PDF Oxu

Müxalifət

  • 20

Kütləvi istefalar radikal müxalifəti məhvə sürükləyir

Kütləvi istefalar radikal müxalifəti məhvə sürükləyir
"İctimai Palata"da təmsil olunan seçki məğlubları 2 aprel biabırçılığından sonra hələ də özlərinə gələ bilmirlər. Eyni zamanda, yerli təşkilatlardan baş verən kütləvi bəyanat və istefalar onsuz da, sosial bazası və elektoratı sıfır həddində olan radikal müxalifətin liderlərinin yaxın gələyəcə planlaşdırdıqları "tədbirlər"i də sual altına qoymaqdadır. Qeyd edək ki, "İctimai Palata"nın daxilində 16 aprelə planlaşdırılan növbəti rüsvayçı aksiya ilə bağlı hərcmərcliklər qarşıdurmalar və ziddiyyətlər yaradıb. Təbii ki, bu da qurumun birdəfəlik olaraq dağılmasını reallığa çevirməkdədir.
Şəki, Zərdab, Xaçmaz, Biləsuvar, Saatlı, Sabirabad, Cəlilabad, Mingəçevir, Şirvan, İmişli, Hacıqabul və digər bölglər və rayonlardan ardıcıl xarakter daşıyan istefa bəyanatları onsuz da təməli möhkəm olmayan radikal müxalifətin kökünə, sözün əsil mənasında, balta vurmaqdadır. "Səs" qəzeti olaraq verilən istefa bəyanatlarının hər biri oxuculara təqdim olunmaqdadır. Bu gün də həmin istefa bəyanatlarını silsilə şəklində təqdim edirik.
Şəki
Rayonun Bideyiz kənd sakini, AXCP (i) üzvü Qəribov Eldəniz Əlihüseyn oğlu öz istefa bəyanatında vurğulayır: "Yazıb məlum edirəm ki, Xalq Cəbhəsinin üzvü olmuşam. 2 aprel 2011-ci il tarixində baş verən hadisələrə dərin nifrətimi bildirirəm. Bu qanunsuz hərəkətlər təxribat xarakteri daşıyır, xalqı parçalamağa yönəlmiş addım kimi qəbul olunur. Müstəqilliyimizə və milli birliyimizə ləkə olan bu cür təxribatlara mən və mənim ətrafımdakılarda ikrah hissi doğurur. Mən xalqımıza və millətimizə ləkə olan partiya üzvlüyündən çıxıram razılığımı şəxsi imzam və şəxsiyyət vəsiqəsilə təsdiq edirəm".
Şəki rayon Şəki kənd sakini AXCP (i) üzvü Quliyev Süleyman Yusif oğlu, Şəki şəhər M.Əliyev küçəsi 37 saylı ünvanda yaşayan keçmiş AXCP (i)-çi Məmmədova Elmira Fərman qızı, Müsavat partiyasının üzvü, Şəki rayon Şəki kənd sakini Kərimov Əhməd oğlu,
AXCP (i)-nin üzvü Kiçik Dəhnə kənd sakini Hümmətov Tapdıq Hami oğlu tərəfindən istefa bəyanatı imzalanıb.
AXCP (i) və Müsavatın Şirvan şəhər şöbəsinin bir qrup üzvü də təmsil olunduqları partiya üzvlərinin aprelin 2-də paytaxt Bakıda, Fəvvarələr Bağında ictimai-siyasi sabitliyi pozmağa yönələn icazəsiz mitinq keçirmək cəhdinə etiraz əlaməti olaraq, bu siyasi təşkilatların Şirvan şəhər şöbəsinin üzvlüyündən istefa verdiklərini bəyan ediblər. İstefa bəyanatları imzalayan L.İbrahimov küçəsi 14/21 ünvanında yaşayan AXCP (i) üzvləri Ağayev Natiq Mikayıl oğlu, T.İsmayılov 11/52 ünvanında yaşayan Mirzəyev Allahverdi Şahverən oğlu, Sabir 32 ünvanında yaşayan Məlikov Nazim Cəfər oğlu, Neftçilər 22 ünvanının sakini Hümbətov Rauf Kamil oğlu, Nizami 41-də yaşayan Abbasov Abşur Abas oğlu, Vidadi 88-də yaşayan Qurbanov Fazil Qara oğlu, G.