PDF Oxu

Müxalifət

  • 11

2 aprel mitinqində müxalifət dini qruplaşmalardan istifadə etməyi palanlaşdırır

2 aprel mitinqində müxalifət dini qruplaşmalardan istifadə etməyi palanlaşdırır
Özünün malik olduğu imkan və keyfiyyətlərə bələd olan radikal müxalifətin riyakar və dağıdıcı ünsürləri yenidən düşmən dəyirmanına su tökməyə başlayıblar. Məhz xarici təşkilatların əlində oyuncağa çevrilmiş müxalifət təmsilçiləri üçün istənilən iyrənc formada öz maraqları naminə addımın atılması mümkündür. Çünki cəmiyyətimiz dəfələrlə bu cür hadisələrin və proseslərin şahidi olub.
Ona görə də, bu günlərdə radikal müxalifət təmsilçilərinin anti-Azərbaycan mövqeli qüvvələrlə və radikal dini qruplaşmalarla işbiriliyinə girməsinin ictimaiyyətə məlum olmayan tərəfləri artıq ifşa olunub. Eyni zamanda, düşmənlərimizlə həmişə konyunuktur maraqlarına sıx münasibətdə olan AXCP (i) sədri Əli Kərimov bu dəfə də öz ənənəsinə sadiqlik nümayiş etdirib. Ə.Kərimov yenidən aktivlik göstərmək üçün radikal dini qruplaşmaların nümayəndələri ilə açıq danışıqlara başlayıb. Bir müddət mətbuatdan və ictimaiyyətdən gizlin saxlanılmasına baxmayaraq, Ə.Kərimovla dini qruplaşmaların görüşünün təfərrüatları üzə çıxıb. Sadəcə olaraq, maraqlısı isə odur ki, bu məlumatı kənara qüvvə tərəfindən deyil, məhz AXCP (i)-dən sızdırıblar. Həmin məlumatda açıq şəkildə AXCP-(i) yetkilisi martın 30-da ADP qərargahında Ə.Kərimovun radikal dini qrupların nümayəndələri ilə görüşü keçirildiyi qeyd edib. Bu görüşün isə Ə.Kərimova yaxınlığı ilə seçilən, İranın Qum şəhərində dini təhsil almış və bu ölkənin xüsusi xidmət orqanları ilə sıx əlaqələri olan Hacı İbrahim adlı şəxs tərəfindən təşkil olunduğu bildirilir. Bundan əlavə, Ə.Kərimovla dini radikalların görüşündə "İslam" partiyasının, Azərbaycanda son zamanlar fəallaşan İran meyilli şiə məzhəbli dini qurumların, "Hizbullah" təşkilatının, Dağıstan və Çeçenistanda vuruşmuş vəhhabilərin, Taliban hərəkatına yaxınlığı ilə seçilən qrupların, nurçuların və digər dini qurumların nümayəndələrinin də iştirak etdiyi qeyd olunur. Görüşdə, həmçinin, aprelin 2-də keçiriləcək müxalifətin qondarma etiraz aksiyasında xüsusi təşkil olunmuş radikal dini qrupların taktikası, şüarları, hərəkət istiqamətləri, onların AXCP (i) ilə birgə fəaliyyəti məsələləri müzakirə olunub.

Digər xəbərlər