PDF Oxu

Müxalifət

  • 16

Müsavatdaxili gərginlik pik nöqtəyə çatıb...

Müsavatdaxili gərginlik pik nöqtəyə çatıb...

Müxalifət düşərgəsində cərəyan edən böhranlı durum virus kimi bir partiyadan digər partiyaya keçməklə oradakı vəziyyəti daha da gərginləşdirirməkdədir. AXCP (i), ADP, "Ümid", AMİP və digər partiyaların rəhbərliyində təmsil olunanlar arasında çəkişmələr ən pik nöqtəyə çatıb. Bu ərəfədə Müsavatda baş verənlər daha dinamik şəkildə inkişaf edir və bu siyasi təşkilatın parçalanmasına yetərincə şərait yaradır. Müsavatın icra aparatının rəhbəri Arif Hacıyev partiya yoldaşlarına açıq şəkildə meydan oxumaqdadır. O, Müsavat başqanlığına nail olmaq yolunda ona problemlər olmayacağını bəyan edir. A.Hacıyev artıq Müsavatın qurultayında hazırladığı yeni nizamnaməsini açıqlamaq niyyətində olduğunu da söyləyib. Yeni nizamnamədə isə müəyyən müddət və vaxt senzləri nəzərdə tutulmuş, eyni zamanda, A.Hacıyevin başqan postuna sahib çıxması üçün heç bir əngəl qalmayıbdır. Daha dəqiq desək, hər şey ölçülüb-biçilibdir.

Başqanlıq postu uğrunda mübarizə qızışır

Daxili gərginlikdə boğulan Müsavatın qurultayı yaxınlaşdıqca, başqanlığa iddialı olanların sayı da artmaqdadır. Daha dəqiq desək, partiyada hər yerindən duran Müsavatın başqanı olmaq iddiasına düşüb. Çünki bir müddət öncə, başqanlığa iddialı olan Müsavat partiyasının icra aparatının rəhbəri A.Hacıyev mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, Müsavat partiyasında təmsil olunan hər bir kəsin başqanlıq seçimlərində iştirak etməyə hüququ var. Bu açıqlamanı, eləcə də, İ.Qəmbərova qarşı olan hücum kampaniyasının birinci fazası kimi də dəyərləndirmək mümkündür.
Müsavat başqanının keçmiş müavini Rauf Arifoğlu da A.Hacıyev kimi "ənənəvi mövqe" sərgiləyir və bu işdə tələsməməyi vacib sayır. R.Arifoğlunun yaxın günlərdə özünə yaxın olan media vasitəsi ilə Müsavatın "gələcəyi" ilə bağlı layihə ilə çıxış edəcəyi gözlənilir. Lakin bu arada A.Hacıyev özünə yaxın olan adamlarla söhbətində bildirib ki, Müsavat daxilində baş verən proseslərə yetərli qədər təsir imkanları mövcuddur və bu təsir imkanlarının reallaşdırılmasının tam zamanıdır.

Digər xəbərlər