Şıxbala oğlu 1 küçəsində yaşayan Novuzov Arif Qayıb oğlu verdikləri istefa bəyanatlarında bildirirlər ki, onların hər biri uzun illərdir ki, adıçıkilən siyasi təşkilatın üzvləridirlər və həmin partiyanın bütün tədbirlərində iştirak ediblər: "Lakin radikal müxalifətin "İctimai Palata" adlandırdığı qondarma qurumun, bu qurumun tərkibində fəaliyyət göstərən siyasi təşkilatların məlum 2 aprel aksiyalarına qəti olaraq nifrət hissələrimizi bildiririk. Əli Kərimovun, İsa Qəmbərovun gənclərə istiqamətlənmiş düşmənçilik mövqeləri, gənclərdən sui-istifadə edərək, onları qanunsuz aksiyalara cəlb etmələri ölkədə qarşıdurma yaratmaqla bir sıra ermənipərəst, Azərbaycana düşmən mövqeyi sərgiləyən xarici ağalara nökərçilik etmələri bizdə bu partiyada təmsil olunmağımıza utanc hissi yaratdı. İmzalarımız ilə təsdiq etdiyimiz istefa bəyanatında bildiririk ki, biz Ə.Kərimov və İ.Qəmbərov kimi xainlərə nifrət edirik, onların qeyri-qanuni əməllərinə etiraz əlaməti olaraq təmsil olunduğumuz siyasi təşkilatın tərkibindən istefa veririk."
AXP-nin Şirvan şəhər şöbəsinin sədrliyindən və üzvlüyündən istefa verən Bayramov Sahir Nəsrəddin oğlunun istefa bəyanatından: "Mən uzun müddət AXP sıralarında fəaliyyət göstərərək, bu partiyanın Şirvan şəhər şöbəsinin sədrliyinə qədər siyasi yol keçmişəm. Ancaq baş verən məlum olyalardan sonra məndə radikal müxalifətə qarşı ikrah hissi oyandı. Təmsil olunduğum partiyanın sədri Pənah Hüseynovun gah İsa Qəmbərovun, gah da Əli Kərimovun yan-yörəsində gəzib-dolaşaraq Azərbaycanda formalaşmış daxili sabitliyə, inkişafa qarşı törətdiyi əməllərini pisləyir və bununla əlaqədar həm şəhər şöbəsinin sədrliyindən, həm də partiya üzvlüyündən istefa verdiyimi bəyan edirəm".
Müsavat partiyası Şirvan şəhər şöbəsinin üzvləri M.Ə.Rəsulzadə 19/59 və S.Zeynalov 5/53 ünvanlarında yaşayan Zeynalov İbad Ələmdar oğlu və Mustafayeva Pəri Yusif qızı ictimailəşdirdikləri istefa bəyanatlarında, xüsusilə, vurğulayıblar ki, onlar dövlət başçısı İlham Əliyevin apardığı daxili və xarici siyasəti, inkişaf və tərəqqini, Azərbaycanın dünya ölkələri sırasında lider dövlətə çevrilməsini dəstəkləyir və bundan sonra məhz bu siyasətin inkişaf etdirilməsi istiqamətində Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmağı arzulayırlar: "Birgə bəyanatımızda, son olaraq, onu demək istəyirik ki, radikal müxalifətin bu günə qədər uğradığı bütün biabırçı məğlubiyyətlərin səbəbləri arxasında İsa Qəmbərov kimi xainlərin qanunsuz əməlləri dayanır. Biz ölkənin müvafiq strukturları tərəfindən onun və digər dağıdıcı müxalifət liderlərinin qanun qarşısında cavab vermələrini tələb edirik. Öz imzamızla Müsavat partiyasından istefa verdiyimizi təsdiq edirik".
İmişli
İmişli rayonundan bir qrup Müsavat, AXCP (i), AMİP və AXP üzvlərinin də partiya sıralarından çıxmaları barədə istefa bəyanatları bir sıra mətbuat orqanlarına, o cümlədən, "Səs" qəzetinə təqdim olunmuşdur.
İmişli rayonunun Çaxırlı kənd sakini, Müsavat partiyasının üzvü Əkbərov Müşfiq Şəhadət oğlu imzaladığı istefa bəyanatında bildirib: "İctimai Palata" adlanan quruma daxil olan ayrı-ayrı radikal müxalifət partiyalarının aprelin 2-də icazəsiz mitinq keçirməyə cəhd göstərməsi heç bir demokratik prinsiplərə və insanlığa yaraşmayan hərəkətlərə yol verməsi, bütünlükdə, ölkə ictimaiyyəti kimi mənim də dərin nifrətimə səbəb olmuşdur. Azərbaycanın inkişaf edərək dünya ölkələri sırasında mühüm yer tutması, ölkəmizin çiçəklənməsi, yeni-yeni quruculuq və abadlıq işlərinin görüldüyü bir vaxtda müxalifət ünsürlərinin qeyri-qanuni davranışlara rəvac vermələri heç bir məntiqə və qanunlara sığmayan əlamətlərdəndir. Bu baxımdan da, təmsil olunduğum Müsavat partiyasından istefa verdiyimi, bu təşkilatın rəhbəri İsa Qəmbərova və onun əlaltıları olan Arif Hacıyevə, Pənah Hüseynova nifrət etdiyimi aşkar şəkildə bəyan edirəm".
