PDF Oxu

Müxalifət

  • 13

Müsavat başqanının oğlu İlkin Qəmbərov niyə cəbhə xəttində xidmət etmək istəmir?

Müsavat başqanının oğlu İlkin Qəmbərov niyə cəbhə xəttində xidmət etmək istəmir?

Son günlər radikal müxalifət düşərgəsindən, sözün əsil mənasında, ağılsız bəyanatlar, gülüş doğuran fikirlər eşidirik. Aprelin 2-də "Fəvvarələr" meydanında insanların fundamental hüquqlarını pozmaqla hay-küy salıb gərginlik yarmaq istəyən radikal müxalifət yetkililəri indi də öz yaxın adamlarının adları ətrafında fikir formalaşdırmağa çalışırlar. Bu mənada, Müsavat başqanı İsa Qəmbərovun hal-hazırda hərbi xidmətdə olan oğlu İlkin Qəmbərovun adı daha çox hallanır.
 Çünki onun hərbi xidməti ünvanının dəyişdirilməsi məsələsini, atası İ.Qəmbərov başda olmaqla Müsavat yetkililəri və "Yeni Müsavat" qəzeti şou müstəvisində işıqlandırmağa çalışır. Müsavatçıların və İ.Qəmbərovun iddiasına görə İ.Qəmbərovun hərbi xidmət keçmə ünvanındakı yerdəyişmə onun atasının siyasi fəaliyyəti ilə bağlıdır. Maraq və diqqəti çəkən bir cəhət də odur ki, Qəmbərovçular iddia edirlər ki, İlkinin hərbi xidmət yerinin dəyişdirilərək cəbhə xəttinə getməsi səhv addımdır. Qəmbərovçuların iddiasının ilkin olaraq sonuncu cümlədəki ifadələrinə diqqət yetirsək, onların əsil simalarını və nə üçün var-gəl etdiklərini anlamaq o qədər çətin olmaz. Çünki birinci növbədə hərbi strukturda istənilən daxili əmr və göstərişlər nə Müsavat başqanı İ.Qəmbərovun, nə də qondarma "İctimai Palata"nın istək və arzuları ilə müəyyənləşir. Ona görə də, İ.Qəmbərovun oğlu İlkin Qəmbərov da, ordu sıralarında əsgəri borcunu yerinə yetirən bir vətəndaş kimi, vətənin istənilən bölgəsində vəzifə borcunu icra etməyə borcludur. Bu, ilk növbədə, qanunla müəyyənləşmiş hal olsa da, digər bir amil  mənəvi və milli cəhətlərlə bağlıdır. Sadəcə olaraq, bir sual hələ də,  düşündürür ki, necə olur ki, müsavatçılar vətənpərvərlikdən və milli ruhdan danışa-danışa başqanları İ.Qəmbərovun oğlunun cəbhə xəttində hərbi xidmət keçməsi ilə razılaşmırlar?

İsa Qəmbərovun oğlu Namiq Qaraçuxurulunun meyxanasına qulaq asıb, papasının "gül" balası olub?

Min illər torpaqlarımız, dədə-baba yurdumuz yadelli işğallara məruz qalarkən igidlərimiz, ərənlərimiz onların qarşısına çıxıb layiqli cavab veriblər. Azərbaycanın hərb tarixi bu qəhrəmanlıqlarla zəngindir. Çünki o vaxt nə İsa Qəmbərov olub, nə də ki, onun gülməşəkər oğlu İlkin Qəmbərov. Amma özünün milli kimliyinə, tarixi dəyərlərinə söykənən xalqımızın qəhrəmanları bu gün də yetişib sabahda olacaq. Bunu milli qəhrəman Mübariz İbrahimovun yazmış olduğu müasir qəhrəmanlıq tarixindən də, İ.Qəmbərovun oğlu eynəyini silib görə bilər. Əgər onların içində bu hiss yoxdusa, bu, nə bizim nə də ki, ordunun problemidir. Eyni zamanda, hər bir azərbaycanlı kişi bu hissləri daha açıq təcəssüm etdirmək üçün vətən qarşısında öz vəzifə borcunu yerinə yetirərək, hərbi xidmət keçir. İndi İ.Qəmbərovun oğlu qorxusundan cəbhə xəttində xidmət edə bilmirsə, oradakı zabit və gizir heyətinə müraciət etsin ki, "mən əlimdə düşmənə qarşı silah dayana bilmərəm. Çünki atam məni belə öyrətməyib". Onlar əsgər İlkin Qəmbərova  müvafiq "iş" taparlar. Bəlkə də, bugünə qədər vətən anlayışını ancaq dədəsi kimi görən İlkin Qəmbərov şəhər mühitində meyxanaçı Namiq Qaraçuxurlunun oxuduğu "papanın gül balası" olmaq istəyir.

İlkin Qəmbərov pozucu gəncləri özünə "örnək" götürüb

Bir maraqlı cəhət isə odur ki, dədəsi kimi öz kölgəsindən qorxuya düşən İlkin Qəmbərov xidməti yerini dəyişdikdən sonra başqa xəyallara düşüb. O, tez-tez atasına, yəni Müsavat başqanı İsa Qəmbərova məktub göndərir ki, "ata, mən burada xidmət edə bilmərəm. Deyəsən, burda kişilər xidmət edir". Eyni zamanda, əsgər İ.Qəmbərov  məktubunda B.Hacıyev kimi olmaq istədiyini də qeyd edib. O bildirib ki, düşmənlə üz-üzə dayanmaqdansa, B.Hacıyev kimi fərari olmaq daha yaxşıdır. Bu da müxalifətin gənclərə "örnəyi"nin bariz nümunəsi., Biz B.Hacıyev əsgərliyə getməmək üçün özünü dəli obrazına, gic yerinə qoyanda demişdiki, gənclər bundan nümunə götürməsə də, Müsavat başqanının oğulu bunu "yaxşı" əlamət kimi qəbul edəcək. Ona görə də, düşündüyümüz reallığa çevrildi.. Torpaqlarımız işğal altında inləyir, müxalifətçi balaları qəhrəman olmaq, qazi olmaq bir yana qalsın, hərbi xidmət borcunu belə yerinə yetirmək istəmirlər.

Yox, bəlkə də, İsa Qəmbərovun oğlu Azər Əhmədova oxşamaq istəyir

Siyasət düşərgəsində AXCP (i) sədri Əli Kərimov deyilən "şəxs" var ki, bəzən onun yanındakılardan danışmağa adamın əti ürpəşir. Çünki harda oğru, quldur, yalançı, fırıldaq varsa, gəlib Ə.Kərimovla "canbrat" olur. Bu Ə.Kərimovun da bir "Azadlıq" adında qəzetciyi var ki, lənət olsun "Azər Əhmədov" adlı "şəxs" ona baş direktorluq edirdi. Sonradan bu A.Əhmədov düz dizinin dibində oturmuş baş redaktoru Qənimət Zahidovun "təcrübə"sindən yararlanaraq, Ə.Kərimovun "məsləkin"dən istifadə edərək, nə günlərə qaldı... Sadəcə olaraq, yenə də, onların ən yaxın adamı, yəni, Müsavat başqanı İ.Qəmbərovun oğlu A.Əhmədovun "təcrübəsindən" yararlanmağa israrlı göründü. Onun ordunun cəbhə xəttində xidmət etməkdən qorxuya düşən oğlunun nəyi və necə görməsindən asılı olmayaraq, ay cəbhəçilər, ay müsavatçılar, siz də bu ölkənin vətəndaşısınız axı.

Digər xəbərlər