu prosesi biz müşahidə etmişik və şahidi olduq ki, onlar tapşırıq əsasında bunu edirlər.
Həmin tədbirlərdə söhbət insan hüquqlarından, demokratiyadan və digər məsələlərdən getmir. Burada söhbət onlara xaricdən verilən tapşırıqların yetirən yetirilməsindən gedir. Hansısa xarici qüvvənin əlində vasitə olan qrup ölkəmizdə çaxnaşma yaratmaq istəyir.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində maraqlı məqamlara toxunub. Millət vəkili deyib ki, Azərbaycan müxalifəti bir vaxtlar bəzi postsovet ölkələrində baş verən hadisələrdən ruhlanmışdı, indi isə ərəb dövlətlərindəki inqilabları ölkəmizdə təkrar etmək istəyirlər.
"Hər kəsə aydındır ki, ərəb dövlətlərində baş verən hadisələr heç də həmin xalqların maraqlarına uyğun deyil. Bütün bunlar ABŞ və bəzi Avropa ölkələri tərəfindən təşkil olunmuş hadisələrdir.
Artıq ABŞ Corc Vaşinqtonun, Abraam Linkolnun zamanındakı dəyərlərdən tamamilə uzaqlaşıb. İndi bu dövlət tamam başqa maraqlar uğrunda mübarizə aparır. Bu da aydındır ki, iqtisadi maraqlardır. Necə olur ki, bidən-birə Misirdə, Liviyada vətəndaşların hüquqları yada düşür?
Bunlar hamısı aydın məsələdir ki, iqtisadi baxımdan Amerikanın, bəzi Avropa dövlətlərinin potensialı tükənir. Həmin dövlətlər öz xalqlarını yaşatmaq üçün başqa xalqların qanını tökməklə onların sərvətlərini əldə etməyə çalışırlar. Bəzi siyasətçilər bunu səthi şəkildə deyirlər. Amma mənim fikrimcə, hər şey açıq deyilməlidir ki, Qərbin məqsədləri nələrdən ibarətdir.
Guya Liviyada üsyançılar Qətər dövləti vasitəsilə neft satır. Bu, belə deyil, nefti Amerika özünə aparır ki, çəkdiyi xərclərin əvəzini çıxsın. Heç bilinmir ki, Liviyada üsyançılar kimdir, müxalifət kimdir. Sadəcə, bəhanələrlə bu xalqın sərvətini talayırlar. Necə ola bilər ki, ABŞ Dövlət Departamentində kimsə qərar qəbul edir və bununla da bir dövlətin və xalqın taleyinə böyük zərbə vurulur. Belə hərəkətlərə son qoyulmalıdır". Radikal müxalifətin liderlərindən soruşmaq lazımdır ki, bir dəfə insanların arasına çıxıblarmı? Aprelin 2-də mitinq çağırdınız, niyə cəsarətiniz çatıb ortaya çıxmadınız? Yalandan ortaya söz atırlar ki, guya hansısa "təxribat" törədiləcəkmiş. Onlar uşaq-muşağı qabağa salıb onların arxasında gizlənirlər.
20 Yanvar faciəsi baş verən gecədə İsa Qəmbərov Yusif Səmədoğlunun evində oturub konyak içirdi, Əli Kərimov qaçıb gizlənmişdi. Amma xalq vətən naminə meydanlara çıxmışdı. Əgər cəsarətləri çatırdısa, hamıdan irəlidə olmalı idilər. Camaaatı qabağa verib özünü gizlətmək nə insanlıqdan, nə də kişilikdən deyil.
S.Novruzovun fikirncə, Azərbaycan cəmiyyəti müxalifətin destruktiv fəaliyyətinə qarşı ciddi etiraz səsini ucaltmaqdadır. AXCP (i) sədri Əli Kərimovun evinin qarşısında keçirilən etiraz aksiyaları da buna sübutdur.
"Radikallar deyirlər ki, biz Elçibəy yolu ilə gedirik. Amma Elçibəyin başına hansı oyunları açırdılar? 1998-ci il seçkilərində onu vahid namizəd olmağa qoymadılar. Öz ideoloji müəllimlərinə göstərilən münasibət belədirsə, xalqın maraqlarını necə qoruya bilərlər? O zaman Elçibəyin xəstəliyindən istifadə edib hər cür oyunlardan çıxanlar, sabah hansı mənəvi dəyərdən danışa bilərlər? Biz belə faktların yalnız bir faizini danışırıq. Elə faktlar var ki, onları açsaq, nə Əli Kərimov, nə də digərlərinin Azərbaycanda yaşamağa mənəvi haqqı olmayacaq. Amma kişi söhbəti, centlmen söhbəti olduğu üçün bunları demirik".

Digər xəbərlər