Məğlubiyyətə hesablanmış "qələbə"
Radikal müxalifətin pozuculuq aktları törətmək üçün yaratdığı "İctimai Palata"nın məlum 2 aprel aksiyasında AXP-nin keçmiş sədri Pənah Hüseynovun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması, onun yenidən səs-küy salması ilə müşahidə olunub. Guya o, saxlanılarkən "polis zorakılığına" məruz qalıb. Amma əslində, P.Hüseynovun digər dağıdıcı aksiya koordinatorları - Müsavatın icra aparatının rəhbəri Arif Hacıyev, AXCP (i) sədrinin müavini Fuad Qəhrəmanlı kimi kənarda dayanaraq, ətraflarına topladıqları beş-on nəfər anarxistə göstərişlər vermələri də heç kimə sirr deyil. Başqa ilginc nüanslardan biri də odur ki, bu adamın sərsəm iddiasına görə, guya ona qarşı qətiyyətli davranışlara yol verən polislər aksiyada bir sıra şəxsləri, o cümlədən, partiya funksionerlərini və yetkililəri "xüsusi zorakılığa" məruz qoymaqla yanaşı, özlərini elə göstəriblər ki, guya onu, yəni, sabiq deputatı tanımırlar (?)
Və buradan istər-istəməz ortaya sual çıxır: maraqlıdır, əgər bu şəxs, keçmiş deputatdırsa, demək, nə istəsə edə bilər, istədiyi qanunauyğunsuzluq hərəkətlərini reallaşdıraraq qaragüruhçuluq fəaliyyətilə dükanların, iaşə obyektlərinin, bankların və avtomobillərin qapı-pəncərələrini, şüşələrini sındırıb-dağıtmalıdırmı?! Yaxud, bundan sonra qanun qoruyucuları onu müvafiq qaydada məsuliyyətə cəlb etmək yerinə, keçmiş deputat olduğuna görə sərbəst buraxmalıydılar?! Əlbəttə ki, yox! Hər şey qanun çərçivəsində olub və dağıdıcı aksiya iştirakçıları lazımi tədbirlər nəticəsində qanun qarşısında cavab verməyə məhkumdurlar. Lakin gəlin görək ADP-nin keçmiş sədri daha nə sərsəmləyib? Belə ki, aksiya günü P.Hüseynov demişdi ki, onun da aparıldığı avtobus guya "işgəncə maşını" olub, içəri daxil olunanlara qarşı "vəhşilik" edilib və s. və i...
Qeyd edək ki, AXP sədrinin sərsəmləmələri heç bir həqiqəti özündə əks etdirmir. Çünki həqiqətdə, bütün hadisələr tamamilə başqa məcrada cərəyan edib. Məsələ ondadır ki, ictimai-asayişi və sabitliyi bütün qeyri-qanuni yollarla gerçəkləşdirməyə cəhd göstərən iğtişaş iştirakçıları polisə qarşı da amansızlıqları ilə seçilirdilər. Artıq bu bir faktdır ki, 2 aprel aksiyası zamanı onlarla polis əməkdaşına radikal müxalifət ünsürləri tərəfindən müxtəlif bədən xəsarətləri yetirilmişdir və qarşılıqlı olaraq, həmin cinayətkar qruplar tutularaq, istintaq orqanlarına təhvil verilmişdir. Eyni zamanda, tutulanlar həmin anlarda müqavimətlər göstərmiş, hər vəchlə qanuna tabe olmamaqdan ötrü istənilən çirkin addımlar atmaqla vəziyyəti gərginləşdiriblər. Bu isə, bütövlükdə, bunların necə vəhşi ambisiyalara kökləndiklərinin sırf göstəricisidir. İqtidarın gördüyü nəhəng miqyaslı işləri, bütün sahələrdə aparılan islahatları, inkişaf və tərəqqini bilərəkdən, qəsdən görməzlikdən gələn P.Hüseynov və onun kimi üç-beş nəfər "başbilən" verdikləri açıqlamalarında bar-bar bağırırlar ki, "hakimiyyət islahatlar aparmalıdır"(?!) Burada yenidən nə isə danışmağa qətiyyən ehtiyac yoxdur. Çünki ataların bir misalı var: "Eşşək bir dəfə palçığa batar"...Bu "adamlar" isə dəfələrlə palçığa batıblar və deyəsən, palçığa batmaqdan həzz alırlar. "Uzunqulağa" isə nəyi isə anlatmaq hələ heç kimə müyəssər olmayıb. Ona görə də digər atalar məsəli ilə bu yazını sonlaşdırmağı, nəticələndirməyi düşünürəm."İt hürər, karvan keçər"...