Müsavat partiyasının üzvü, Muradalılı kənd sakinləri İbadov Söbəddin Habil oğlu və Alışov Mehdi Hüseynqulu oğlu, Cəfərli kəndinin digər sakini, keçmiş AXCP (i)-nin üzvü Əsədov Gürşad Fətulla oğlu, Əliyev Sahil Bəybala oğlu, AMİP üzvü Ələsgərov Anar Mirzə oğlu, Əliqulular kənd sakini, AXP üzvü Şükürov Ülfət Cahangir oğlu və digərləri Ə.Kərimovun, İ.Qəmbərovun və digərlərinin pozuculuq əməllərinə etiraz etdiklərini və təmsil olunduqları partiyalardan istefa verdiklərini bəyan edirlər.
Hacıqabul
Xatırladaq ki, məlum 2 aprel olayları ilə bağlı dağıdıcı müxalifət partiyalarının liderlərinin qanunsuz əməllərinə etiraz olaraq Hacıqabul rayonunda da kütləvi istefalar baş verib. Bununla bağlı, əldə etdiyimiz məlumatlara görə, adıçəkilən rayondan 71 nəfər üzv olduqları siyasi təşkilatlardan istefa bəyanatı imzalayıb. Onlar ayrı-ayrılıqda və birgə şəkildə bəyanatlar verərək, radikal müxalifətin cəmiyyət daxilində pozucu fəaliyyətini qınadıqlarını və bunu qətiyyətlə pislədiklərini bildiriblər. İstefa verənlərin əksəriyyəti, yəni 51 nəfəri AXCP (i), 13 nəfəri AMİP, 7 nəfəri isə Müsavat partiyasının üzvləridirlər.
Müsavat partiyasının üzvü Mustafayev Şirinbala verdiyi istefa bəyanatında bildirib ki, 2 aprel 2011-ci il tarixdə Bakı şəhərində törədilmiş iğtişaşlar İsa Qəmbərov, Əli Kərimov kimi adamların şəxsi məqsədləri üçün törədilmiş hadisələrdir. Mən onların pozucu, dağıdıcı və radikal müxalifətçi olduqlarını dərk edirəm. Odur ki, belə partiyanın tərkibində qalmağı özümə bağışlamıram, bu səbəbdən mənsub olduğum Müsavat partiyasının sıralarını tərk edirəm".
AXCP (i)-nin Hacıqabul rayon təşkilatının üzvləri Valahməd Babayev, Mahirə Quliyeva, Zərifə Əlicanova, Aygün Əzizova istefa bəyanatlarında uzun müddətdir ki, AXCP (i) sıralarında fəaliyyət göstərdiklərini bildirirlər: "2 aprel 2011-ci il tarixində üzv olduğumuz AXCP (i)-nin də daxil olduğu "İctimai Palata"nın ölkədə ictimai-siyasi sabitliyi pozmaq, iğtişaşlar törətmək məqsədilə qanunsuz aksiya keçirmək cəhdi bizdə onlara qarşı nifrət və hiddət hissi oyatdı. Belə məlum oldu ki, "İctimai Palata" və orada cəmləşən müxalifət partiyaları son aksiyada dağıdıcılığa, anarxiyaya hesablanmış addımlar atmaqla, xarici təşkilatlar qarşısında boyunlarına götürdükləri öhdəlikləri yerinə yetiriblər. Bizə belə bir partiya və müxalifət lazım deyil".
Qeyd edək ki, artıq radikal müxalifət partiyalarından yalnız son günlər istefaların sayı min nəfəri keçmişdir. Bu isə "İctimai Palata" adlanan qondarma qurumun, onun tərkibində toplaşan radikal müxalifət partiyalarının aprelin 17-nə planlaşdırdıqları icazəsiz aksiyalarla qarşıdurmalar və iğtişaşlar törətmək cəhdlərini minimum həddə çatdırır. Buna isə, konkret olaraq, İFLAS deyilir. Qarşıdan gələn günlər ərzində veriləcək istefa bəyanatlarının ardı-arası kəsilməyəcəyi şübhəsizdir. Bu barədə isə növbəti sayımızda.

Digər xəbərlər