PDF Oxu

Müxalifət

  • 18

ABŞ Dövlət Departamenti: "Ermənistan hakimiyyəti söz azadlığına məhdudiyyət qoyur"

ABŞ Dövlət Departamenti: "Ermənistan hakimiyyəti söz azadlığına məhdudiyyət qoyur"
Ermənistan hakimiyyəti söz azadlığına məhdudiyyət qoyur. SİA-nın məlumatına görə, bu barədə xəbər ABŞ Dövlət Departamentinin 2010-cu ildə Ermənistanda "İnsan hüquqlarının vəziyyəti" ilə bağlı hesabatında yer alıb. Hesabatda deyilir: "Ötən il ərzində Ermənistanda mətbuata təzyiq, təhdid və söz azadlığının qarşısının alınması kimi hallara kobud şəkildə yol verilib. Kütləvi İnformasiya Vasitələrində, xüsusilə də televiziyalarda pluralizm mövcud deyil, düzgün xəbər çatdırılmaması qeydə alınıb və bu hal-hazırda da davam edir. Eyni zamanda qanunda da KİV-lə bağlı edilən dəyişikliklərdə narahat doğuran amillərdən biridir. Çünki bu əhalinin düzgün, vaxtında dəqiq və qərəzsiz xəbər almasına maneçilik törədəcək. Ölkə daxilində hakimiyyətə qarşı çıxmaq istəyən şəxslər repressiyalardan qorxaraq bu addımı atmayıblar. KİV-lər və ictimai xəbər agentlikləri bu haqda məlumatları hakimiyyət tərəfindən qəzəbə tuş gəlməmək üçün dərc etdirməyiblər. Belə ki, həmin xəbər agentlikləri və KİV-lər bu barədə məlumatı verəcəkləri təqdirdə təhlükə ilə üzləşə bilərdilər. Xüsusən də hakimiyyət tərəfindən dəfələrlə sınaqdan keçirilən yayım üçün lisenziyanın itirilməsi, səbəbsiz və kütləvi maliyyə yoxlamaları, reklam verən şirkətlərin müqavilələrin bir daha imzalanmaması. Hakimiyyət əleyhinə olan xəbərlər yalnız müəyyən strukturlar tərəfindən "hə" deyildikdən sonra dərc edilə bilər. Bu cür qorxu isə senzuranın təməlini qoyub. Çap olunan mətbuat orqanlarında da vəziyyət eyni olaraq qalır. Belə ki, həmin KİV-lər hakim dairələrin maraqlarını özündə ehtiva edən şəxslərin əlindədir. Lakin pluralizm onlayn internet KİV-də mövcud olsa da əhalinin sosial vəziyyətini nəzərə alaraq yetərsiz hesab olunur". Hesabatda həmçinin ötən il ərzində bir sıra jurnalistlərin fəaliyyətinə görə, fiziki təzyiqlərə məruz qalıblar. Belə ki, bu cür hadisələri törədən şəxslər hələ də polis tərəfindən həbs olunmayıb. Eyni zamanda azad sözü öz yazılarında dərc edən bir sıra müxbirlər də hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən izlənilib. Bu isə hakimiyyətin jurnalistlərə olan münasibətinin birmənalı olmadığının göstəricisidir.

Digər xəbərlər