PDF Oxu

Müxalifət

  • 16

Radikal müxalifətdə reabilitasiyası mümkün olmayan cütlük

Radikal müxalifətdə reabilitasiyası mümkün olmayan cütlük
"ACP" lideri Rəsul Quliyevin indiyə qədərki siyasi gedişlərində diqqətçəkən spesifik keyfiyyətlər son vaxtlar özünü daha qabarıq şəkildə göstərir. Onun hələ parlamentin sədri işlədiyi dövrlərə aid etməsini göstərmək mümkündür. Belə ki, hələ o zamanlar R.Quliyevin gizli siyasi oyunbazlıqları mövcud idi. Daha dəqiq desək, eks-spiker ölkənin radikal müxalifəti sayılan partiyaların liderləri ilə danışıqlar aparır, görüşlər keçirirdi. Bunu da bir növ dövlətə və xalqa xəyanət kimi dəyərləndirmək mümkündür. R.Quliyevin, ələxüsus, o zamankı AMİP sədri Etibar Məmmədovla "qardaşlıq" etməsi, şəhid ailələri üçün ayrılmış bir mənzil və avtomobili müxalifətçi partiya sədrinə peşkəş etməsi də deyilənləri təsdiqləyir. Hazırda ara-sıra Azərbaycan mətbuatına açıqlamalar verən "ACP" sədrinin, guya E.Məmmədovla heç bir əlaqəsi olmadığını söyləməsi də həqiqətəuyğun deyil. Buna misal kimi, R.Quliyevin son zamanlar tez-tez İngiltərəyə səfər etməsini göstərmək olar. Eyni zamanda, AMİP-in keçmiş sədri E.Məmmədov da öz lövbərini Londona salıb. Onların Londonda görüşməsi də son günlər radikal müxalifətin keçirməyə cəhd etdikləri qeyri-qanuni aksiyalara qoşulmaq istəyi ilə bağlıdır. Yəni onlar fürsətdən sui-istifadə edərək, Qərbdə fəaliyyət göstərən beynəlxalq ermənipərəst təşkilatların rəhbərləri qarşısında təxribatçı öhdəliklər göstərməyə başlayıblar. Qeyd etmək yerinə düşər ki, Azərbaycan siyasi palitrasında rənglərin çox tez-tez və fantastik sürətlə bir-birini əvəzləməsi qaydası var. Bu yazılmamış qayda dünənin radikalının bugünün loyalına, dünənin partokratının bu günün demokratına, dünənin kosmopolitinin bugünün millətçisinə, dünənin düşmənlərinin bugünün dostlarına çevrilməsinə təəccüblənmək lazım deyil. Bu baxımdan, AMİP-in keçmiş sədri E.Məmmədovun R.Quliyevlə adının hallanmasını da sözügedən mövzuya aid etmək olar. Ancaq "siyasi" ömrünün son dayanacaq yeri kimi eks-spiker R. Quliyevin, istərsə də, E.Məmmədovun keçmişləri, ümumiyyətlə, unudulası keçmiş deyil. R.Quliyevin "Azərneftyağ" İstehsalat Birliyinin rəhbəri postunda olarkən xalqın cibindən çıxararaq, xarici banklara yatırdığı çirkli pullardan yeri gəldikcə öz reputasiyası üçün yan-yörəsinə xərcləməsi və bununla özü haqqında "xeyirxah", "mərhəmətli", "çörəkverən" rəhbər imici formalaşdırması, ətrafını tərəfdarlarla zənginləşdirmək cəhdləri də bu silsilənin əsas tərkib hissələrindəndir. Eynilə, E.Məmmədov da bu zəncir həlqəsində R.Quliyevdən heç də geri qalmır.

Digər xəbərlər