PDF Oxu

Müxalifət

  • 15

Radikalizm iflasa uğrayır

Radikalizm iflasa uğrayır
20 ilə yaxındır ki, təmsil olunduqları düşərgədə bir-birinə qarşı mübarizə taktikasından kənara çıxa bilməyən müxalifət yetkililəri yenidən köhnə adətlərini təkrarlamağa başlayıblar. Məhz bu səbəbdən də, son günlər radikal müxalifət düşərgəsində, sözün əsil mənasında qarşıdurmalar başlayıb. Düşərgədə mövcud olan daxili ziddiyyətlər, liderlərin problemi kimi qiymətləndirilir. Ona görə də, uzun müddət müxalifət düşərgəsində lövbər salmışlar yenilərlə yola getmirlər. Sanki kiçik müxalifət partiyalarına qarşı səlib yürüşünə çıxan nisbətən özlərini "hegemon" hesab edən radikal yönümlü qurumlar onları hər bir addımda sıxışdırıb sıradan çıxarmağı da planlaşdırırlar. Düşərgədə kiçik bəzən də "cırtdan" partiyalar kimi qələmə verilənlər də, bütün bunların qarşılığında əllərini-qollarını sallayıb oturmayıblar. "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyev son günlər bir sıra birlik və qruplaşmaların yaranması ilə bağlı mövqeyini açıqlayıb. Bildirib ki, ümumi müxalifətin birliyinə nail olmaq mümkün deyil. "Ona görə də, bu məsələ ətrafında qabardılan söz-söhbətlərin heç bir əhəmiyyəti yoxdur" deyən Ə.Əliyev ortalığa atılmış müəyyən söhbətlərin ancaq yalan və uydurma ideyalara əsaslandığını da diqqətə çatdırıb. Qeyd edib ki, müxalifətin yeni formatda qarşılıqlı öhdəliklər əsasındakı birliyinə yox, ən yaxşı halda əməkdaşlığına nail olmaq mümkündür. "Müxalifət düşərgəsində təmsil olunan 8 partiyanın bir araya gəlməsi ilə bağlı təkliflərdən sonra aparılan danışıqların qiymətləndirilməsinə başlamışıq. İndi onların qarşısında duran başlıca məsələ təşkilatlanma ilə bağlıdır. Məhz bu səbəbdən də partiya hazırda bu istiqamətdə fəaliyyətlə məşğuldur. "İctimai Palata" və müxalifətin digər strukturları ilə əməkdaşlığa gəldikdə isə, "VİP" bunun formatı ilə formasını qəbul etmir. Təşkilatlandıqdan sonra "İctimai Palata"da təmsil olunmuş partiyalarla hər hansı formada əməkdaşlığın mümkünlüyünə baxa bilərik. Eyni zamanda, son hadisələr bir daha göstərdi ki, "İctimai Palata" ilə bağlı dediklərimiz və tutduğumuz mövqe özünü tam doğruldur. Çükni bu "struktur" müəyyən şəxslər və partiyaların müxalifət düşərgəsində hegemonluğunun təminatına yönəlmiş cəhdlərin reallaşdırılması məqsədi güdür. Biz isə müxalifət qüvvələrinin bərabər şərtlərlə bir araya gələrək, əməkdaşlıq və tərəfdaşlıq etməsinin tərəfdarı olmuşuq" deyən Ə.Əliyev belə mövqedə duran bütün partiyalarla əməkdaşlığa hazır olduqlarını da vurğulayıb.

Digər xəbərlər