Son bir həftədə radikal müxalifəti 993 nəfərdən çox adam tərk edib
"Səs" İA-ya daxil olan məlumata görə, Müsavat, AXCP, AMİP, KXCP, Ümid partiyalarından istefalar davam edib. 09-11 apreldə ölkənin 18 şəhər və rayonunda 82 nəfər bəyanat verərək bu partiyaların sıralarını tərk etmişlər. Partiyaların İsmayıllı, Beyləqan və Zərdab rayon təşkilatlarında istefa halları daha kütləvi xarakter daşıyıb. Ümumilikdə, aprelin 5-dən bu günə kimi Müsavat, AXCP, AMİP, KXCP, Ümid, ALP, ADP və Xalq partiyasının sıralarını 993 nəfər tərk edib. O cümlədən AXCP-dən 408 nəfər, Müsavatdan 317 nəfər, AMİP-dən 147 nəfər, KXCP-dən 53 nəfər, Ümiddən 49 nəfər, ALP-dən 12 nəfər, ADP-dən 5 nəfər, Xalq partiyasından 2 nəfər getdiyini bəyan edib.